Ukrayna – Rusiya müharibəsi, Rusiyanın imperialist planları və sanksiyalar ANALİTİKA

Analitika 15:40 16.05.2023
 
Son illərin ən çox müzakirə olunan, şərh edilən, proqnozlar verilən siyasi-hərbi hadisəsi şübhəsiz ki,  Rusiya - Ukrayna müharibəsidir.
 
Hələ iki ölkə arasında müharibə “qoxusu”nun  2021-ci ildən gəldiyini qeyd etsək, heç də yalan olmaz.  Elə o zamanlardan Rusiyanın Ukrayna sərhəddinə silah-sursat və hərbi qüvvə toplaması, Qərbin Ukraynanı silahlandırması və Zelenskinin alovlu çıxışları müharibənin ilk anonsların verirdi. Müşahidələr isə onu göstəririr ki, şübhəsiz bu iki gücün - yəni Qərb və Rusiyanın Ukraynanın üzərindən oynadığı “dava-dava” oyunudur. Bu hadisələr bir növ 2008-ci ildə baş verən Rusiya Gürcüstan müharibəsinin oxşarı hesab olunur.
 
Artıq Rusiyanın Ukraynaya müdaxiləsi bir ildən çoxdurki başlayıb. Rusiyanın daxilində isə bununla bağlı heç bir tənqidin olmadığı müşahidə olunur.  
 
Rusiyanın  qonşu ölkəyə hücumu qardaş xalq kimi qələmə verdiyi insanlarla vuruşması 2022-ci ilin fevral ayından dünyanın gündəmindədir. Putin üçün Ukrayna müstəqil ölkə deyil, Rusiya imperiyasının bir hissəsidir.
 
Rusiyanın hökmranlıq iddiası...
 
Rusiya ərazisinə görə dünyanın ən böyük ölkələrindən biridir. Ölkə 14 saat qurşağını əhatə edir. Lakin hökmranlıq səltənəti həm Çar İmperiyası dövründə, həm də Rusiyanın özünü qanuni varisi hesab etdiyi Sovet İttifaqı dövründə daha böyük idi.
 
2005-ci ildə Putin Sovet İttifaqının dağılmasını “XX əsrin ən böyük geosiyasi fəlakəti” adlandırmışdı. O, öz siyasətinin məqsədi kimi Rusiyanın sərhədlərinin mühafizəsini və “Rus millətinin Avrasiya qitəsində sivilizasiya missiyasını” davam etdirməyi göstərib. Dünya analitiklərinin fikrinə görə, onun məqsədi Qanlı müharibələrin köməyi ilə Rusiya imperiyasının dirçəlişidir.
 
Putinin apardığı müharibələr
 
Hələ 1999-cu ildə baş nazir postuna gətirilən Putin hakimiyyətinin bir neçə günündən sonra Çeçenistana qoşun yeridərək, Paytaxt Qroznını yerlə-yeksan etdi. Əməliyyat bu gün də Moskvada yaşayış binalarına çeçen terrorçular tərəfindən həyata keçirildiyi iddia edilən bomba hücumlarına cavab olaraq qiymətləndirilir. Lakin gizli mənbələrin iddiasına görə bu Putinin özü tərəfindən Rusiyanın daxili kəşfiyyat xidmətinin köməyi ilə həyata keçirilən bir əməliyyatdır. Burada məqsəd isə müstəqilliyə can atan və Aİ ilə münasibətləri yaxşılaşdıran respublikanı yenidən Rusiyaya tabe etmək idi.
 
2008-ci ildə o, bölgədəki rus azlığını qorumaq məqsədi ilə Gürcüstana qarşı müharibə etdi və  beynəlxalq  sülhün pozulmasına səbəb oldu.
Böyük Vətən Müharibəsində Qələbə
 
Hitlerin nasist rejimi üzərində qələbə Rusiyanın kollektiv yaddaşında ən mühüm hadisələrdən biridir. Bu gün Putin Rusiyanın təhlükəsizliyinə təhdid kimi qiymətləndirdiyi bir çox rəqiblərini “nasist” elan etməklə bundan sui-istifadə edir.
 
