Çindən Rusiya və ABŞ-a göz dağı “Orta Asiya bizimdir...”

Analitika 12:16 29.01.2022

Bu yaxınlarda Çin və Orta Asiya ölkələri arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ili qeyd edilib. Bu səbəblə Çin Prezidetni Şi Cinping və Orta Asiya dövlət başçıları arasında onlayn formatda zirvə görüş baş tutub. Zirvə görüşündə dövlətlər arasında dostluq münasibətlərinin strateji əhəmiyyəti vurğulanıb və böyük güclərə qarşı əyani mesajlar ünvanlanıb.

Belə ki, Çin prezidenti öz çıxışında region ölkələrinin xarici müdaxiləsini (Rusiya) və rəngli inqilabları (ABŞ) rədd etdiklərini açıq şəkildə bəyan edib. Regiona əsas xarici müdaxilələrin tez-tez Rusiyadan gəlməsi, rəngli inqilabların təşkilatçısı rolunda isə ABŞ-ın olduğunu nəzərə alsaq, Cinpingin bu mesajının Vaşiqton və Moskvaya yönəldiyini qeyd edə bilərik.

“Çin Orta Asiya ölkələrinin öz milli reallıqlarına uyğun inkişaf yollarını, müstəqilliklərini və ərazi bütövlüklərinini qorumalarını güclü bir şəkildə dəstəkləyir”, – deyə, Şi Cinping bildirib.

Beləliklə, sonuncu zirvə görüşündən belə aydın olur ki, Çin öz iqtisadi “kurasiyasında” olan regionun ABŞ və Rusiyanın mübarizə meydanına çevrilməsindən narahatdır. Çünki Çinin Orta Asiya diplomatiyası iqtisadi\ticari faktorların üzərində qurulub. Bunun üçünsə regionda sabitliyin olması zəruridir. ABŞ-Rusiya rəqabəti isə regional sabitliyi pozur. Çinsə öz növbəsində bu zirvə görüşü ilə qlobal güclərə “mən buradayam” mesajını ötürməyə çalışır.

Çin Orta Asiya ölkələrini ələ keçirir...

Qeyd edək ki, son dövrlər ABŞ və Rusiyaya nəzərən Çin Orta Asiya regionunda durmadan güclənir və möhkəmlənir. Çinin Orta Asiya diplomatiyası ümumilikdə Rusiyanı qıcıqlandırmadan, yumşaq güc metodları və iqtisadi faktorlarla region ölkələrini özündən ticari asılılığa salmağa istiqamətlənib. Bu diplomatiyanı “borc diplomatiyası” olaraq da adlandıra bilərik. Çünki Çin zəngin enerji resurslarına və strateji coğrafi mövqeyə sahib bu ölkələrə “güzəştli kreditlər” ayıraraq, investisiyalar yatıraraq onları özünə qarşı borclandırır. Borcları və artan iqtisadi bağlılıqları isə bu ölkələri siyasi və iqtisadi cəhətdən Çindən asılı vəziyyətə salır.

Regionu özünün “yaxın çevrə”si, “arxa baxçası” hesab olunan Rusiya bundan narahat olsa da Qərblə yaşadığı gərginliklər fonunda Çinin Orta Asiyadada güclənməsini əngəlləyə bilmir. Çünki Çin Qərbin təzyiq və sanksiyaları qarşısında Moskvanın döyə biləcəyi sonuncu qapısıdır...

Bununla belə tərəflərin region üzərində bir “centlmen razılaşması” əldə etdikləri müşahidə edilir. Bu razılaşmaya görə region ölkələrinin iqtisadiyyatını Çin, ordu və siyasi sistemini isə Rusiya öz nəzarətinə götürür və tərəflər bir-birilərinin sektorlarına müdaxilə etmir.

