İsrailli sabiq nazir: “Artıq yeni robotlarımız mina probleminə birdəfəlik son qayacaq”

Analitika 15:25 16.06.2022

Azərbaycan Diaspora Komitəsinin təşkilatçılığı ilə 11-16 iyun tarixlərində İsrail, Böyük Britaniya, Fransa və dünyanın müxtəlif ölkələrindən tanınmış siyasətçi, diplomat və jurnalistlərin Azərbaycana səfəri təşkil olunub. Görüş çərçivəsində nümayəndə heyətinin işğaldan azad edilən Ağdam şəhərinə səfəri təşkil olunub. Qonaqlar Qarabğın minalanmış əraziləri, vacib problemlər və gündəmdə olan prioritet məsələlər haqda məlumatlandırılıb. Ağdam səfərindən sonra qonaqlarla ADA Universitetində “Cənubi Qafqazda post-münaqişə dövründə inkişaf” adlı dəyirmi masa görüşü keçirilib. 

Heyət arasında Azərbaycana səfər edən İsrailin keçmiş Rabitə naziri, hazırda İsraildə fəaliyyət göstərən İqtisadi Sülh Mərkəzinin prezidenti Ayub Kara Ağdam səfəri, habelə Azərbaycanda olduğu müddətdə iştirak etdiyi görüşləri barədə təəssüratlarını Ednews-la bölüşüb. O, həmçinin qeyd edib ki, hazırda İsraillə Azərbaycan arasında münasibətlər ən yüksək zirvəsini yaşayır. 

İsrailli diplomat ilk növbədə İsraillə Azərbaycan arasında olan münasibətlərin əhəmiyyətindən söz açıb. 

“İlk öncə qeyd etməliyəm ki, mən hələ parlamentdə daha sonra hökumət qurumlarında fəaliyyətdə olduğum dövrlərdən İsraillə Azərbaycan arasında münasibətlərin möhkəmləndirilməsi, və Azərbaycan hökumətinə dəstək təşəbbüsündə bir sıra xidmətlər göstərmişəm. Xüsusilə İsrailin Rabitə naziri vəzifəsində olduğum zamanda mənim Azərbaycan hökuməti və Rabitə Nazirliyi ilə kibertəhlükəsizlik, internet, rəqəmsal texnologiyalar, peyk texnologiyaları və sırf bu kimi sahələrdə əməkdaşlıq görüşü və müzakirələrimiz olub. Azərbaycan və İsrail dövlətlərinin həyata bir baxışı var və bu baxışlar bizi bir arada birləşdirir,” – deyə, sabiq nazir belə vurğulayıb. 

Diplomat həmçinin Cənubi Qafqazda Ermənistanın mövqeyi və bu əlaqələrdə onun da cəlb olunmasına toxunub. 

“Cənubi Qafqazın qonşuları, xüsusilə Ermənistan artıq Azərbaycanla İsrail arasındakı yaxın əlaqələri açıq-aydın görür. Bu həm də onlara yeni dövrə addım atmaq üçün bir çağırış mesajıdır. Fikrimcə, Ermənistan Qarabağla bağlı olanlarla barışmalı və Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir. Hesab edirəm, yalnız bundan sonra Ermənistan müştərək əlaqələrdən faydalanmaq barədə düşünə bilər”.

Ayub Kara həmçinin Azərbaycana səfərinin məqsədi barədə və gələcəkdə Ermənistanla Azərbaycan arasındakı əlaqələrin inkişaf etdirilməsi barədə də söz açıb. 

“Bu gün mən burada bir çox vacib məqamlarla tanış oldum və yerli hökumət nümayəndələri ilə birgə müzakirələr etdik. Bundan əlavə, işğaldan azad olunan  Ağdam rayonuna səfərimiz oldu və orada dəhşətli dağıntıların şahidi oldum. Minalanmış ərazilər - bu dövrümüzün ən böyük fəlakətidir. İsrail hökumətinin bir nümayəndəsi olaraq mən çox istərdim Ermənistanla Azərbaycan arasında qonşuluq əlaqələrinin gücləndirilməsinə dəstək olum. Elə məhz bu səbəbdən biz bu gün buradayıq”. 

Ağdamda olduğu zaman minalanmış ərazilərdən təsirlənən israilli sabiq nazir bu sahədə İsrail hökumətinin Azərbaycana hansı formada texnoloji dəstək göstərə biləcəyi məsələsinə toxunub. 

“Minalanmış Qarabağ torpaqlarının aqibəti bizi də çox təsirləndirir. Həm sevinirik həm də ən azı sizin qədər həmin torpaqların altında gizlənən mina təhlükəsindən narahatlıq duyuruq. Səfərimiz zamanı biz minaların təmizlənməsi sahəsində Azərbaycana texnoloji cəhətdən dəstək ola biləcəyimizi bildirdik. İsrail ərazilərin minalardan təmizlənməsi sahəsində yeni robot texnologiyanı ixtira edib. Artıq heç bir əl əməyi olmadan həmin robot qurğular vasitəsilə istənilən növ minalar torpağın müxtəlif dərinliyindən təhlükəsiz şəkildə çıxarılaraq zərərsizləşdirilə bilir. Bu barədə Azərbaycan hökumət nümayəndələrinə ətraflı məlumat verdik və təkliflərimizi etdik”. 

Keçmiş nazirin sözlərinə görə, həmin robotlar artıq xəritələrə ehtiyac duymadan Qarabağın bütün ərazilərini qarış-qarış təmizləyə biləcək. 

“Azərbaycan hökuməti dəfələrlə Ermənistan tərəfinə mina xəritələri barədə müraciətlər edib və nəticədə bir çox xəritələr öz doğruluğunu təsdiq etməyib. Bizim təklif etdiyimiz robot texnologiya artıq hər bir ərazini xəritəyə ehtiyac olmadan hər bir santimetrinə qədər minadan təmizləyə biləcək. Bu həm də minaların təmizlənməsi üçün müəyyən olunan zamanı da minimuma endirəcək”. 

Elnur Ənvəroğlu

 

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Mark Rutte ilə görüşdü
06:22 27.04.2024
F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Hamısı