Fransadan İrana yoluxan molla rejimi - Ruhullah Xomeyni əslində kim idi? - Dinin İranda önəmi - FOTOLAR - ednews.net

22 Mart, Çərşənbə

(+994 50) 229-39-11

Fransadan İrana yoluxan molla rejimi - Ruhullah Xomeyni əslində kim idi? - Dinin İranda önəmi - FOTOLAR

Analitika A- A A+
 
İndiki İran ərazisi islam dinini qəbul etdiyi ildən etibarən həm tutduğu məzhəbi mövqeyinə görə həm də ruhanilərin ölkə daxilindəki fəaliyyətinə görə hər zaman digər müsəlman dövlətlərdən fərqlənib. Belə ki, şiə məzhəbində ən böyük və ən əsas fərqlərdən biri də odur ki, ali ruhani təbəqəsi idarəçilikdə daha üstün səlahiyyətlərə sahibdir. Fərqləndirmək üçün Türkiyə dövlətini misal çəkək. Türkiyədə İrandan fərqli olaraq sünni məzhəbi mövcuddur və orada ali ruhani təbəqə yəni “Ulema” dövlətə bağlı bir qurum olaraq fəaliyyət göstərir və dövlətdən kənarda çoxda böyük təsir sahəsinə malik deyildir. Lakin İranda isə həmin bu ulema təbəqəsi dövlətdən ayrı şəkildə fəaliyyət göstərən bir qurumdur və təsir gücü bəzən dövlətdən də üstün səviyyədə olur. 
 
Ruhullah Xomeyni...
 
1902-ci ildə İranda anadan olan Ruhullah, daha 5 aylıqkən atasını itirir. Uşaqlıq illərində anası və bibisi tərəfindən böyüdülən Ruhullah sonradan gənc yaşlarında onları da itirir və qardaşı Murtuza tərəfindən böyüdülür. O müxtəlif dini məktəb və mədrəsələrdə təhsil aldıqdan sonra 1922-ci ildə ali təhsilini şiəlik məzhəbinin mərkəzi olaraq bilinən Qum şəhərində davam etdirir. 1930-cu illərdə artıq görkəmli bir şəxs ünvanı qazanmış və doğma şəhərə ithafən insanlar arasında Xomeyn olaraq tanınmağa başlayır. 
 
Xomeyni İslam fəlsəfəsi , hüquq və əxlaq ilə bağlı çoxsaylı əsərlər yaradır, lakin ona şöhrət qazandıran İran hökmdarı Məhəmməd Rza şah Pəhləviyə açıq müxalifəti, Qərb təsirlərini pisləməsi və İslamın saflığını barışmaz müdafiəsi idi. 1950-ci illərdə o, ayətullah, əsas dini lider kimi tanınıb və 1960-cı illərin əvvəllərində böyük ayətullah rütbəsi alıb və bununla da İrandakı şiə icmasının ali dini liderlərindən birinə çevrilir.
İnqilab öncəsi vəziyyət...
 
1960-cı illərin əvvəllərində şah parlamentin fəaliyyətini dayandırdı və aqressiv modernləşmə proqramına başladı. Ağ İnqilab , qadınların azadlığının artması, dini təhsilin azaldılması və mövcud aristokratiyanı alt-üst edən populist torpaq islahatı qanunu dövriyyə daxil oldu. Bu siyasətlərin həyata keçirilməsi xüsusilə ruhani təbəqənin güclü təsirini azaltdı və hüquqlarından məhrum etdi , bu da İranın həyatına və cəmiyyətinə geniş şəkildə təsir etdi: kənd iqtisadiyyatlarına zərər verdi, sürətli urbanizasiyaya və qərbləşməyə səbəb oldu , ənənəvi sosial norma və dəyərləri alt-üst etdi və narahatlıq doğurdu. 
 
Demokratiya və insan haqları...
 
Beləliklə, hakimiyyətə qarşı müxalifət mühafizəkar din xadimlərini, dünyəviləri birləşdirdi, solçular və digərləri şiə kimliyi bayrağı altında tez-tez ümumi dil tapdılar. Məhz bu zaman Xomeyni şah proqramının açıq tənqidçisinə çevrildi və o, hökumət əleyhinə iğtişaşlara ilham verdi, buna görə də o, 1963-cü ildə həbs edildi. 
 
Bir il həbsdən sonra Xomeyni 4 noyabr 1964-cü ildə İrandan zorla Əl-Nəcəf şəhərində sürgün edildi. Burada o, öz nəzəriyyələrini formalaşdırmağa və təbliğ etməyə başladı. İranda İslam respublikasının əsasını qoyacaq vəlayət-i fəqih (“topluma bir din adamının yol göstərməsi lazım olduğunu müdafiə edən bir görüş”)yarandı. O, sürgündə olarkən böyük bir kütlə yetişdirdi və onu şahın devrilməsində komandanlıq rolunu oynamağa imkan verən güclü və nüfuzlu bir şəbəkə yaratdı.
 
İran İslam İnqilabı...
 
1978-ci ilin yanvarında Tehranda nəşr olunan “ Ethelaʿat” qəzetində Xomeyniyə qarşı böhtan kimi qiymətləndirdikləri ifadələrdən hiddətlənən minlərlə gənc mədrəsə (dini məktəb) tələbəsi küçələrə çıxdı. Onların ardınca daha minlərlə iranlı gənc – əsasən kənddən gələn işsiz yeni mühacirlər – rejimin həddi aşmasına etiraz etməyə başladılar. İraqın hökmdarı Səddam Hüseyn 6 oktyabr 1978-ci ildə Xomeynini İraqı tərk etməyə məcbur etdi. 
 