Lakin Orta Asiya ölkələrinin Çindən asılılığı getdikcə artır. Son 30 ildə Çinlə Orta Asiya ölkələri arasında iqtisadi əlaqələr 100 dəfə artıb. Xüsusilə son 10 ildə Orta Asiya ölkələri Çinin enerji təminatçısı və “Kəmər Yol” layihəsindəki tranzit qovşağı rolunu icra edir.

2019-cu ilin rəqəmlərinə görə Çin istifadə etdiyi təbii qazın 15%-ni Türkmənistan, Qazaxıstan və Özbəkistandan təmin edir. Bundan başqa Çin təbii qazdan savayı uran, neft, kömür və s. kimi məhsulları əsasən Orta Asiya ölkələrindən təmin edir.

Türkmənistan

Bu ölkə Çinin qaz təminatçısı rolunda çıxış edir. Dünyanın ən çox qaz rezervlərinə sahib 4-cü ölkəsi olan Türkmənistan 2000-ci illərin əvvələrinə qədər qaz ixracatında Rusiyadan tam asılı vəziyyətdə idi. Türkmənistan müstəqilliyinin ilk on illiyi ərzində istehsal etdiyi qazı ya Rusiyaya, ya da “Gazprom” vasitəsilə Avropa, İran və Çinə satırdı. Lakin son illərdə Çin Türkmənistanın enerji sektorunda 8 milyard dollardan çox investisiya ayırıb.  Eyni zamanda 1800 km-lik təbii qaz boru xətti çəkərək türkmən qazının əsas alıcısına çevrilib.

Beləliklə, son açıqlanan rəqəmlərə görə, Türkmənistan dünyaya 9,9 milyard dollar dəyərində məhsul ixrac edib və bunun 8,7 milyard dolları Çin tərəfindən idxal olunub. Həmçinin 8,6 milyard dollarlıq təbii qaz məhsullarının 100%-i Çinə ixrac edilib. Yəni, Çin Türkmənistan məhsullarının əsas alıcısına çevrilib. Bununla paraleldə Türkmənistanın Çinə olan borcu da artıb. Hazırda  bu ölkə Çinə ən çox borcu olan dövlətlər sırasında 23-cü yerdədir.

Özbəkistan

Son dövrlər Çinin ən çox investisiya qoyduğu və borc verdiyi Orta Asiya ölkələrindən biri də Özbəkistandır. Son 5 il ərzində Çinin özbək iqtisadiyyatına qoyduğu investisiya həcmi 8 milyard dolları ötüb. 2017-ci ilin mayında Pekinə səfər edən Özbəkistan Prezidenti Şevkat Mirziyayev burada 20 milyard dollarlıq enerji müqaviləsini imzalayıb. Bu müqaviləyə görə, Çin Özbəkistanın neft və qaz sektorunda 5 milyard, təbii enerji sektoruna 3 milyard dollar vəsait ayırıb.

Qeyd edək ki, hazırda Özbəkistanın Çindən aldığı borc da artıb. Son dövrlərdə Çinə məxsus “Eximbank” və Çin İnkişaf Bankı ümumilikdə Özbəkistana 4 milyard dollar kredit ayırıb. Bununla da Özbəkistan Çinin ən çox borc verdiyi ölkələr siyahsında 40-cı sıraya yüksəlib.

 Üstəlik, 2019-cu ildə Özbəkitan 1,3 milyard dollar dəyərində qaz ixrac edibsə, bunun 1,1 milyardı Çinin payına düşür. Son illərdə Çin Özbəkistanın ən çox məhsul ixrac etdiyi birinci, ən çox investisiya cəlb etdiyi  ikinci ölkə olub. 70-dən çox böyük, 500-dən çox orta miqyaslı Çin şirkətləri hazırda Özbəkistanda fəaliyyət göstərir. Özbəkistanda neft və qaz axtarış əməliyyatlarının əksəriyyətini Çinin CNPC şirkəti həyata keçirir.

Qazaxıstan

Bu region Çinin “Kəmər Yol” layihəsi üçün strateji ölkələrdən biridir. Son 20 ildə Çin bu ölkəyə 20 milyard dollardan çox investisiya qoyub (2019-ci ilədək). İki dövlət arasında ticari dövriyyənin ümumi həcmi 11 milyard dolları keçib. Son illərin hesabatına görə Çin Qazaxıstanın ən çox məhsul ixrac etdiyi ölkədir. Çin qazax nefti ilə birlikdə ölkədə istehsal edilən uranın əsas alıcısıdır. Qazaxıstanın enerji sektorunda Çin şirkətləri ABŞ və Rusiya şirkətləri üzərində açıq üstünlük quraraq, sektora nəzarəti həyata keçirir.

 12 milyard dollara yaxın dövlət borcu ilə Qazaxıstan Çinə ən çox borcu olan ölkələrdən biridir.

Qırğızıstan və Tacikistan

Bu iki ölkə İqtisadi cəhətdən digər region ölkələrindən geri qalsa da Çinlə sıx əməkdaşlıqları var. Çinin bu ölkələrə ayırdığı investisiya daha çox infrastruktur quruculuğuna yönəlib. Rəsmi Pekin kreditlər ayıraraq tunellerin, yolların, körpülərin və s. tikilməsinə dəstək olur. Eyni zamanda bu ölkələrin Çinə olan borcu da durmadan artır. Hazırda Tacikistan Çinə 1,5 milyard, Qırğızıstansa 1,8 milyard dollar borcu var. Bu rəqəmlər sözügedən ölkələrin xarici borclarının 50%-nə yaxındır. Qırğızıstanın Çinə olan borcu son 10 ildə 200 dəfə artıb və bu ölkə Çindən ən çox borc alan 5-ci ölkə olub, Tacikistansa bu siyahıda 20-ci yerdədir.

Beləliklə, yuxarıda təsvir edilən mənzərədən də göründüyü kimi Çin Orta Asiyanı öz iqtisadi hörümçək toruna salıb. Rəsmi Pekin bu regionda əsas güc və oyun qurucusuna çevrilib. Orta Asiya ölkələri ilə diplomatik münasibətlərin qurulmasının 30-cu il dönümündə isə Çin regiondakı hakimiyyətini dünyaya bəyan edərək, xarici müdaxilələrə cəhd edən dövlətlərə meydan oxuyur və bəyan edir: Orta Asiyada xarici müdaxilə və rəngli inqilablar Çinin icazəsi olmadan baş verə bilməz...

