Rusiya diplomatiyasının çöküşü:Zaxarvanın Azərbaycanla bağlı şərhi nəyə hesablanıb?

Analitika 14:00 14.09.2023

Rusiya XİN – in sözçüsü və mətbuat departamentinin direktoru Mariya Zaxarova ötən gün çox biabırçı bir açıqlama ilə yadda qalıb:
“Rusiyanın “yeni regionlarında” seçkilərlə bağlı bəyanatı ilə əlaqədar Rusiyanın Azərbaycana diplomatik demarş bildirdiyini açıqlayıb. Biz bu məsələ ilə bağlı hər şeyi ifadə etmişik".
Görünür, Azərbaycan XİN – in Rusiya tərəfindən Ukraynanın işğal edilmiş ərazilərində keçirilən seçkilərin qeyri – legitimliyə ilə bağlı açıqlamaları, xanım Zaxarovanın xətrinə toxunub.

“Biz ondan çıxış edirik ki, Bakı ölkəmizin ərazi bütövlüyü məsələsinə Azərbaycan Respublikasının ərazi bütövlüyü məsələsində tərəfdaşların bizim tərəfimizdən saydığı hörmətlə yanaşmalıdır” – deyə o, əlavə edib.
İlk öncə demarş nə deməkdir onu əsaslandıraq. Fransız sözü olan bu diplomatik termin, müqabil tərəfin güzəştə getməsinə nail olmaq üçün edilən təşəbbüs, çıxış, hərəkət və ya tədbir deməkdir. 
Qeyd edək ki, Rusiyanın bunu istənilən bir dövlətə bildirmək hüququ var. Sadəcə məsələ ondadır ki, bunu edərkən sağlam əsaslarla çıxış etmək lazımdır, bu cür gülməli arqumentlərlə deyil.

Azərbaycan Respublikasının mövqeyi tamamilə əsaslandırılmış və şəffaf şəkildədir.

"Azərbaycan və Ukrayna bir-birinin suverenliyini, ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Bundan irəli gələrək Azərbaycan bəyan edir ki, Ukrayna ərazisində istənilən seçki bu dövlətin Konstitusiyasına və qanunvericiliyinə uyğun keçirilərsə, legitim ola bilər", - bəyanatda deyilir.

Mariya xanım və Kreml anlamalıdır ki, özü işğal qurbanı olan bir ölkə heç bir şəkildə, buna bənzər daha bir şeyi qəbul edə bilməz. Azərbaycana müdaxilə etmək istəyini daha əsaslı bir şəkildə nümayiş etdirilə bilərdi.
Bu sadəcə “kağızdan oxuyan robotların” – rus diplomatlarının çöküşünün bariz nümunəsidir. Təəssüflər olsun ki, vaxtılə Rusiyanın ən dar vəziyyətində ölkənin xilasedicisi olan diplomatlar indi sadəcə Kremlin mövqeyini nümayiş etdirən anons aparatları olublar.

Məsələ ilə bağlı Ednews – a müsahibəsində keçmiş ASDP – nin sədri və politoloq Zərdüşt Əlizadə, bunun sadəcə Rusiyanın siyasi maraqlarını diktə etmək üçün söylədiyini vurğulayıb:

“Rusiya istəyir ki, mütləq hakim kimi ətrafındakı bütün dövlətlərə və onların siyasi kursuna diktə etsin. Bu isə əlbəttə ki, alınmır. Sözsüz elə dövlətlər var ki, Rusiyadan qorxur və ondan birbaşa olaraq aslıdır. Lakin Azərbaycan elə bir dövlət deyil. Azərbaycan maliyyə baxımından müstəqildir, güclü ordusu var və müstəqil siyasət yeridərək öz maraqlarına xidmət etməyi bacarır. Ona görə Rusiyanın bizə nəyi etməli və ya nəyi etməməli olduğumuzu deməyə haqqı yoxdur. Sadəcə Maria xanım kimi şəxslərin vəzifə borclarıdır ki, Rusiyanın mövqeyini bildirsinlər. Ölkəmizin XİN – in vəzifəsi isə bu cür əsassız fikirləri nəzərə almamaqdır”.

Politoloq İlqar Vəlizadə isə bu açıqlamanın tamamilə əsassız olduğunu vurğulayıb:

“Biz həmişə Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləmişik. Bu fakt Rusiya üçün sirr deyil. Ona görə biz də ənənəvi siyasətimizi davam etdirərək bunu bir daha təsdiqlədik. Maraqlısı ondadır ki, Rusiyanın ən yaxın müttəfiqi Belarus belə bu seçkiləri tanımadı. Bu seçkilərini tanıyan ölkələr ya Rusiyanın bunun kimi yaratdığı qondarma respublikalardır, ya da dünya ölkələri tərəfindən hər zaman tənqid olunan və dünya siyasətindən təcrid olmuş Şimali Koreya və Nikaraquadır. Sadəcə məsələ ondadır ki, bu qondarma respublikaları tanımayan ölkələr yalnız bəyanat verməyiblər. Bizim ölkəmizdə mövcud vəziyyət və həmçinin Ukrayna ilə bir neçə siyasi – iqtisadi platformada əlaqələrin qurulmasını nəzərə alaraq bu qərarı almışıq. Rusiya anlamalıdır ki, burada qeyri – adi bir şey yoxdur”.

Əkbər Novruz

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı