Rusiyanı çökürdə biləcək Qərbin B planı “Putinin son hərəkəti onun sonun gətirə bilər” – politoloqdan AÇIQLAMA

Analitika 20:07 28.02.2022

Rusiya həbsxanalarında yerə iynə atmaq mümkün deyil. Artıq Ukraynaya işğalçı hücumunun 5-ci gününü yaşayan Putin hakimiyyəti nəyinki xaricidən, həm də daxildən təzyiqləri artırmaqla xalqın nifrətini özünə yönəldib. 

Belə ki, paytaxt Moskvada Rusiyanın Ukraynada başlatdığı müharibəyə qarşı xalq etirazları başlayıb. Lakin polis etirazları amansızcasına dağıdıb və minlərlə insan, media mənsubları da həbs edilib. Yayılan məlumatlara görə, təkcə,  bazar günü 2,114 nəfərin paytaxt küçələrində polis tərəfindən döyülərək saxlanıldığı bildirilir. Ümumi ölkə üzrə isə bu günədək 5 mindən çox etrazçının həbs edildiyi deyilir. 

Qeyd edək ki, etiraz edənlərin əksəriyyəti “müharibəyə son,” “Ukraynaya sülh” və “ruslar, gedin evinizə” şüarları ilə hökumət binası və paytaxt mərkəzində toplaşıblar. 

Ümumiyyətlə, Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibə qərarından sonra, ölkə daxilində bir çox sahələrdə gərginlik yaranmağa başlayıb. Bunlardan ən başlıcası ölkənin iqtisadi vəziyyəti ilə bağlıdır. Müharibənin acı nəticələrini çəkən dinc xalq artıq indidən bu gərginliyi daxildə hiss etməyə başlayıb. Xatırladaq ki, Avrasiya məkanında mövcud olan keçmiş Sovet hakimiyyəti 1989-cu ilin oktyabr ayında bu cür militant siyasətin qurbanı olub.

Bundan əlavə, bir çox ekspertlərin fikrincə, Rusiyanın müharibəyə canfəşanlıqla yanaşması, onun iqtisadi gələcəyini risk altına atır və bu artıq əyani şəkildə görünməyə başlayıb. Bu gün Rusiyada hakimiyyətə qarşı təkcə ölkə daxilində deyil, həm də Avropanın bir çox şəhərlərində xalqın meydanlara toplaşması ilə etirazlar ifadə olunur. Bəs bütün bu olanlar Rusiyanın gələcəyini hansı formada risk altına atacaq? Rusiyada Putin hakimiyyəti bu minvalla nə qədər öz ambisiyalarını davam etdirə bilər? 

Yaranan suallarla bağlı Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan Ednews-a açıqlaması zamanı Rusiyada yaranan daxili gərginlik və hakimiyyətin buna qarşı təzyiqlərindən söz açıb. 

Sədrəddin Soltan: İranın region ölkələri ilə əməkdaşlığı vacib şərtdir

“Rusiyanın Ukraynaya qarşı işğalı ilə bağlı məsələlərə toxunmazdan öncə, 1990-cı illərdə Rusiyanın Çeçenistanda apardığı hərbi əməliyyatlara diqqət etmək lazımdır. O zaman əsgər anaları, Rusiyanın sıravi vətəndaşları Çeçenistanda hərbi əməliyyatların dayandırılmasını tələb edirdilər. Rus anaları “bizim övladlarımızın çeçen torpaqlarında nə işi var,” “nə üçün övladlarımız orada ölməlidirlər,” – deyə, şüarlarla etirazlar edirdilər. Həmin dövrdə həm də Rusiyanın bu cür siyasətinə etiraz edən təşkilatlar var idi. Onlardan biri “Əsgər Anaları”, digəri isə “Memorial” təşkilatı idi. Putin hakimiyyətə gəldikdən sonra bu tip təşklatları xarici dövlətlərə çalışan casus təşkilatlar elan edərək, demək olar ki, hamısını bağladı. Daha sonra Rusiyada müxalifət qüvvələr tək-tək sıradan çıxarıldı. Məsələn “Yabloko” partiyası zəiflədildi və ən sonda müxalifət lideri Aleksey Navalnıy həbs edildi, eyni zamanda bəzi xaricdə fəaliyyət göstərən müxalif fikirli şəxslərin öldürüldüyü haqda məlumatlar yayıldı. Bu o zaman Rusiya hakimiyyətinə qarşı etiraz edə biləcək potensialın sıradan çıxması idi”, – deyə S.Soltan belə deyib. 

Politoloq qeyd edib ki, Rusiyada əvvəlki müxalifət yerində qalsaydı bu gün bəlkə də hakimiyyətin müharibəyə girişməsinə əngəl ola bilərdi. 

Söhbət əsnasında S.Soltan həmçinin qeyd edib ki, yaranan vəziyyət  Rusiya iqtisadiyyatının yaxında ciddi təhlükə ilə üzləşəcəyi kimi də proqnozlaşdırıla bilər. 

“Heç şübhəsiz, bu addımdan sonra Rusiyanın həm siyasətini, həm də iqtisadiyyatını ciddi təhlükə gözləyir. Ola bilsin Rusiya bir müddət Çinin bəzi maliyyə dəstəyi sayəsində özünü birtəhər tuta bilsin, bu da təbii ki, Çinin Rusiyaya verdiyi vədlərin nə dərəcədə təsirli olacağına bağlıdır.

O ki, qaldı Rusiyanın hazırki iqtisadi vəziyyətinə, bu barədə britaniyali ekspertlər qeyd edib ki, Rusiyanın apardığı müharibənin bir günü ona 15 milyard funt sterlinqə (təxminən 34.13 milyard manat) başa gəlir. Digər bir Qərb araşdırma mərkəzlərinin verdiyi proqnoza görə isə Rusiyada iş adamları müharibə səbəbindən hər gün 39 milyard dollar itirir. Əlbəttə, bütün bunlar bir ölkənin iqtisadiyyatı üçün böyük rəqəm hesab olunur. Bundan əlavə dövlətin büdcəsinə dəyən külli miqdarda ziyan, gələcəkdə sosial partlayışların da baş verəcəyini istisna etmir. Hələ iqtisadi rəqəmlər bir tərəfə, müharibənin son 3 günü ərzində 6 minə yaxın rus hərbçisinin Ukrayna torpaqlarında öldürülməsi ölkə daxilində hakimiyyətə qarşı narazılıqları ciddi şəkildə artıracaq”. 

Politoloq həmçinin Rusiyanın işğalçı kimi dünyaya təqdim olunduğu bir halda, Putin hakimiyyətinin bundan sonra necə davam gətirəcəyi, habelə nəticə etibarilə hakimiyyətin yoxsa bütünlükdə ölkənin çökmə ehtimalı barədə şərh verib.

“Bir müddət əvvəl Rusiyanın tanınmış aktrisası Liya Axedjakova Ukraynanın fonduna 10 min dollar yatırım edib. Eyni zamanda Rusiyanın bir çox elit təbəqəsi bu ağılsız savaşa qarşı ayağa qalxaraq etirazlarını bildiriblər. Bu da onu deməyə əsas verir ki, Vladimir Putin bu ambisiyalarını uzun müddət davam etdirə bilməyəcək. Yəni bu Rusiyanın deyil, Rusiyadakı mövcud hakimiyyətin çökməsinə və sonda başqa qüvvələrin hakimiyyətə gəlişi ilə nəticələnəcək”.  

Sədrəddin Soltan bundan əlavə, hazırda Qərbin passiv mövqeyi və bunun arxasında duran bəzi gizli səbəblərə də toxunub.  O, Qərbin ləng hərəkətini Rusiyadan çəkinməklə deyil, daha çox Rusiyaya qarşı kəsərli B planının olması ilə əlaqələndirib. 

“Fikrimcə Qərb Rusiyanın Ukraynada daha uzun müddət qalmasına ehtiyac görür. Yəni, hələ 80-ci illərin sonunda Sovet Rusiyasını Əfqanıstanda saxlayaraq SSR-nin çöküşünə gətirib çıxardığı kimi, bu gün də Rusiyanın Ukrayna bataqlığında başını qatmaqla onun iqtisadi potensialını zəiflətməyə çalışır. Qərb bunu Suriyada da təcrübədən keçirib. Rusiyaya qarşı səngiməyən sanksiyalar da öz nəticəsini göstərəcək. Bu artıq rus rublunun dəyərdən düşməsi ilə özünü göstərməyə başlayıb. Həm də Rusiya neft və qaz ixracatçısıdır. Onun ciddi texnologiyası yoxdur. Rusiyada istehsal olunan məhsulların, dərman pereparatlarından tutmuş digər məhsullara qədər hamısı Qərb, Yaponiya və Cənubi Koreyanın lisenziyası əsasında dünya bazarına buraxılır. Əgər şirkətlər Rusiyadan lisenziyaları geri çəksələr, Rusiyada istehsal dayanacaq və bu da böyük sayda işsizlik ordusunun yaranmasına gətirib çıxaracaq. Odur ki, hesab edirəm Qərbin əsas B planı müharibəyə aktiv dəstək verməklə münaqişəni tez bitirmək deyil, daha çox Rusiyanı sanksiyalarla iqtisadi cəhətdən çökdürməkdir”. 