Əvvəlki paradlarda adətən “Bir daha heç vaxt” şüarı səsləndirilsə də, son illərdə “Mojem povtorit” – “Biz bunu təkrarlaya bilərik” şüarı getdikcə, daha çox aktuallaşıb. Bundan başqa Putin həm də kilsədən ideoloji dəstək alır.
Rus Pravoslav Kilsəsinin rolu
 
Tarixə nəzər salsaq, proseslərdən də görərik ki, Rus Pravoslav Kilsəsi hər zaman “hökmdar”la sıx bağlıdır. Ənənəvi olaraq, dünyəvi və ruhani liderlərin yeganə həqiqi, ortodoks inancını qorumaq üçün ahəngdar şəkildə birlikdə işlədiyi bir simfoniyadan danışılır. Yalnız qısa müddət ərzində, bolşeviklər və Stalin dövrünün əvvəllərində Rus Pravoslav Kilsəsi təqiblərə məruz qaldı. Lakin İkinci Dünya Müharibəsi zamanı o, diktatorla ittifaq qurdu. O vaxtdan bəri kilsə məxfi xidmətlərlə də sıx əməkdaşlıq edir. Vladimir Putin kimi I Kirilin də aktiv KQB agenti olduğu deyilir.
 
İsveçrə federal polisinin iddiasına, Moskva patriarxı və Putinin sirdaşı I Kiril Soyuq Müharibə dövründə KQB agenti olub. Hətta bu tezisin sübutu da var.
 
Dövlət və kilsə arasında sıx qarşılıqlı asılılığının daha bir sübutu da var. 2022-ci ilin oktyabrında Ukraynanın denazifikasiyası və demilitarizasiyası ilə yanaşı, bura üçüncü məqsəd də əlavə olundu - de-satanizasiya. Kiril bundan əvvəl dini çıxışlarda  demişdi ki,
“Rusların və Rus Kilsəsinin birliyinə qarşı həmişə mübarizə aparan şər qüvvələr üstünlük əldə edir”. 
 
Bu açıqlama da müharibəni dini səviyyəyə qaldırdı və Putini bir növ xilaskar fiquruna çevirdi.
 
Niyə müxalifət azdır?
 
Nəhəng imperiyanın daha çox amansız güc aparatının köməyi ilə güclü hökmdar tərəfindən idarə olunduğu 1000 illik tarix Rusiya xalqına uzunmüddətli təsir göstərmişdi. Qönçələnməkdə olan müxalifət son illərdə zorakılıqla repressiyaya məruz qalıb və ölkənin azad mətbuatı sistemli şəkildə susdurulub.
 
Qalan hissəsi isə dövlət təbliğatı edir. 
 
2022-ci ildə Nobel Sülh Mükafatına layiq görülən Memorial təşkilatının həmtəsisçisi İrina Şerbakova Rusiyanı belə təsvir edir:
 
 “Məsələ ondadır ki, Rusiyada insanlar yaşamır, sağ qalırlar”.
 
Sanksiyalar…Qadağalar… 
 
Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya əsassız müdaxiləsindən sonra Şura Rusiya və Belarusa qarşı 10 sanksiya paketi qəbul edib. Sanksiyaların məqsədi Rusiyanın müharibəni maliyyələşdirmək imkanlarını zəiflətmək və xüsusi olaraq işğala cavabdeh olan siyasi, hərbi və iqtisadi elitanı hədəf almaqdır.
 
Məhdudlaşdırıcı tədbirlər Rusiya cəmiyyətini hədəf almır. Bu səbəbdən ərzaq, kənd təsərrüfatı, səhiyyə və əczaçılıq kimi sahələr tətbiq edilən məhdudlaşdırıcı tədbirlərdən kənarda saxlanılır. İqtisadi ghesablamalar göstərir ki, Avropada və başqa yerlərdə Rusiyaya qarşı tətbiq edilən məhdudlaşdırıcı tədbirlər Rusiya iqtisadiyyatına öz təsirini bir zamandan sonra daha dərin göstərəcək. Son olaraq qeyd edək ki, bu da gələcək dövrdə Rusiya iqtisadiyyatının kəskin sürətdə  daralacaq
 
Gülməmmədov Xəyal
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı