Azərbaycanda İran qəhrəmanlarını kim təbliğ edir - ARAŞDIRMA Ocaq Necatın başlatdığı ənənə

Analitika 13:51 29.01.2022

“Allahdan nur almış insan”, “13 yaşında”, “Şəhadət aşiqləri”, “Salam olsun İbrahimə”, “Gülüstan prospekti” və “İxtisaslı bəndə”.

Adını sadaladığımız kitablar Azərbaycanda din pərdəsi altında İran təbliğatı aparmaq üçün tərcümə və nəşr edilib.

Sözügedən kitablar İran-İraq müharibəsində həlak olan iranlı əsgərlər haqqında yazılıb. Kitablarda müxtəlif döyüş yolu keçmiş əsgərlərin imanından, onların mübarizə əzmindən və “şəhadət”lərindən ağız dolusu bəhs edilib.

Hazırda isə bu müharibədə həlak olan şəxslər Azərbaycan dilinə tərcümə edilən bu kitablarla azərbaycanlı oxucuya dini qəhrəman və örnək kimi təqdim edilir. Maraqlıdır ki, 30 ildə 20 mindən çox şəhid verən, çox yox, iki il əvvəl özünün qəhrəmanlıq səlnaməsini qanıyla yazmış, müsəlmana yox, məscidləri tövləyə çevirmiş, azanı susdurmuş, heç bir dini şüuru olmayan bir dövlət üzərində zəfər çalmış azərbaycanlılar üçün bu iranlı əsgərlər necə nümunə ola bilər?!

Şübhəsiz ki, sözügedən kitablar nə konkret tarixi, nə də dini motivdədir. Çünki bu kitabların ana xəttini irançılıq, iranpərəstlik təşkil edir. Kitabların Azərbaycanda təbliğatının əsas məqsədi iraqlı müsəlman əsgərləri öldürmüş iranlı İbrahimi azərbaycanlı dindar oxucuya “Çe Quvarrera” stilində bir qəhrəman kimi sırımaqdır. Lakin müsəlmana güllə atan İbrahim, azanı susdurana qan qusduran şəhid Mübarizlər yetişdirmiş xalqın qəhrəmanı ola bilməz, olmamalıdır.

Qeyd edək ki, bu kitablar son zamanlar sosial şəbəkədə çox ciddi şəkildə təbliğ edilir. Kitabları ağız dolusu tərifləyən sosial şəbəkə istifadəçilərinin əksəriyyətinin profilində İranın ali dini lideri Əli Xomeneinin şəkillərinin əks etdirilməsi hər şeyi izah edir...

Yeri gəlmişkən İran İslamını təbliğ edən bu kitablarda heç Dini İşlər Üzrə Dövlət Komitəsinin aksiz markası da yoxdur. Yəni, kitablar qeyri-qanuni yollarla nəşr edilib.

Elə isə bu kitablar harada hazırlanıb? Harada nəşr edilib?

Kitablar barədə apardığımız kiçik araşdırma zamanı bəlli oldu ki, onların bəzilərində harada nəşr edilmələri barədə heç bir qeyd yoxdur. Lakin “Şəhadət aşiqləri” və “Salam olsun İbrahimə” kitablarında “Zərdabi LTD” MMC nəşriyyat evi tərəfindən dərc olunması yazır.

Məsələ ilə bağlı “Zərdabi LTD” MMC-nin rəhbəri Elman Qasımov  EDNews-a açıqlaması zamanı deyib ki, kitablar bir neçə il öncə Şahin adlı bir şəxs tərəfindən nəşr etdirilib.

 “Zərdabi LTD” MMC olaraq daim dini təyinatlı kitabların nəşri ilə bağlı Dini İşlər Üzrə Dövlət Komitəsinə müraciət edirik. Bəzən kitabları quruma göndərir, bəzənsə məsləhət alırıq. Bu kitablar 3-4 il əvvəl bizim nəşriyyat evində çap edilib. Biz bu kitablar barədə Dini İşlər Üzrə Dövlət Komitəsinə müraciət etmişik. Qurum bizə bu kitabların dini təyinatlı olmadığını və komitənin xüsusi rəyinə ehtiyac duymadıqlarını bildirib. Biz də nəşr etmişik. Kitabın nəşri ilə bağlı bizə Şahin adlı bir şəxs müraciət edib. Qeyd edim ki, sonralar “Salam olsun İbrahimə” kitabının yenidən nəşri ilə bağlı da eyni şəxs bizdən xahiş etdi. Lakin İranın müharibə dövründəki əleyhimizə olan mövqeyini nəzərə alaraq, kitabı yenidən nəşr etdirmədik. Ümumiyyətə, rəhbəri olduğum Zərdabi Nəşriyyat evi istər müharibə dövründə, istərsə də əvvəllər Azərbaycanın milli qəhrəmanları və şəhidləri ilə bağlı sayısız-hesabsız kitablar nəşr edib. Hər zaman Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması və vətənpərvərlik əhval-ruhiyyəsinin artmasına tövhə verməyə çalışıb" – deyə, nəşriyyatın rəhbəri bildirib.

