Ermənistan ordusunun acınacaqlı aqibəti: otuz illik böyük yalan və terror

Analitika 17:59 28.01.2022

Ordu dövlətin əsaslarından biridir. Onun başlıca vəzifəsi təmsil etdiyi dövlətin ərazi bütövlüyünü qorumaqdır. Bu, bütün ordular üçün vacib prinsipdir. Deməli, ordu öz dövlətinin ərazisini və təhlükəsizliyini qorumaqla məşğul olur.

Ermənistanın da ordusu var. Yanvarın 28-də onun 30 illiyi qeyd olunur. Təəssüf ki, bu ordu qurulmağa başladığı ilk gündən özünü terrorçu təşkilat kimi aparıb. Hələ Birinci Dünya müharibəsi illərində Fransa, Rusiya və başqaları erməniləri Osmanlı dövlətinə qarşı mübarizə aparmaq məqsədilə silahlandırırdı. Ermənilərin milli qəhrəman saydıqları Andranik Ozanyanın fəaliyyətini yada salaq. O, Osmanlı dövlətində paşa rütbəsi alıb. Çar Rusiyası sonrakı xidmətlərinə görə ona general rütbəsi verib. Ermənilərin milli qəhrəmanı sayılan Qaregin Njdenin fəaliyyəti də satqınlıq üzərində qurulub. O, İkinci Dünya müharibəsi illərində faşist Almaniyası ilə əməkdaşlıq edib. Njde faşistlərlə birlikdə yəhudi soyqırımında iştirak edib. Andranik və Njde türkü ermənilər üçün düşmən kimi təbliğ edənlərin liderləri olublar. Onlar mənsub olduqları etnik qrupun bir əsrdən artıq yalanla tərbiyə olunmasında iştirak ediblər. Başqa sözlə, onlar havadarlarının uydurduğu yalanları cücərdib yaymaqla ermənilərə qarşı ən böyük xəyanəti edib. İndi Ermənistanda reallığı qəbul edənlər yaşadıqları faciələrinin əsasında Andranik və Njde kimi təbliğ etdikləri yalanların durduğunu etiraf edirlər.

Yeri gəlmişkən, Ermənistanın xarici işlər naziri ordunun yaranmasının 30 illiyi ilə bağlı jurnalistlərə açıqlamasında böyük yalanlara toxunaraq deyib: “Yalanlarla yaşamaq yetər. Başımıza gələn faciələr böyük yalanların nəticəsidir”. Ermənistan ordusunun siyasi-ideyasının əsasında Andraniklə Njdenin təbliğ etdikləri böyük yalanlar və erməni terror qruplarının fəaliyyəti durur. Ermənistan ordusunun özünə örnək saydığı, dünyanın müxtəlif ölkələrində qanlı aksiyalar törətmiş erməni terror təşkilatlarının bəzilərinin adını qeyd edək: “Armenakan” Partiyası 1885-ci ildə yaradılıb. Türkiyənin Van, Muş, Bitlis,Trabzon bölgələrində və İstanbulda silahlı toqquşmalar və terror aktları törədən bu partiya İran və Rusiyada yaşayan ermənilərlə əməkdaşlıqda olub. “Hnçak” Partiyası 1887-ci ildə Cenevrədə yaradılıb. Qurumun əsas məqsədi Türkiyənin Anadolu bölgəsini, “Rus” və “İran” Ermənistanları adlandırdıqları əraziləri birləşdirməklə “Böyük Ermənistan” dövləti yaratmaqdır. “Daşnaksütyun” (erməni federativ inqilab partiyası): 1890-cı ildə Tbilisidə yaradılıb. Əsas qayəsi Azərbaycanın Dağlıq Qarabağ, Naxçıvan və Türkiyənin Anadolu torpaqlarında “Böyük Ermənistan” dövləti qurmaqdır. “Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu” (ASALA) - 1975-ci ildə yaradılan təşkilatın qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşir. Təşkilatın məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ əraziləri üzərində "Böyük Ermənistan" qurmaqdır. ASALA əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir. “Geqaron” 2001-ci ilin fevralında ASALA tərəfindən yaradılıb. Məqsədi Cənubi Qafqaz və Orta Asiya ərazilərində türk mənşəli siyasi lider, diplomat və biznesmenlərə qarşı terror aktlarının keçirilməsidir. “Erməni azadlıq hərəkatı” (AOD) 1991-ci ildə Fransada yaradılıb. “Erməni azadlıq cəbhəsi” - 1979-cu ildə yaradılan bu terror təşkilatı ASALA-nın tərkib hissəsi sayılır. Türkiyə və Azərbaycan əleyhinə terrorçular hazırlayır. “Erməni birliyi” 1988-ci ildə Moskvada yaradılıb. ASALA ilə sıx əlaqələri var, keçmiş sovet məkanında terrorçuların fəaliyyəti üçün onları saxta sənədlərlə təmin edir. Dağlıq Qarabağa silah və muzdluların ötürülməsində iştirak edib. “Demokratik cəbhə” ABŞ, Kanada və Qərbi Avropada fəaliyyət göstərir. “Apostol” 2001-ci il aprelin 29-da əsasən Ermənistan, Suriya və Livan vətəndaşlarından ibarət olan Ermənistan Müdafiə Birliyi tərəfindən yaradılıb. Təşkilatın məqsədi Türkiyə və Azərbaycan ərazilərində terror aktları həyata keçirməkdir.

