Dünyanı əsarətdə tutan peyvənd monopoliyası “...onlar Covid-ə minnətdarlıq bildirdi”

Analitika 13:35 11.02.2022

Dünya iqtisadiyyatının zəifləməsi yeni peyvənd bazarının canlanmasına səbəb olub. Ağlasığmaz gəlirləri ilə göz qamaşdırmağa başlayan Moderna, BioNTech və Pfizer kimi COVID peyvəndləri öz monopoliya siyasəti ilə kosmik qiymətlər həddinə çatıb. Maraqlıdır ki,  adı qeyd olunan peyvənd firmaları mənfəət marjasını 69% dən yuxarı qldırsalar da, vergi ödənişindən demək olar ki, azaddırlar. 

Bundan əlavə, ABŞ, Almaniya və digər ölkələrdəki vergi ödəyicilərindən 100 milyard dollar dövlət maliyyəsi ilə dəstəklənən üç korporasiya, koronavirusa qarşı uğurlu peyvəndlər üçün patent monopoliyası sayəsində, təkcə ilin birinci yarısında 26 milyard dollardan çox gəlir əldə edib. 

Xalqların Peyvənd Alyansı...

Avropada mövcud olan “Xalqların Peyvənd Alyansı” təşkilatı bildirib ki, bəhs edilən üç korporasiya birdəfəlik varlanmaq həvəsilə, peyvənd pereparatlarını öz istehsal dəyərindən 41 milyard dollar artıq qiymətə ölkələrə satır. Səbəbinə gəlincə isə həmin pereparatların sadəcə tibb aləmində daha güclü təsirə malik olduğu deyilir. Bu gün Avropada hadisələrə reallıq gözü ilə baxan bir çox qurumlar, bunu milyard dollar həcmində dövlət sərmayəsinə sahib olan, az vergi ödəyib həyat qurtaran dərmanlar üçün həddindən artıq qiymətlər tələb edən varlı investor və korporativ rəhbərlərin sərvətə olan həvəsi adlandırırlar. Lakin buna qlobal ictimai sağlamlıq nöqteyi nəzərindən yanaşanda işin əsl bərbad tərəfi görünməyə başlayır. 

Qeyd edək ki, peyvəndlə bağlı yaşanan problemlər Azərbaycan və regiona aid olan digər ölkələrdə də mövcuddur. 

Məsələ ilə bağlı Ednews-a danışan TƏBİB-in mətbuat katibi Elnarə Baxışova məsələyə bir qədər fərqli yanaşır. O, ölkədə Pfizer peyvəndindən də istifadə edildiyini vurğulayıb. 

“Öncəliklə qeyd edək ki, peyvəndləmə strategiyasının əsas məqsədi koronavirus xəstəliyinə yoluxmanı azaltmaq, xəstə insanlarda xəstəliyin ağır keçməsinin və ölüm hallarının qarşısını almaqdan ibarətdir. Başqa sözlə, əsas prioritet insanların sağlamlığını qorumaqdır.  Digər tərəfdən, ölkədə istifadə olunan bütün peyvəndlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tanınıb, təsdiqlənib və istifadəsinə icazə verilib”.

Elnarə Baxışova həm də ölkədən kənarda, xüsusilə Qərb dövlətlərində tələb olunan Pfizer peyvəndinin əlçatanlığına da toxunub.  

“Hazırda ölkəmizdə bütün bütün növ peyvəndlər pulsuzdur və kifayət qədər əlçatandır.  Onu da əlavə edək ki, bu gün rayonlarda da Pfizer peyvəndi var və istənilən şəxs ödənişsiz şəkildə bu peyvəndi vurdura bilər”,- deyə, Təbibin sözçüsü əlavə edib.

Avropanın Pfizer sevdası...

Lakin bu məsələnin  bir qaranlıq tərəfi də var. Qaydalara əsasən Avropa ölkələrinə səfər etmək istəyən şəxslərdən Pfizer peyvəndi tələb olunur. Bakıda Sinovak yaxud Moskvada Sputnik peyvəndini vurduran bir şəxs Almaniyaya uçmaq istəyərsə, onun ölkəyə girə bilməsi üçün mütləq Pfizer peyvənd pasportu təqdim etməsi tələb olunur. Bu da hər bir şəxs üçün həm vaxt, həm də xeyli pul itkisidir. 