İraqdan zorla Xomeyni siyası sığınacağını Fransada tapdı. O, Parisin ətrafı Neaufle-le-Şatoda məskunlaşdı . Oradan onun tərəfdarları onun lentə yazılan mesajlarını İran əhalisinə çatdırdılar və 1978-ci ilin sonlarında baş verən kütləvi nümayişlər, tətillər və vətəndaş iğtişaşları şahı 1979-cu il yanvarın 16-da İranı tərk etməyə məcbur etdi. 
 
Xomeyni böyük zəfərlə Tehrana gəldi .O, 1 fevral 1979-cu ildə İran inqilabının dini lideri kimi tanındı. 4 gün sonra isə yeni hökuməti qurdu, fevralın 11-də isə ordu öz neytrallığını elan etdi. Ruhanilər sinfi öz hakimiyyətini bərqərar etməyə çalışarkən Xomeyni Quma qayıtdı. Apreldə keçirilən ümumxalq səsverməsi İslam respublikası təsisatına böyük dəstək göstərdi və dekabrda keçirilən referendumda İslam respublikasının konstitusiyası təsdiq edildi. Xomeyni ömürlük rəhbər , İranın siyasi və dini lideri seçildi.
İran girov böhranı...
 
Bu, (1979-81-ci illərdə) İranın Tehranda ABŞ vətəndaşlarını ələ keçirməsi ilə bağlı siyasi bir böhrandır . İranda anti-ABŞ əhval-ruhiyyəsi - qismən ABŞ və İranın keçmiş lideri Məhəmməd Rza Şah Pəhləvi arasındakı sıx əlaqələrdən qaynaqlanır. Şah İran İnqilabı zamanı (1978-79) qaçdığı zaman bütün anlaşılmazlıqlar zirvəyə çatdı. Həmin ilin sonunda o, müalicə üçün ABŞ-a səfər edəndə silahlılar ABŞ-ın Tehrandakı səfirliyinə basqın edərək 63 amerikalını ələ keçirdilər. Hadisə zamanı İran Xarici İşlər Nazirliyində daha üç diplomat ələ keçirilir, nəticədə ümumilikdə 66 nəfər girov götürülür.
 
 İranın yeni rejimi Ruhullah Xomeyni tərəfindən gizli dəstək alan girovlar Məhəmməd Rzanın İrana ekstradisiyasını tələb edirlər, lakin ABŞ prezidenti, Cimmi Karter buna imtina edir və İranın ABŞ-dakı bütün fəaliyyətlərini dondurur. 
İranlılar 19-20 noyabr 1979-cu ildə 13 qadını və afroamerikalını azad edirlər və daha bir girov 1980-ci ilin iyulunda azad edilir. 
 
1980-ci ilin aprelində girovları xilasetmə cəhdi uğursuz olur. Girovların qaytarılması üçün danışıqlar şahın ölümündən sonra 1980-ci ilin iyulunda başlayır,  lakin qalan 52 girov Ronald Reyqanın andiçmə mərasimindən bir neçə dəqiqə sonra azad edilənə qədər əsirlikdə qalır . Böhran Karterin yenidən prezident seçilməyinə mane olur.
 
Sonda isə belə bir sual ortaya çıxır, bəs nəyə görə Xomeynini dəstəkləyirdi?
 
Buna səbəb olaraq bir neçə hadisəni qeyd edə bilərik. İlk öncə Xomeyninin həqiqətən də intellektual biri olması idi. Qərb fəlsəfəsini və tarixini çox dərindən bilən bir şəxs olan Xomeyni, elə həmin bu biliklərini 1978-ci ildə Parisdə keçirilən bir konfransda nümayiş etdirmişdi. Həmin illərdə başlıca maraqları olan və həmçinin İranı kukla kimi idarə edən ABŞ, Böyük Britaniya və Fransa dövlətləri birbaşa olaraq Xomeyni ilə hər zaman əlaqədə olublar. Çünki Fransadakı həmin bu görüşlər zamanı Xomeyni şahı qətiyyətlə qeyri-demokratik idarəçilikdən dolayı olaraq qınamış, hakimiyyətə çıxacağı təqdirdə Qərb ilə yandaş olacağını söyləmişdi. Şahın isə inqilabdan əvvəl son 2-3 il ərzində yanlış siyasət aparması, xalqı daha da qəzəbləndirməsi və qərbin mövqeyini zəiflədəcək çıxışlar etməsi Qərbin şaha olan dəstəyini kəsməyinə şərait yaradırdı. 
 
Həmin bu girov böhranına qarşı ABŞ-ın heç bir ciddi müdaxilə etməməsi isə İraq-İran müharibəsinin baş verdiyi səbəbindən idi. Çünki bu zaman iki ölkənin də ortaq bir düşməni vardır, - İraq. Əlavə fakt olaraq qeyd edək ki, Xomeyni özü Qərbin müdaxiləsinə məcbur qalmamaq üçün Səddam Hüseyni müharibəyə qoşulması üçün təşviq etmişdir.
 
Əkbər Şəbəndəyev
1



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...