Amerikalı analitik: “Nüvə müharibəsi ehtimalını istisna etmirəm”

Analitika 16:32 12.03.2022

Ukraynadan Qərbə maksimum yardım göstərməsi üçün çağırışlar eşidilməkdə davam edir, Qərb isə buna birmənalı olaraq “yox” deyir, baxmayaraq ki, məsələn, Rusiyaya dəbdəbəli malların ixracına qadağalar qoyur.

NATO və ABŞ Rusiya Federasiyası ilə hərbi münaqişədən qorxur. Bunu dünən Ukrayna hadisələrinin Rusiya ilə NATO-nun müharibəsinə çevrilməməli olduğunu deyən NATO-nun baş katibi Yens Stoltenberqin və ABŞ qoşunlarının Ukraynadakı müharibəyə qarışmayacağını bildirən, əks halda III Dünya müharibəsinin başlayacağı ilə bağlı xəbərdarlıq edən ABŞ prezidenti Cozef Baydenin sözləri bir daha təsdiqləyir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Türkiyədə ukraynalı həmkarı Dmitri Kuleba ilə danışıqlardan sonra ümumiyyətlə Rusiyanın Ukraynaya hücum etmədiyini bəyan edib.

Amerikalı analitik və jurnalist Maykl Vasyura Oxu.Az-a müsahibəsində Rusiyanın Ukraynada genişmiqyaslı hərbi əməliyyatlarına ABŞ və Qərbin reaksiyasından danışıb.

- Ukraynadakı vəziyyəti necə görürsünüz, ABŞ-da müharibə necə qiymətləndirilir?

- Açığını deyim ki, ABŞ-da Rusiya rəhbərliyinin dəli olduğuna inanırlar. Bu isə bütün dünya, hər şeydən əvvəl Ukrayna üçün çox təhlükəli vəziyyətdir. Lakin ABŞ bu münaqişəyə müdaxilə etmək istəmir, çünki onlar Rusiyadan nüvə cavabının gələ biləcəyindən ehtiyat edirlər.

ABŞ-da hər kəs başa düşür ki, Ukraynada əməliyyatlar Rusiyanın geosiyasi, iqtisadi və digər maraqlarına uyğun gəlmir. Bununla belə Rusiya prezidenti Vladimir Putin belə bir qərar verib.

- Rusiya Federasiyasından “nüvə cavabı” barədə söz açdınız. Rusiyanın xarici işlər naziri Sergey Lavrov nüvə müharibəsinin başlayacağına inanmadığını bildirib. Ancaq əvvəllər Rusiyanın Ukraynaya müdaxiləsinin olmayacağına dair bəyanatlar da var idi, amma bu baş verdi...

- Təəssüf ki, mən nüvə müharibəsinin mümkünlüyünü istisna etmirəm. Ukraynaya hücuma gəldikdə isə, keçən ilin noyabrından amerikalı analitiklər və jurnalistlər işğalın baş verəcəyini deyirdilər. Vaşinqton bunu çoxdan bilirdi.

Hazırda amerikalı ekspertlər münaqişənin eskalasiyasından ehtiyat etdiklərini gizlətmirlər.

- Bəs Moskvanın Kiyevlə danışıqları istəmədiyi, “Ukrayna böhranı”nın ABŞ-la masa arxasında həllinə üstünlük verməsi fikrinə münasibətiniz necədir?

- Aydındır ki, Moskva Kiyevlə problemləri danışıqlar masası arxasında həll etmək istəmir. Amma məsələ burasındadır ki, Amerika Birləşmiş Ştatları da Rusiya ilə razılaşa bilmir.

Rusiya Federasiyası üçün Ukraynanın müstəqil ölkə kimi mövcudluğu problemdir. Ukrayna öz suverenliyindən və müstəqilliyindən imtina etməyəcək, Vaşinqton isə Ukraynanın dövlət kimi mövcudluğunu dayandıracaq sənədi heç vaxt imzalamayacaq.

Rusiyanın son bir neçə ayda istədiklərini, təkid etdiklərini qəbul etmək sadəcə olaraq mümkün deyil.

- Bir çox ekspertlər, ilk növbədə ukraynalılar təkid edirlər ki, Ukrayna Rusiyaya müharibə elan etsin, çünki Rusiya xarici işlər naziri Sergey Lavrov “Rusiya Ukraynaya hücum etməyib” desə də, Rusiya qoşunlarının ölkəyə daxil olmasını inkar etmək mümkün deyil.

- Təbii ki, Ukraynanın ölkə ərazisinə soxulmuş Rusiya ilə müharibə vəziyyətində olması və ukraynalıların özünü müdafiə etməsi hər kəsə aydındır. Bu faktı təsdiqləyən yeni arqumentə isə sadəcə ehtiyac yoxdur.

Eyni zamanda, Kiyev başa düşür ki, əgər Rusiyaya rəsmi müharibə elan olunarsa, o zaman növbəti dəqiqələrdə Rusiya Federasiyasındakı təbliğatçılar “Biz yox, Ukrayna bizimlə müharibə aparır” deməyə başlayacaqlar.

Sergey Lavrovun Rusiyanın Ukraynaya hücum etməməsi ilə bağlı açıqlamasına gəlincə, bu, açıq-aydın yalandır. Rusiyada indi hətta müharibəni “müharibə” adlandırmaq belə qadağandır. Guya bu, xüsusi əməliyyatdır. Kreml hazırda Xarkovda, Sumıda, Mariupolda və tezliklə yəqin ki, Kiyevdə nə işlə məşğul olduğunu rusiyalılardan gizlədir.

- Bu müharibə nə vaxt bitəcək?

- Müharibə yalnız Rusiyanın indiki rəhbərliyi gedəndən sonra bitə bilər. Bunun nə vaxt olacağını bilmirəm, amma o vaxta qədər münaqişə davam edəcək. İlk olaraq ukraynalılar əziyyət çəkir, amma rusiyalılar da artıq problemlərlə üzləşirlər. Bu, uzun sürən müharibə olacaq.

İranda polis hicab taxmayan qadını döyə-döyə həbs etdi - VİDEO

Xəbər xətti

Blinken Fidanla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
23:40 15.05.2024
Batumi Dövlət Universitetinin qarşısında "xarici agentlər haqqında" qanuna etiraz aksiyası bərpa olunub
23:24 15.05.2024
Səbinə Əliyeva “Rusiya-İslam dünyası: KazanForum” 2024 XV Beynəlxalq İqtisadi Forumunda iştirak edib
23:00 15.05.2024
ABŞ-də dövlət bayraqları yarıya endirilib
22:40 15.05.2024
Bayden: ABŞ Baş nazirə sui-qəsdlə bağlı Slovakiyaya yardım göstərməyə hazırdır
22:29 15.05.2024
ABŞ və Yaponiya hipersəs silahları “ələ keçirən” qurğu yaradacaq
22:12 15.05.2024
Azərbaycanın U-21 millisi daha bir yoxlama görüşü keçirəcək
21:57 15.05.2024
Portuqaliyada Qlobal Dialoq Forumu öz işinə başlayıb
21:38 15.05.2024
"Yuventus" klubu Tyaqo Motta ilə razılığa gəlib
21:22 15.05.2024
Kobaxidze: Robert Fitsoya qarşı hücumu qətiyyətlə pisləyirik
21:00 15.05.2024
Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq forumda iştirak edib
20:49 15.05.2024
"Jirona" klubu Niderland millisinin futbolçusu ilə müqavilə müddətini uzadıb
20:38 15.05.2024
Müxalifətçi yazıçı Slovakiya Baş nazirinə sui-qəsd cəhdində şübhəli bilinir
20:29 15.05.2024
Nazir: Aİ ilə uşaqları və gəncləri mina təhlükəsi barədə maarifləndirmək üzrə əməkdaşlıq edirik
20:08 15.05.2024
Azərbaycan Prezidenti Slovakiyanın Baş nazirinə edilən sui-qəsd cəhdini şiddətlə qınayıb
20:00 15.05.2024
Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı reyd keçirilib
19:44 15.05.2024
Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək
19:33 15.05.2024
Azərbaycan Belarusla nəqliyyat sahəsində rəqəmsallaşma ilə bağlı müzakirələr aparıb
19:20 15.05.2024
Belarus Prezidenti Azərbaycana dövlət səfərinə gəlir
19:00 15.05.2024
Karyerasını bitirən Azərbaycan güləşçisi: Mənə Ermənistan idmançılarının qənimi kimi baxırdılar
18:47 15.05.2024
Sabah Cəlilabadın 3 kəndində qaz təchizatında məhdudiyyət olacaq
18:34 15.05.2024
Prezident: COP29-da dini liderlərin zirvə görüşü iqlim problemlərinin həllində həmrəyliyin vacibliyini təsdiqləyəcək
18:20 15.05.2024
Prezident: COP29-da dini liderlərin zirvə görüşü iqlim problemlərinin həllində həmrəyliyin vacibliyini təsdiqləyəcək
18:20 15.05.2024
Küveytdə yeni hökumət and içib
17:50 15.05.2024
DSMF və UNICEF arasında əməkdaşlıq məsələləri müzakirə olunub
DSMF və UNICEF arasında əməkdaşlıq məsələləri müzakirə olunub
17:40 15.05.2024
Azərbaycan səfiri Mövlud Çavuşoğlu ilə görüşüb
Azərbaycan səfiri Mövlud Çavuşoğlu ilə görüşüb
17:40 15.05.2024
Slovakiyanın Baş naziri yaralanıb
17:30 15.05.2024
İqtisadiyyat Nazirliyi: Azərbaycanda qiymətləndiricilərlə bağlı tələblər dəyişib
İqtisadiyyat Nazirliyi: Azərbaycanda qiymətləndiricilərlə bağlı tələblər dəyişib
17:20 15.05.2024
Avropa Parlamentinin deputatı Şuşada olub
Avropa Parlamentinin deputatı Şuşada olub
17:10 15.05.2024
Hərbi ekspert: "Erməni polkovnikin rüşvəti rus generalı həbsə apardı" - VIDEO
17:00 15.05.2024
Azərbaycan və Gürcüstan “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” üzrə fəaliyyəti gücləndirir
16:50 15.05.2024
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır
16:40 15.05.2024
Bayden və Zelenski yaxın həftələrdə görüşə bilərlər
16:30 15.05.2024
Azərbaycan və Slovakiya arasında hərbi əməkdaşlıq müzakirə edilib
16:20 15.05.2024
İsrail BMT Baş Assambleyasının Fələstinlə bağlı qətnaməsini rədd edib
16:15 15.05.2024
Azərbaycanda yeni zeytun yağı emalı zavodu inşa ediləcək
16:10 15.05.2024
Ədalət Verdiyev: Delimitasiya dayanarsa... - VIDEO
16:05 15.05.2024
Azərbaycanın Yaşıl Enerjiyə yönəlməsi Avrasiya ölkələri üçün həlledici rol oynayacaq – ANALİTİKA
16:00 15.05.2024
Azərbaycan və Özbəkistan fintex bazarında birgə araşdırmalar aparacaqlar
15:50 15.05.2024
SOCAR-ın enerji keçidi sahəsində təcrübəsi Tailandda öyrəniləcək
15:40 15.05.2024
Hamısı