Nicat İsmayılov

Xocalıya köç başlayır: Evlərin təhvilvermə prosesinin vaxtı AÇIQLANDI – VİDEO

Xəbər xətti

"Тrendyol" Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI
07:31 14.05.2024
Etirazçılar Ermənistan-Gürcüstan yolunu BAĞLADILAR
06:12 14.05.2024
Yeni Kaledoniyada polislə nümayişçilər arasında toqquşmalar olub
05:28 14.05.2024
Sumqayıtda evdə körpə meyiti aşkarlanıb
04:51 14.05.2024
Vuçiç: Serbiya səfiri tezliklə Ukraynaya qayıdacaq
03:33 14.05.2024
Kilian Mbappe PSJ prezidenti ilə dava edib
02:24 14.05.2024
Quterreş Qəzza zolağında BMT-yə məxsus avtomobilə hücumun araşdırılmasına çağırıb - YENİLƏNİB
01:00 14.05.2024
Kobaxidze Tbilisidəki etirazçıları qanunu pozmaqdan və zorakılıqdan çəkinməyə çağırıb
00:10 14.05.2024
Stoltenberq: “Ukrayna məğlub olarsa, onu bərpa etməyin mənası olmayacaq”
23:57 13.05.2024
Zelenski Xarici Kəşfiyyat Xidməti rəhbərinin birinci müavinini İŞDƏN ÇIXARDI
23:39 13.05.2024
Sinqapurun Baş naziri istefa ərizəsini prezidentə təqdim edib
23:23 13.05.2024
Antalyada meşədə yanğın başlayıb
23:00 13.05.2024
Bəzi rayonlarda yağış intensivləşib, qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA
22:50 13.05.2024
Azərbaycan və Ukrayna XİN rəhbərləri strateji tərəfdaşlıq münasibətlərini müzakirə edib
22:46 13.05.2024
Allahşükür Paşazadə Dünya İslam Alimlərinin Məşvərət Toplantısında iştirak edib
22:40 13.05.2024
Paşinyan Kopenhagen Demokratiya Sammitində iştirak etmək üçün Danimarkaya gedib
22:22 13.05.2024
Polşa öz vətəndaşlarını Gürcüstanda etiraz aksiyalarında iştirakdan çəkinməyə çağırıb
22:00 13.05.2024
BMT-nin iki əməkdaşı "Rəfah" keçid məntəqəsi yaxınlığında yaralanıb
21:42 13.05.2024
Ərdoğan yunan Baş nazirlə birgə brifinqdə: Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması vacibdir
21:21 13.05.2024
Avropalı parlamentari Qərbi azərbaycanlıların yaşadıqları bəlaları tarixi faciə adlandırıb
21:00 13.05.2024
Aİ Moldovadan gələn mallara rüsum və kvotaların dayandırılmasını bir il müddətinə uzadıb
20:40 13.05.2024
Berlində Azərbaycanlı Mühəndislərin Avropa Forumu təşkil olunacaq
20:20 13.05.2024
“Müasir dünyada bəzi qurumlar istədiklərini edirlər” – İspan fotoqraf
“Müasir dünyada bəzi qurumlar istədiklərini edirlər” – İspan fotoqraf
20:00 13.05.2024
“Xarıbülbül” festivalı “Sələflər və xələflər”lə Laçında
19:51 13.05.2024
Yan Borq: ATƏT Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləməyə hazırdır
19:30 13.05.2024
Azərbaycana idxal olunan avtonəqliyyat vasitələrinə “Avro-5”in tətbiqi araşdırılır
19:15 13.05.2024
İspan foto-jurnalist Fransanın Ruandadakı soyqrımından danışdı - VİDEO
19:00 13.05.2024
Sabahdan bəzi yaşayış məntəqələrinə içməli suyun verilməsi dayandırılacaq
18:50 13.05.2024
COP28-in Baş danışıqçısı şəffaflıq hesabatlarının vaxtında təqdim edilməsinə çağırır
18:39 13.05.2024
Prezident İlham Əliyev: Kiçik ada dövlətlərinə yardım bizim üçün mənəvi borcdur
18:19 13.05.2024
İlham Əliyev Tuvalunun general-qubernatorunu, Tonqanın Baş nazirini və Baham Adaları Birliyinin xarici işlər nazirini qəbul edib
18:16 13.05.2024
Əli Əsədov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti ilə görüşüb
18:09 13.05.2024
BAMF-ın prezidenti İspan jurnalistə Qarabağ həqiqətlərindən danışdı - VİDEO
BAMF-ın prezidenti İspan jurnalistə Qarabağ həqiqətlərindən danışdı - VİDEO
18:00 13.05.2024
Şahdağa qar yağır - FAKTİKİ HAVA
17:53 13.05.2024
Sumqayıtda ana və azyaşlı övladları 11 gündür İTKİNDİR
17:44 13.05.2024
“İnsan bütün bunları gördükdən sonra…” – İspan fotoqraf -VİDEO
“İnsan bütün bunları gördükdən sonra…” – İspan fotoqraf -VİDEO
17:30 13.05.2024
Bu ixtisasların məzunları da müəllim ola biləcək – SİYAHI
17:15 13.05.2024
İspaniyalı foto-jurnalist: Qarabağda gördüyüm mina təhlükəsi məni dəhşətə gətirdi - VIDEO
17:00 13.05.2024
Xocalıya da köç başlayır - Rəsmi
16:55 13.05.2024
Bəzi bölgələrə yağış, Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:49 13.05.2024
Hamısı