Ramiz Mehdiyevə qarşı “məxməri inqilab” “Ağsaqqal”dan mesaj var”

Analitika 17:20 03.02.2022

AMEA prezidenti Ramiz Mehdiyevə qarşı narazılıq getdikcə artır. Parlamentdən mətbuata, elmi insitutlardan siyasi partiyalara qədər bir çox sahələrdə Mehdiyevə qarşı etiraz səsləri ucalır. Gün olmur ki, Mehdiyev əleyhinə bir bəyanat verilməsin, məqalə yazılmasın.

Xüsusilə AMEA daxilində Mehdiyevə qarşı “məxməri inqilab”ın ilk işartıları müşahidə edilir. Tarix insitutunun baş direktoru, professor Kərim Şükürovun Mehdiyevi istefaya çağırmasına digər insitutların elmi işçiləri də qoşulmaqdadır. Beləliklə, Tarix insitutunun öndəliyində Mehdiyevə qarşı AMEA daxilində aparılan inqilabı hərakat genişlənir. Buna səbəb bu sivil etiraz dalğasına ölkə ictimaiyyətinin, xüsusilə mətbuat və parlament nümayəndələrinin geniş dəstək verməsidir.

Son günlər AMEA koridorlarında gəzən söz-söhbətlərə görə, artıq Mehdiyevin “qələmi qırılıb” və bu yaxınlarda istefa verməsi gözlənilir. Hətta kulislərdə Mehdiyevdən sonra Azərbaycanın Baş aliminin kim olacağı müzakirə edilir.

Məhz belə bir dövrdə, 2 fevral tarixində sabiq “boss kardinal” AMEA Rəyasət Heyətini başına toplayıb iclas keçirib. İclasda müzakirəyə çıxarılan məsələlərin içərisində isə Mehdiyevin istefasına dair heç bir müddəa yer almayıb.

 Ənənəvi qaydada keçirilən iclasla birlikdə AMEA-nın saytında Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru professor Abbas Seyidovun məqaləsi yayımlanıb. Seyidov bu məqalədə Mehdiyevə qarşı yönələn hücumları pisləyib və onun “uğurlu” islahatlarından bəhs edib. Professor Seyidov Mehdiyevi tənqid edənləri “qaragüruh” adlandırıb.

Beləliklə, AMEA-nın sonuncu iclas və məqalədən belə aydın olur ki, Mehdiyev özünə qarşı yönələn etiraz dalğasına açıq şəkildə mesaj verir: “Mən buradayam və heç yerə getmək niyyətim yoxdur!”

Qeyd edək ki, Ramiz Mehdiyev nə az, nə çox 44 il Azərbaycanda bu və ya digər səviyyədə, müxtəlif vəzifələrdə dövlət idarəçiliyində iştirak edib. Son 25 ildə Mehdiyevin adı korrupsiya, dövlət daxilində paralel qruplaşma formalaşdırma, vəzifə səlahiyyətlərini aşma və s. kimi onlarla qanuna zidd fəaliyyətlərdə hallanıb.

İndi isə bu qədər cinayətlərdə adı hallanan şəxsi Azərbaycan elminin səviyyəsini aşağı salmaqda ittiham edirlər.

 Bəs, həqiqətənmi Azərbaycan elminin əsas problemi Ramiz Mehdiyevdir?

Hələ Ramiz Mehdiyev AMEA prezidenti təyin edilmədən əvvəl görkəmli akademik, rəhmətlik Hətəm Quliyevlə Azərbaycan elminin problemlərinə dair maraqlı bir söhbətimiz olmuşdu. O zaman Hətəm müəllimdən soruşmuşdum ki, yeni Hətəm Quliyevlərin yetişməsinə nə mane olur? Sözün həqiqi mənasında böyük alim mənə belə cavab vermişdi:

 “Mən Geologiya insitutunda şöbə müdiri vəzifəsində çalışanda nazirin maaşı qədər məvacib alırdım. O dövrdə alimin, akademikin ayrı və böyük bir nüfuzu var idi. İndisə gənc alimlər ailələrini saxlaya bilmirlər. Kimi yetişdirdiksə ya xaricə üz tutdu, ya da başqa sahədə iş tapdı...”

Nicat İsmayılov

Xocalıya köç başlayır: Evlərin təhvilvermə prosesinin vaxtı AÇIQLANDI – VİDEO

Xəbər xətti

"Тrendyol" Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI
07:31 14.05.2024
Etirazçılar Ermənistan-Gürcüstan yolunu BAĞLADILAR
06:12 14.05.2024
Yeni Kaledoniyada polislə nümayişçilər arasında toqquşmalar olub
05:28 14.05.2024
Sumqayıtda evdə körpə meyiti aşkarlanıb
04:51 14.05.2024
Vuçiç: Serbiya səfiri tezliklə Ukraynaya qayıdacaq
03:33 14.05.2024
Kilian Mbappe PSJ prezidenti ilə dava edib
02:24 14.05.2024
Quterreş Qəzza zolağında BMT-yə məxsus avtomobilə hücumun araşdırılmasına çağırıb - YENİLƏNİB
01:00 14.05.2024
Kobaxidze Tbilisidəki etirazçıları qanunu pozmaqdan və zorakılıqdan çəkinməyə çağırıb
00:10 14.05.2024
Stoltenberq: “Ukrayna məğlub olarsa, onu bərpa etməyin mənası olmayacaq”
23:57 13.05.2024
Zelenski Xarici Kəşfiyyat Xidməti rəhbərinin birinci müavinini İŞDƏN ÇIXARDI
23:39 13.05.2024
Sinqapurun Baş naziri istefa ərizəsini prezidentə təqdim edib
23:23 13.05.2024
Antalyada meşədə yanğın başlayıb
23:00 13.05.2024
Bəzi rayonlarda yağış intensivləşib, qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA
22:50 13.05.2024
Azərbaycan və Ukrayna XİN rəhbərləri strateji tərəfdaşlıq münasibətlərini müzakirə edib
22:46 13.05.2024
Allahşükür Paşazadə Dünya İslam Alimlərinin Məşvərət Toplantısında iştirak edib
22:40 13.05.2024
Paşinyan Kopenhagen Demokratiya Sammitində iştirak etmək üçün Danimarkaya gedib
22:22 13.05.2024
Polşa öz vətəndaşlarını Gürcüstanda etiraz aksiyalarında iştirakdan çəkinməyə çağırıb
22:00 13.05.2024
BMT-nin iki əməkdaşı "Rəfah" keçid məntəqəsi yaxınlığında yaralanıb
21:42 13.05.2024
Ərdoğan yunan Baş nazirlə birgə brifinqdə: Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması vacibdir
21:21 13.05.2024
Avropalı parlamentari Qərbi azərbaycanlıların yaşadıqları bəlaları tarixi faciə adlandırıb
21:00 13.05.2024
Aİ Moldovadan gələn mallara rüsum və kvotaların dayandırılmasını bir il müddətinə uzadıb
20:40 13.05.2024
Berlində Azərbaycanlı Mühəndislərin Avropa Forumu təşkil olunacaq
20:20 13.05.2024
“Müasir dünyada bəzi qurumlar istədiklərini edirlər” – İspan fotoqraf
“Müasir dünyada bəzi qurumlar istədiklərini edirlər” – İspan fotoqraf
20:00 13.05.2024
“Xarıbülbül” festivalı “Sələflər və xələflər”lə Laçında
19:51 13.05.2024
Yan Borq: ATƏT Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləməyə hazırdır
19:30 13.05.2024
Azərbaycana idxal olunan avtonəqliyyat vasitələrinə “Avro-5”in tətbiqi araşdırılır
19:15 13.05.2024
İspan foto-jurnalist Fransanın Ruandadakı soyqrımından danışdı - VİDEO
19:00 13.05.2024
Sabahdan bəzi yaşayış məntəqələrinə içməli suyun verilməsi dayandırılacaq
18:50 13.05.2024
COP28-in Baş danışıqçısı şəffaflıq hesabatlarının vaxtında təqdim edilməsinə çağırır
18:39 13.05.2024
Prezident İlham Əliyev: Kiçik ada dövlətlərinə yardım bizim üçün mənəvi borcdur
18:19 13.05.2024
İlham Əliyev Tuvalunun general-qubernatorunu, Tonqanın Baş nazirini və Baham Adaları Birliyinin xarici işlər nazirini qəbul edib
18:16 13.05.2024
Əli Əsədov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti ilə görüşüb
18:09 13.05.2024
BAMF-ın prezidenti İspan jurnalistə Qarabağ həqiqətlərindən danışdı - VİDEO
BAMF-ın prezidenti İspan jurnalistə Qarabağ həqiqətlərindən danışdı - VİDEO
18:00 13.05.2024
Şahdağa qar yağır - FAKTİKİ HAVA
17:53 13.05.2024
Sumqayıtda ana və azyaşlı övladları 11 gündür İTKİNDİR
17:44 13.05.2024
“İnsan bütün bunları gördükdən sonra…” – İspan fotoqraf -VİDEO
“İnsan bütün bunları gördükdən sonra…” – İspan fotoqraf -VİDEO
17:30 13.05.2024
Bu ixtisasların məzunları da müəllim ola biləcək – SİYAHI
17:15 13.05.2024
İspaniyalı foto-jurnalist: Qarabağda gördüyüm mina təhlükəsi məni dəhşətə gətirdi - VIDEO
17:00 13.05.2024
Xocalıya da köç başlayır - Rəsmi
16:55 13.05.2024
Bəzi bölgələrə yağış, Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:49 13.05.2024
Hamısı