Elnur Ənvəroğlu

Xocalıya köç başlayır: Evlərin təhvilvermə prosesinin vaxtı AÇIQLANDI – VİDEO

Xəbər xətti

Kobaxidze Tbilisidəki etirazçıları qanunu pozmaqdan və zorakılıqdan çəkinməyə çağırıb
00:10 14.05.2024
Stoltenberq: “Ukrayna məğlub olarsa, onu bərpa etməyin mənası olmayacaq”
23:57 13.05.2024
Zelenski Xarici Kəşfiyyat Xidməti rəhbərinin birinci müavinini İŞDƏN ÇIXARDI
23:39 13.05.2024
Sinqapurun Baş naziri istefa ərizəsini prezidentə təqdim edib
23:23 13.05.2024
Antalyada meşədə yanğın başlayıb
23:00 13.05.2024
Bəzi rayonlarda yağış intensivləşib, qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA
22:50 13.05.2024
Azərbaycan və Ukrayna XİN rəhbərləri strateji tərəfdaşlıq münasibətlərini müzakirə edib
22:46 13.05.2024
Allahşükür Paşazadə Dünya İslam Alimlərinin Məşvərət Toplantısında iştirak edib
22:40 13.05.2024
Paşinyan Kopenhagen Demokratiya Sammitində iştirak etmək üçün Danimarkaya gedib
22:22 13.05.2024
Polşa öz vətəndaşlarını Gürcüstanda etiraz aksiyalarında iştirakdan çəkinməyə çağırıb
22:00 13.05.2024
BMT-nin iki əməkdaşı "Rəfah" keçid məntəqəsi yaxınlığında yaralanıb
21:42 13.05.2024
Ərdoğan yunan Baş nazirlə birgə brifinqdə: Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması vacibdir
21:21 13.05.2024
Avropalı parlamentari Qərbi azərbaycanlıların yaşadıqları bəlaları tarixi faciə adlandırıb
21:00 13.05.2024
Aİ Moldovadan gələn mallara rüsum və kvotaların dayandırılmasını bir il müddətinə uzadıb
20:40 13.05.2024
Berlində Azərbaycanlı Mühəndislərin Avropa Forumu təşkil olunacaq
20:20 13.05.2024
“Müasir dünyada bəzi qurumlar istədiklərini edirlər” – İspan fotoqraf
“Müasir dünyada bəzi qurumlar istədiklərini edirlər” – İspan fotoqraf
20:00 13.05.2024
“Xarıbülbül” festivalı “Sələflər və xələflər”lə Laçında
19:51 13.05.2024
Yan Borq: ATƏT Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləməyə hazırdır
19:30 13.05.2024
Azərbaycana idxal olunan avtonəqliyyat vasitələrinə “Avro-5”in tətbiqi araşdırılır
19:15 13.05.2024
İspan foto-jurnalist Fransanın Ruandadakı soyqrımından danışdı - VİDEO
19:00 13.05.2024
Sabahdan bəzi yaşayış məntəqələrinə içməli suyun verilməsi dayandırılacaq
18:50 13.05.2024
COP28-in Baş danışıqçısı şəffaflıq hesabatlarının vaxtında təqdim edilməsinə çağırır
18:39 13.05.2024
Prezident İlham Əliyev: Kiçik ada dövlətlərinə yardım bizim üçün mənəvi borcdur
18:19 13.05.2024
İlham Əliyev Tuvalunun general-qubernatorunu, Tonqanın Baş nazirini və Baham Adaları Birliyinin xarici işlər nazirini qəbul edib
18:16 13.05.2024
Əli Əsədov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti ilə görüşüb
18:09 13.05.2024
BAMF-ın prezidenti İspan jurnalistə Qarabağ həqiqətlərindən danışdı - VİDEO
BAMF-ın prezidenti İspan jurnalistə Qarabağ həqiqətlərindən danışdı - VİDEO
18:00 13.05.2024
Şahdağa qar yağır - FAKTİKİ HAVA
17:53 13.05.2024
Sumqayıtda ana və azyaşlı övladları 11 gündür İTKİNDİR
17:44 13.05.2024
“İnsan bütün bunları gördükdən sonra…” – İspan fotoqraf -VİDEO
“İnsan bütün bunları gördükdən sonra…” – İspan fotoqraf -VİDEO
17:30 13.05.2024
Bu ixtisasların məzunları da müəllim ola biləcək – SİYAHI
17:15 13.05.2024
İspaniyalı foto-jurnalist: Qarabağda gördüyüm mina təhlükəsi məni dəhşətə gətirdi - VIDEO
17:00 13.05.2024
Xocalıya da köç başlayır - Rəsmi
16:55 13.05.2024
Bəzi bölgələrə yağış, Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:49 13.05.2024
“Böyük şirkətlər nə istəyirsə onu edir” – İspan fotoqraf - VİDEO
“Böyük şirkətlər nə istəyirsə onu edir” – İspan fotoqraf - VİDEO
16:32 13.05.2024
İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır
İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır
16:23 13.05.2024
Azərbaycanın kapital bazarının artım potensialı açıqlanıb
Azərbaycanın kapital bazarının artım potensialı açıqlanıb
16:10 13.05.2024
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
15:48 13.05.2024
Paşinyanın noyabra qədərki sülh vədi: Həqiqət yoxsa illüziya? – Beynəlxalq ekspertlər ŞƏRH EDİR
15:40 13.05.2024
Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
15:30 13.05.2024
Almatı görüşü iki ölkə arasında sülh müqaviləsini tezləşdirəcəkmi? – Politoloqdan AÇIQLAMA
15:30 13.05.2024
Hamısı