Böyük yalan, “Böyük Ermənistan” ideyası və terror düşüncəsi əsasında fəaliyyət göstərən Ermənistan ordusu son 30 ildə də terrorçuluqla məşğul olub. 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı rayonu ərazisində azərbaycanlıların soyqırımının müəlliflərindən biri Rusiyanın 366-cı motoatıcı alayıdırsa, biri də Ermənistan “ordusudur”. Sonralar Xocalı soyqırımının təşkilində birbaşa iştirak etmiş Robert Koçaryan və Serj Sarqsyan Ermənistana prezidentlik etməklə həm də bu ordununun ali baş komandanı olublar.

Azərbaycan əsgəri 30 il ərzində Ermənistan ordusuna zaman-zaman dərslər verib. 2010-cu il iyunun 18-də Mübariz İbrahimov çoxsaylı erməni hərbçi ilə təkbaşına 5 saat döyüşərək xeyli erməni silahlısını zərərsizləşdirməklə bu ordu haqqında yalanı puça çıxardı. 2016-cı ilin Aprel döyüşləri Ermənistan ordusu barədə yayılan və iddia edilən mifi dağıtdı. 2020-ci ildə 44 günlük müharibə isə böyük yalanlar və terror düşüncəsi əsasında yaradılan bu ordunu məhv etdi. Həmin 6 həftəlik döyüşə dözə bilməyən Ermənistan ordusu hələ də formalaşa bilmir. Bunu Ararat Mirzoyan və Robert Koçaryan yanvarın 28-də orduları ilə bağlı açıqlamalarında təsdiqləyiblər. XİN başçısı deyib: “Biz müdafiə qabiliyyətimizi yüksəltməyə, bərpa olunmağa və ordunu dirçəltməyə borcluyuq”. Keçmiş prezident isə ordunun yenidən qurulduğunu belə etiraf edib: “Əminəm ki, ordumuz yenidən xalqımızın təhlükəsizliyinin təminatçısı olacaq” .

Öz ölkəsinin sərhədlərini qorumağa qabiliyyəti, gücü və qüdrəti çatmayan Ermənistan ordusunun yenidən qurulmasına ehtiyacı var. Belə ehtimal etmək olar ki, baş verənlərdən nəticə çıxararaq ermənilər havadarları tərəfindən onlara sırıdılan “Böyük Ermənistan” iddiasından, böyük yalandan da imtina edəcəklər. Görünür, 44 günlük müharibədən sonra Ermənistanda yeni dövlət, deməli, həm də ordu quruculuğu başlayıb. Azərbaycan İkinci Qarabağ müharibəsində onlara böyük yalana qulluq etməyin və terroru örnək götürməyin faciəli olduğunu göstərdi. Ona görə də sadaladığımız faktlar və məlumatlar baxımından demək olar ki, yanvarın 28-i Ermənistan ordusunun yalana xidmət etdiyinin və terrorla açıq-aşkar məşğul olmağa başlamasının 30-cu ildönümüdür.

Sədrəddin Soltan

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı