Ermənistanda hakimiyyət dəyişikliyi regionda yeni müharibə anaonsunu verir? Heydər Mirzə GİZLİNLƏRİ AÇIQLADI

Analitika 15:00 06.05.2022
Ermənistanda son zamanlar radikal müxalifətin nümayişləri artıq kütləvi və daimi xarakter almağa başlayıb. Paytaxt İrəvan və bəzi regionlarda itaətsizlik adı altında hərəkət edən nümayişçilər yolları bağlayır və digər sərt tədbirlərə əl atırlar. 
 
Ölkədə baş verən proseslər siyasi vəziyyətin daha da gərgin olacağından, hətta yaxın zamanda ciddi qarşıdurmanın baş verəcəyindən xəbər verir.  
 
Bununla bərabər, bəzi siyasi şərhçilər Ermənistan ordusunun və digər silahlı qüvvələrin nümayişlərə qatılıb çevriliş edəcəyi barədə iddialar da  səsləndirirlər.  
 
Lakin hərbi ekspert Heydər Mirzə səsləndirilən iddiaları əsassız adlandırır.  O, Ednews – a açıqlaması zamanı Ermənistanda nümayişləri təşkil edən şəxslərin öz siyasi məqsədlərinə nail olmaq üçün ordunun köməyinə ehtiyac duymadığını qeyd edib.  
 
“Robert Köçəryan, Serj Sarkisyan, Artur Vanetsinyan və digər radikal müxalif nümayəndələrini Rusiyapərəst və anti-Paşinyan mövqeyi birləşdirir. Bu şəxslər birləşərək öz siyasi məqsədlərinə ordunun müdaxiləsi olmadan da nail ola bilərlər. Sadəcə, burada başqa problemlərin də mövcud olduğunu nəzərə almaq lazımdır. Müxalifətin nümayişləri hələ də ciddi şəkildə kütləvi xarakter almayıb. Bununla yanaşı, hazırki nümayişlərdə Qarabağ məsələsindən əsas alət kimi istifadə olunmasına baxmayaraq, burada həmçinin sosial və iqtisadi problemlər də qabardılır”.  
 
Ekspert Köçəryanın və Sarkisyanın orduda güclü dayaqlarının olduğunu istisna etməyib: “Onlar bu dayaqlarından məharətlə istifadə edə bilərlər. Bu səbəblərə görə, ordunun siyasi vəziyyətə müdaxilə etməsi və nümayişçiləri dəstəkləməsi ehtimalı ola bilər. Məsələn, Ağdərədə qanunsuz erməni briqadasının rəhbəri Serj Sarkisyana yaxın olan şəxsdir.  O şəxsin arasında Rusiya dayandığı üçün Paşinyan ona toxuna bilməyib”. 
 
Heydər Mirzə İrəvanda nümayişlərə yüksək təbəqədən olan şəxslərin də qatılması barədə də danışıb.  
 
“Həmin şəxslər Köçəryanın və Sarkisyanın hakİmiyyəti dövründə rüşvətxorluq və digər qanunsuz yollar ilə milyonlar əldə ediblər və özlərinə sərvət yığıblar. Bu imkanlı şəxslər öz maliyyəsindən istifadə edib daha çox sakinin nümayişlərə qatılmasına, o cümlədən təbliğatın daha geniş yayılmasına imkan yarada bilərlər”.  
 
Hərbi ekspert həmçinin qeyd edib ki, Köçəryan-Sarkisyan cütlüyünün hakimiyyətə gəlmələri bölgədə növbəti müharibə riskini yaratmayacaq. 
 
“Paşinyanın hazırda yürütdüyü diplomatiya siyasətinə radikal müxalifətin rəsmiləri də əməl etməkdən başqa alternativ yol görməyəcəklər. Köçəryan, Sarkisyan və Vanetsinyan kimi revanşist ünsürlər Rusiyadan daha möhkəm yapışmaqla bərabər öz sərt millətçi ritoriklarına azaltmağa məcbur olacaqlar. O ki qaldı müharibə riskinə,  Azərbaycan ordusu ilə növbəti hərbi qarşıdurmanın baş verməsi inandırıcı görsənmir. Ermənistan ordusunun əvvəlki vəziyyətinə qaytarılması üçün illər sərf edilməlidir. Bu ölkədə ordunun tez bir zamanda güclənməsi üçün heç bir imkan və resurs yoxdur”.  
 
Ermənistan və Azərbaycan arasında sülh prosesinə gəlincə isə, Heydər Mirzə bölgədə davamlı və əbədi sülhün mövcud olması Moskvanın geostrateji maraqlarına xidmət etmədiyini bildirib. 
 
“Kreml hazırda əsas diqqətini Ukraynada apardığı müharibəyə yönəldib. Belə vaxtda Moskva onun izni olmadan bu regionda hər hansı hadisənin baş verməsini qəbul etməyəcək. Rusiya rəhbərliyi özünü regionın yeganə ağası hesab etdiyindən Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində başqa faktorların vasitəçiliyini görmək istəmir. Kreml məhz bu səbəblərə görə, İrəvanda öz əlaltısı radikal müxalifətin nümayişlərinə təkan verir. Vanetsinyanın Moskva səfərindən sonra nümayişçilərin meydanlara axışması bunu aydın sübut edir. Sözün əsil mənasında Rusiya regionda nə müharibənin, nə də sülhün olmasını istəyir”.
 
Yunis Abdullayev 
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
14:20 19.05.2024
Dövlət başçısı: İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir
14:00 19.05.2024
Prezident: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir
13:50 19.05.2024
Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib
Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib
13:40 19.05.2024
İlham Əliyev: İran-Azərbaycan əlaqələri bölgəmizdə sabitliyin önəmli şərtidir
13:20 19.05.2024
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
13:00 19.05.2024
Azərbaycanın bəzi bölgələrində qar yağıb - FAKTİKİ HAVA
Azərbaycanın bəzi bölgələrində qar yağıb - FAKTİKİ HAVA
12:40 19.05.2024
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
12:20 19.05.2024
Kralın sərvəti Kraliça Elizabeti keçdi
Kralın sərvəti Kraliça Elizabeti keçdi
12:00 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
11:20 19.05.2024
Qırğızıstanın Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edib
11:00 19.05.2024
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
10:40 19.05.2024
Almaniya Müdafiə Nazirliyi Ukraynaya yardım üçün 3,8 milyard avro istəyib
10:20 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
10:00 19.05.2024
Lavrov Avropanı bir nəsil üçün “SİLDİ”: “Tərəfdaş kimi aktual olmayacaq”
09:40 19.05.2024
Putin Tokayevə Çin səfəri ilə bağlı təəssüratlarını bölüşüb
09:20 19.05.2024
İranın Omanda Vaşinqtonla dolayı danışıqlar apardığı təsdiqlənib
09:00 19.05.2024
Rusiya XİN İsveçrədə Ukrayna üzrə sammitin keçirilməsinə münasibət bildirib
00:14 19.05.2024
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
23:58 18.05.2024
Güləş yığmamız Avropa çempionu oldu
23:31 18.05.2024
Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi
22:48 18.05.2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
22:24 18.05.2024
“Bu il alacağımız F-16-lar müharibədə həlledici rol oynamayacaq” - Zelenski
21:55 18.05.2024
Moldovada demoqrafik vəziyyət pisləşib
21:29 18.05.2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
21:11 18.05.2024
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
"Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiya Azərbaycanın müstəqil inkişaf yoluna işıq salır
19:59 18.05.2024
Qarabağ Universitetinin bukleti hazırlanıb
19:29 18.05.2024
Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
19:00 18.05.2024
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
18:20 18.05.2024
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18:00 18.05.2024
Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib
17:39 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında - YENİLƏNİB
17:20 18.05.2024
Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi
17:00 18.05.2024
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
16:29 18.05.2024
Qəzzaya dənizdən humanitar yolu açılıb
Qəzzaya dənizdən humanitar yolu açılıb
16:00 18.05.2024
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
15:40 18.05.2024
Hamısı