Digər tərəfdən, əgər Ümumdünya Səhiyyə Təşkilatı bütün peyvəndləri təsdiq edibsə, o zaman hansı səbəbə görə ölkələr, peyvəndlər arasında ayrı-seçkilik yaradır? Bu problemə nəzarət edən və ya bu barədə bir ölçü götürən qurum, yaxud təşkilat varmı? Yoxsa, sadəcə peyvəndlər bir neçə “dərman maqnatının” ciblərinə xidmət etmək üçündür..?

Görünən odur ki, bu suallar hələ uzun müddət cavabsız qalmağa məhkumdur. 

Son olaraq, Böyük Britaniyada fəaliyyət göstərən “ActionAid International” qeyri-hökumət təşkilatının kampaniyalar üzrə meneceri Dina Fuentesfinanın maraqlı açıqlamasını qeyd etmək istərdim. 

“Pandemiya zamanı 200 milyondan çox insan yoluxduğu və 4,5 milyondan çoxunun həyatını itirdiyi halda, ən azı dünyada doqquz yeni milyarder Covid-ə minnətdarlığını bildirdi.

Bu, həqiqətən bərabərsizlik virusudur. Biz peyvənd milyarderləri yaradırıq, lakin ehtiyacı olan milyardlarla insanı peyvənd edə bilmirik. Əgər bu peyvəndlərin hazırlanmasına dövlət büdcəsindən böyük vəsaitlər xərclənirsə və burada dünya əhalisinin sağlamlığı ilə bağlı ehtiyaclar nəzərə alınırsa, bu cür həyat qurtara bilən peyvəndlər xalqın ortaq malına çevrilməlidir”.

Elnur Ənvəroğlu

İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Rusiya XİN İsveçrədə Ukrayna üzrə sammitin keçirilməsinə münasibət bildirib
00:14 19.05.2024
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
23:58 18.05.2024
Güləş yığmamız Avropa çempionu oldu
23:31 18.05.2024
Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi
22:48 18.05.2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
22:24 18.05.2024
“Bu il alacağımız F-16-lar müharibədə həlledici rol oynamayacaq” - Zelenski
21:55 18.05.2024
Moldovada demoqrafik vəziyyət pisləşib
21:29 18.05.2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
21:11 18.05.2024
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
"Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiya Azərbaycanın müstəqil inkişaf yoluna işıq salır
19:59 18.05.2024
Qarabağ Universitetinin bukleti hazırlanıb
19:29 18.05.2024
Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
19:00 18.05.2024
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
18:20 18.05.2024
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18:00 18.05.2024
Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib
17:39 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında - YENİLƏNİB
17:20 18.05.2024
Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi
17:00 18.05.2024
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
16:29 18.05.2024
Qəzzaya dənizdən humanitar yolu açılıb
Qəzzaya dənizdən humanitar yolu açılıb
16:00 18.05.2024
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
15:40 18.05.2024
Azərbaycan paraatleti Yaponiyada dünya çempionu OLDU
15:20 18.05.2024
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
15:00 18.05.2024
İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoyub
14:45 18.05.2024
Filippində zəlzələ oldu
14:40 18.05.2024
Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:36 18.05.2024
Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib
14:04 18.05.2024
Sabahın HAVA PROQNOZU
13:50 18.05.2024
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
13:27 18.05.2024
Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub
13:20 18.05.2024
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO
12:45 18.05.2024
Şərqi Avropada enerji təhlükəsi yaranıb
Şərqi Avropada enerji təhlükəsi yaranıb
12:40 18.05.2024
"Qarsdan Naxçıvana dəmir yolu bu tarixdə HAZIR OLACAQ" – Türkiyəli nazir
12:05 18.05.2024
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:41 18.05.2024
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
11:28 18.05.2024
Avropa ölkələri TAP ilə Azərbaycandan 35 milyard kubmetrdən çox qaz alıb
11:21 18.05.2024
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
11:11 18.05.2024
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
11:04 18.05.2024
Hamısı