Adının çəkilməsini istəməyən azərbaycanlı dindarlardan biri isə (N.F.) EDNews-a açıqlamasında bu kitabların Əli Xomeneinin Azərbaycandakı sabiq  nümayəndəsi Ocaq Necatın sifarişi ilə nəşr etdirildiyini iddia edib.

“Bu işlərlə əvvəllər İranın ali dini lideri Ocaq Necat məşğul olardı. Onun təşkilatçılığı ilə Azərbaycanda dindarlardan “şəhriyyələr”, “xüms”, müctəhid pulu” və s. kimi qeyri-qanuni pullar yığılır, daha sonra bu vəsait hesabına dini tədbirlər keçirilir, kitablar nəşr etdirilirdi. Bu kitablar da onun Bakıdakı fəaliyyəti dövründə ərsəyə gəlib” – deyə, N.F. qeyd edib.

Sözügedən kitabların nəşri ilə bağlı Dini İşlər Üzrə Dövlət Komitəsindən açıqlama almaq mümkün olmayıb.

İlahiyyatçı alim Elşad Miri isə bu məsələdə Dini İşlər Üzrə Dövlət Komitəsinin fəaliyyətini tənqid edib.

Oxu.az - Elşad Miri: O aparıcı Allaha cavab verəcək – FOTO + MÜSAHİBƏ

“Dini komitənin kitaba rəy vermək üsulu tamamilə yalnışdır. Bunu kitabı qadağan edilmiş bir müəllifi kimi deyirəm. Təsəvvür edin, mənim ənənəvi din anlayışına zidd olan kitabım qadağan edilir, lakin belə kitablar müxtəlif yollarla ölkədə çap edilir. Bu cür təbliğat xarakterli kitabların yayılmasının qarşısını almaq da bir o qədər mümkün deyil. Komitə kitabları qadağan etsə də müəlliflər onları “pdf” formatda sosial şəbəkələrdə paylayacaqlar. Bu problemin tək həll yolu ictimai maarifləndirmədir”- deyə ilahiyyatçı bildirib.

Millət Vəkili Fazil Mustafa belə kitabları yayanların məsuliyyətə cəlb olunması gərəkdiyini deyib.

Oxu.az - Məmurların dərdini dilə gətirən deputat: Fazil Mustafa gələn il  “Bakını xilas edəcək”

“Bu məzmunlu materialların yayılması qanunvericilikdə qadağan edilir. Yəni, müvafiq orqanın (Dini İşlər üzrə Dövlət Komitəsi) icazəsi olmadan bu tipli kitabların nəşri və paylanması cinayətdir. Mən bildiyim qədərilə Dini İşlər üzrə Dövlət Komitəsi bu məsələdə həssaslıq nümayiş etdirir. Məncə, tez bir zamanda bu məsələ ciddi şəkildə araşdırmalı və kitabı yayanlar məsuliyyətə cəlb edilməlidir. Həqiqətən də dini motivdə hansısa qətlə yetirilmiş insanların şəhid kimi tanıdılması və stimullaşdırılması, hansısa bir ölkənin rəsmi ideologiyasının təbliğ edilməsi yolverilməzdir. Biz dövlət olaraq bu məsələdə həssas olmalı və informasiya təhlükəsizliyimizi qorumalıyıq. İstər İran, istər Ərəbistan, istərsə də Türkiyədən dini motivli, insanları yalnış yola yönləndirə biləcək informasiyaların, kitabların yayılmasının qarşısını almalıyıq” – deyə, millət vəkili bildirib.

Xatırladaq ki, İran-İraq müharibəsi iki müsəlman ölkəsi arasında 1980-ci ildə İraqın hücumu ilə başlayıb və 8 il davam edib. Müharibənin 4-cü ilində İraq prezidenti Səddam Hüseyin qələbənin mümkün olmadığını anlayaraq İranın Ali Dini Lideri Ruhulla Xomeyniyə sülh təklif etsə də Xomeyni yekun zəfər qazanmaq üçün müharibəni daha 4 il davam etdirib. Nəticədə, bir milyon yarımdan çox müsəlmanın həlak olduğu qanlı döyüşlərdə heç bir tərəf qalib gələ bilməyib.

Nicat İsmayılov

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

ABŞ "TikTok"un Çindən alınmaq üçün müqavilə hazırlayıb
08:07 05.07.2025
Makqreqor Ağ Evdəki UFC döyüşündə iştirak etmək istəyir
07:34 05.07.2025
Klublararası dünya çempionatının 1/4 final matçları məlum oldu
07:07 05.07.2025
İşə düzəlmək istədi,5000 manatı oğrulandı
06:34 05.07.2025
Brüs Li muzeyi qapılarını bağlanır
06:07 05.07.2025
Qulaqcıq taxanlar bunu oxumalıdır
05:34 05.07.2025
Neyron şəbəkələr KİV-lərin trafikinin azalmasına səbəb olur
05:02 05.07.2025
Neandertallar niyə "yağ fabriki" qurmuşdular?
04:27 05.07.2025
Keti Perri və Orlando Blum rəsmi olaraq ayrıldı
03:55 05.07.2025
Partey Cinsi təcavüzdə ittiham olunur
03:24 05.07.2025
Almaniyada könüllü hərbi xidmət tətbiq ediləcək
02:51 05.07.2025
400-dən çox delfin özünü sahilə atıb
02:10 05.07.2025
Qlobal istiləşmə dünyada süd istehsalını kəskin azalda bilər
01:48 05.07.2025
2 milyard dollarlıq "Bitcoin" oğrulandı
01:17 05.07.2025
Avstraliyada kişi son dərəcə nadir virusdan öldü
00:46 05.07.2025
UEFA Çelsini cərimələdi
00:31 05.07.2025
Xeops piramidasını kimlərin tikdiyi məlum oldu - Piramidaları qullar tikməyib
00:16 05.07.2025
Bu gün Aşuradır
00:01 05.07.2025
CAR-da güclü partlayış qeydə alınıb
23:36 04.07.2025
ABŞ-də daşqınlar nəticəsində 13 nəfər ölüb
23:01 04.07.2025
"İran-İsrail münaqişəsi təkrarlanmamalıdır"
22:31 04.07.2025
Ruzanna Məmmədova Avropa çempionu olub
22:16 04.07.2025
Azərbaycanın iki sərbəst güləşçisi Avropa çempionatının finalına yüksəlib
22:11 04.07.2025
Ruanda Demokratik Konqoya inanmır
21:58 04.07.2025
İran İsrailin Vetsman xərçəng tədqiqat laboratoriyasını məhv edib
21:33 04.07.2025
Türkiyədə meşə yanğınları ilə bağlı 44 şübhəli saxlanılıb
21:09 04.07.2025
"Pakistanla Azərbaycan arasında ticarət və investisiyaları inkişaf etdirmək barədə razılığa gəldik"
20:44 04.07.2025
"Rusiya sülhə hazır deyil"
20:29 04.07.2025
"Biliklərin qiymətləndirilməsi olduqca mürəkkəb sahədir"
20:05 04.07.2025
İrəvanda Samvel Karapetyana dəstək aksiyası başlayıb
19:53 04.07.2025
Mertz Trampla Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsini müzakirə edib
19:38 04.07.2025
Ermənistan Rusiyaya nota verdi
19:28 04.07.2025
Tramp Makron və Meloni ilə telefonla danışıb
19:18 04.07.2025
"Müharibə İranın nüvə problemini həll etməyəcək"
19:03 04.07.2025
Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib
18:48 04.07.2025
İlham Əliyev Xankəndidə Rəcəb Tayyib Ərdoğanla görüşdü
18:32 04.07.2025
Şəmkirdə 3 uşaq çayda batıb
18:17 04.07.2025
Qazaxıstan Xankəndidə Təmiz Enerji Mərkəzinin Nizamnaməsini imzalayıb
18:02 04.07.2025
Zelenski və Tramp arasında telefon danışığı olub
17:47 04.07.2025
Ərdoğan və Pezeşkian Xankəndidə görüşdülər
17:32 04.07.2025
Hamısı