“Qaqloyev Rusiyanın kuklasıdır, Osetiyanın taleyi ondan asılı deyil” Ukraynalı ekspertdən ÖZƏL AÇIQLAMA

Analitika 20:01 31.05.2022

2017-ci ildəki məğlubiyyətinin heyifini artıqlaması ilə çıxan Qondarma Cənubi Osetiya respublikasının yeni seçilən prezidenti Alan Qaqloyev 24 may tarixdən etibarən prezident kürsüsünə əyləşib. Ən maraqlı isə budur ki, ilk gəlişi ilə keçmiş rusmeyilli prezident Anatoli Bibilovun Cənubi Osetiyanı Rusiyaya birləşdirəcək referendum planını alt-üst edib. 

Bibilov və Qaqloyev kimdir...

Qondarma Cənubi Osetiyanı (dünyanın əksər hissəsi onu Gürcüstanın separatçı bölgəsi hesab edir) rəsmi olaraq tanıyan yeganə böyük ölkə olan Rusiyanın sevimlisi sayılan Anatoli Bibilov 2017-ci ildə hazırkı prezident Alan Qaqloyevi seçkilərdə məğlub edərkən hamını təəccübləndirdi. Qalib gəlməsinə baxmayaraq, o, avtoritar meyllərinə görə bir çox Cənubi Osetiyalıların rəğbətini itirib. Vəziyyətin çətinləşdiyini görən Bibilov həm öz siyasi kursu, həm də seçkilərdə özünə dəstək qazanmaq üçün Moskvaya doğru istiqamətini dəyişdi. Bibilov Kremlə o qədər etimad göstərdi ki, sonda sadiqlik nümayişi olaraq Cənubi Osetiya əsgərlərinin Ukraynada Rusiya üçün döyüşmək ideyasını həvəslə dəstəklədi və Rusiyaya qoşulmaq üçün referendum keçirməyi təklif etdi.  

Alan Qaqloyevin hakimiyyətə gəlməsi əslində xalq etirazlarının qarşısını aldı. Seçkilərin uğurlu olması o qədər də gözlənilməsə də, rəqibinə 11% səs çoxluğu ilə məğlub olan sabiq prezident postunu asanlıqla tərk etməyə razılıq verdi. Qaqloyev hakimiyyətə ilk gəlişi ilə öz sələfinin “referendum” fərmanını dayandırdı. 

Bəs, görəsən Qaqloyevin bu addımı atması onun anti-rus olduğunu deməyə əsas verirmi?  

Ukrainian political scientist: Declaration of 2022 as Year of Shusha  consistent with modern geopolitical processes that create new challenges  for Azerbaijan - AZERTAC - Azerbaijan State News Agency

Ednews məsələni ətraflı öyrənmək üçün ukraynalı siyasi ekspert Mikola Zamikula müaciət edib.  O hesab edir ki, Anatoli Bibilov hakimiyyətdə qalsaydı bu xalqın kəsgin narazılığına səbəb ola bilərdi. 

“Anatoli Bibilov, həqiqətən də insanlar arasında inam və etibarını itirib. Qondarma “seçkilər”in nəticələri bunu əyani şəkildə nümayiş etdirdi. Sxinvali bölgəsinin müvəqqəti işğal olunmuş ərazilərindəki insanlar onun avtoritar idarəçiliyindən razı deyildilər. Seçicilər Bibilovun yerli siyasi dairələri təmizləməsini, psevdorespublikadakı “təhlükəsizlik qüvvələri”nin özbaşınalığını tənqid edirdi. 

Bundan əlavə, Osetin qoşunlarının Rusiyanın Ukraynaya təcavüzündə iştirakı ilə bağlı hadisələr Bibilovun reytinqlərinə mənfi təsir göstərdi. Bibilov Rusiyanın genişmiqyaslı işğalını fəal şəkildə dəstəklədi - lakin qondarma "Cənubi Osetiya yaraqlıları"nın bölmələri Ukrayna ərazisində itki verdi və Rusiya hərbi komandanlığı ilə münaqişə yaşadı. Nəticədə onlar cəbhə bölgəsini tərk edərək geri dönüblər və sonuncu qoşunların göndərilməsinin düzgün təşkil edilmədiyinə görə Bibilova qarşı ittihamlar səsləndirilib. Bu şəraitdə Bibilov insanlar arasında etimadını itirib. Deməli, o, hakimiyyətdə qalmağa çalışsa, ona qarşı kütləvi etirazlar qaçılmaz idi. Görünür, o, bunu başa düşüb və məğlubiyyətini asanlıqla etiraf edib”.

Ekspert hazırki qalib prezident A.Qaqloyevin 2017-ci ildəki seçkilərdə məğlubiyyəti və məhz referendum ərəfəsində qalib gəlməsinin arxasında dayanan bəzi səbəblərə toxunub. 

“Əslində mən deməzdim ki, qondarma “seçkilər”in nəticəsi Qaqloyevin qələbəsi olub. Bunu mən daha çox Bibilovun məğlubiyyəti adlandırardım. Çünki Qaqloyev o qədər də tanınmış siyasətçi deyildi. O da 2017-ci ilin qondarma “seçkilərində” iştirak etsə də ancaq üçüncü yeri tutub. O zaman seçkilərdə əsl rəqabət Bibilovla o vaxtkı “prezident” Leonid Tibilov arasında gedirdi. Hətta 2022-ci ilin əvvəlində Qaqloyev Bibilova qarşı müxalifət arasında əsas rəqib deyildi. Əsas rəqiblər İbrahim Qazseyev və David Sanakoyev kimi siyasətçilər idi və onların qondarma “seçkilər”də iştirakına icazə verilmədi. Təbii ki, bu Bibilovun avtoritar idarəetmə modelinin başqa bir nümunəsi idi. Qaqloyevin qalibiyyətinin arxasında dayanan ən böyük sərvəti onun Bibilov kimi mənfi reytinqinin olmaması idi. Deməli, Bibilovdan son dərəcə narazı olan insanlar boşluğu doldurmaq üçün ortada nisbətən normal görünən istənilən namizədə səs verməyə hazır idilər - bu da elektoratın Qaqloyevin ətrafında birləşməsinə səbəb oldu”.

Ukraynalı politoloq əlavə edib ki, referendumla bağlı fərmanın ləğvi Qaqloyevin farqli bir mövqeyə malik lider olmasına dəlalət etmir. Onun sözlərinə görə, Bibilov və Qoqloyev sadəcə Rusiyanın əmrlərini icra edən fiqurlardır. 

“Bunu əminliklə deyə bilərəm ki, bu seçkilərdə Qaqloyevin qalib gəlməsinin Cənubi Osetiyanın gələcək aqibəti üçün heç bir əhəmiyyəti yoxdur. Çünki  Qaqloyev də, Bibilov da sadəcə Rusiya Federasiyasının marionetləridir. Gürcüstanın Sxinvali bölgəsinin müvəqqəti işğal olunmuş əraziləri faktiki olaraq Rusiyanın tam nəzarəti altındadır. Qondarma “seçkilər” və “yerli siyasi prosseslər” Rusiya işğalı üçün sadəcə bir pərdədir. Rusiyanın dəstəyi və xeyir-duası olmadan qondarma “prezident” postunu tutmaq mümkün deyil. Görünür, əvvəlcə Rusiya Bibilovu dəstəklədi, amma nəticədə onun qalib olub-olmaması daha sonra Kremli maraqlandırmadı. Ruslar başa düşürlər ki, qondarma “seçkilər”in nəticələri bu ərazilərin Moskvadan 100% asılılığını dəyişdirə bilməz. Bu səbəbdən də Bibilov əhalinin ondan narazı qaldığını görəndə rəqibinin uğurunu dərhal qəbul etdi.

Hesab edirəm ki, Rusiya üçün Qaqloyev daha yaxşı namizəd ola bilər. Onun real populyarlığının və şəxsi xarizmasının olmaması Kremldən daha çox asılılığa gətirib çıxaracaq. Eyni zamanda, onun uğuru müvəqqəti işğal olunmuş ərazilərdə “hakimiyyət dövriyyəsi” illüziyası yaradır. O, Rusiyanın işğalçı dövlət rolunu gizlətmək üçün dünyaya nümayiş etdirməyə çalışdığı regiondakı siyasi proseslərin “legitimliyi” ideyasını dəstəkləyir.

Beləliklə, Sxinvali bölgəsinin müvəqqəti işğal olunmuş əraziləri üçün praktiki sahədə nəyinsə dəyişəcəyinə şübhə edirəm. Hətta Qaqloyevin referendumdan imtina etməsi siyasi kursun dəyişməsi demək deyil. 

Bir məsələni də əlavə edim ki, Rusiya liderləri Gürcüstanla münasibətləri normallaşdırmağa çalışırlar və Tbilisidə hakimiyyətdə olan “Gürcü arzusu” ilə bu istiqamətdə uğur qazanıblar. Amma Gürcüstanın ərazi bütövlüyü məsələsi ilə bağlı münasibətlərin kəskinləşməsi Gürcüstan siyasətindəki kövrək qüvvələr balansını dəyişə bilər. Bu, Rusiyaya qarşı daha sərt olan Gürcüstan müxalifətini hakimiyyətə gətirə bilər. Deməli, hələlik Rusiya üçün Cənubi Osetiyanın “müstəqilliyi” adlanan illüziyanı saxlamaq onu formal olaraq ilhaq etməkdən daha sərfəlidir".

Elnur Ənvəroğlu

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Hamısı