Kamala Harris Niyə Uduzdu? Analiz

Analitika 13:15 07.11.2024

 

Təxminən bir ay əvvəl Kamala Harris ABC kanalında yayımlanan The View proqramına qatıldı. Burada özünü daha yaxından tanımaq istəyən amerikalılara mehriban bir müsahibə verməsi gözlənilirdi. Lakin müsahibə onun, "Hazırkı prezident Co Baydendən fərqli olaraq nə edərdiniz?" sualına verdiyi cavabla tez bir zamanda gərginləşdi: "Ağlıma heç nə gəlmir."

Harrisin bu cavabı, Respublikaçılar tərəfindən təkrarlanan reklam kampaniyasına çevrildi. Çərşənbə axşamı Donald Trampa məğlub olduqdan sonra Harris seçki kampaniyasının qarşılaşdığı siyasi maneələrdən danışdı. Çərşənbə axşamı gecəsi Harris öz məğlubiyyətini qəbul edərək tərəfdarlarına “ümidsizliyə qapılmamağı” xahiş etdi.

Ancaq harada səhvə yol verdiyini və başqa nələr edə biləcəyini düşünməsi çox güman ki, daha çox vaxt aparacaq, çünki demokratlar həmişəki kimi partiyanın gələcəyi ilə bağlı suallar verərək məsuliyyəti bir-birinə yönəltməyə başlayacaqlar.

Harrisin seçki kampaniyasının nümayəndələri çərşənbə günü səhər sükuta qərq oldular, bəzi köməkçilər isə göz yaşları içində daha gərgin keçməsi gözlənilən seçkiyə təəccübləndiklərini bildirdilər. "Məğlubiyyət ölçülməz dərəcədə ağrılıdır. Bu, ağırdır," - deyə çərşənbə günü kampaniya işçilərinə göndərilən elektron məktubda Harrisin kampaniya meneceri Cen O'Malley Dillon yazıb. "Nəyin baş verdiyini anlamaq çox vaxt alacaq."

Hazırkı vitse-prezident kimi Harris həm sevilməyən prezidentdən ayrılmağı, həm də seçiciləri  ölkədaxili iqtisadi narahatlıqlar fonunda onların gözlədiyi dəyişikliyi təklif edə biləcəyinə inandırmağı bacarmadı.

Bayden yükü

Bayden debatlarda uğursuz çıxış etdikdən sonra seçki yarışından geri çəkildi deyə Harris seçkilərdə önə keçərək namizədlər siyahısının başında yer aldı və ilkin seçkiləri keçərək bir dəfə də səs vermədi. O, "yeni bir lider nəsli" formalaşdıracağına, qadınları abort hüququ ətrafında birləşdirəcəyinə və iqtisadi məsələlərə - qiymət artımı və mənzil əlçatanlığı kimi problemlərə diqqət yetirərək işçi sinfi seçicilərinin etimadını doğruldacağına dair söz verərək 100 günlük seçki kampaniyasına başladı.

Seçki gününə üç ay qalmış o, ilkin dəstək dalğası yaratdı- bu dalğa sosial mediada yayılan memlər, Teylor Sviftin də daxil olduğu məşhur dəstəkçilər və rekord miqdarda ianələrlə müşayiət olundu. Lakin Harris, seçicilərin geniş kəsiminə sirayət edən anti-Bayden ovqatından qurtula bilmədi. Prezidentin reytinqi hakimiyyətdə olduğu dörd il ərzində davamlı olaraq 40 bal ətrafında qalxdı-düşdü və seçicilərin təxminən üçdə ikisi ABŞ-ın yanlış yolda olduğunu düşünürdü.

Bəzi müttəfiqləri özəl söhbətlərdə Harrisin Baydeni əvəz etməyə çalışarkən ona çox sadiq qaldığını qeyd edirdi. Lakin keçmiş vitse-prezidentin kommunikasiya direktoru Camal Simmons bunu "tələ" adlandıraraq, hər hansı bir məsafənin respublikaçılara sədaqətsizlik üçün yeni bir hücum xətti verəcəyini iddia edib “Sizi seçən prezidentdən uzaqlaşa bilməzsiniz,” dedi.

Harris, Baydenin siyasətindən uzaqlaşmadan, amma açıq şəkildə dəstəkləmədən administrasiyanın fəaliyyətini müzakirə edərək, incə bir tarazlığı qorumağa çalışdı. Ancaq bu yolla ölkəni niyə məhz onun idarə etməli olduğunu və iqtisadi narazılıqları, həmçinin miqrasiya ilə bağlı geniş yayılmış narahatlıqları necə aradan qaldıracağını inandırıcı şəkildə əsaslandıra bilmədi.

Çikaqo Universitetindəki NORC tərəfindən aparılan və 120.000-dən çox amerikalı seçici arasında keçirilən “AP VoteCast” sorğusuna görə, hər 10 seçicidən 3-ü ailələrinin maliyyə vəziyyətinin pisləşdiyini deyib ki, bu da dörd il əvvəllə müqayisədə daha yüksəkdir. Hər on seçicidən doqquzu ərzaq qiymətləri ilə bağlı çox narahat və ya müəyyən dərəcədə narahat olduğunu bildirib.

Eyni sorğu göstərdi ki, hər 10 seçicidən 4-ü ABŞ-da qanunsuz yaşayan miqrantların öz ölkələrinə deportasiya edilməli olduğunu bildirib, halbuki 2020-ci ildə bu göstərici hər 10 nəfərdən 3-ü idi.

Harris seçki kampaniyasının sonuna yaxın administrasiyasının Bayden administrasiyasının davamı olmayacağını vurğulamağa çalışsa da, öz siyasətini aydın şəkildə ortaya qoya bilmədi və tez-tez problemləri birbaşa həll etmək əvəzinə onlardan yan keçməklə kifayətləndi.

Baydenin dəstək şəbəkəsini gücləndirmək uğrunda mübarizə

Harris kampaniyası, Baydenin 2020-ci ildə qazandığı qələbəni təmin edən seçici bazasını yenidən toplamağa ümid edirdi. Bu seçici bazasına  Demokrat seçici qrupları olan qaradərili, Latın amerikalı və gənc seçicilər, həmçinin kollecdə təhsil almış ətraf şəhər seçiciləri daxil idi.

Lakin o, bu  seçici qruplarında gözləniləndən aşağı nəticə göstərdi. Seçki anketlərinə görə, Latın amerikalı seçicilər arasında 13 xal, qaradərili seçicilər arasında iki xal, 30 yaşdan aşağı seçicilər arasında isə altı xal itirdi; bu göstəricilər səslər sayıldıqca dəyişə bilər, lakin onlar ümumi tendensiyaları əks etdirir.

Vermontdan müstəqil senator, 2016-cı ildə  Hillari Klintona, 2020-ci ildə isə Baydenə məğlub olmuş Sanders, işçi sinfi seçicilərin partiyadan uzaqlaşmasında “böyük sürprizin olmadığını” bildirmişdi.

“O, əvvəlcə ağdərili işçi sinfi idi, indi isə Latın amerikalı və qaradərili işçilər də onlara qoşulub. Demokratik rəhbərlik status-kvonu qorumağa çalışır, Amerika xalqı isə qəzəblidir və dəyişiklik istəyir” .

  Harrisi Trampa qarşı əsasən qadınlar dəstəklədilər, lakin vitse-prezidentin üstünlüyü onun tarixi namizədliyinin yaratdığı ümidlərin istədiyi həddə çatmadı. O, qadınların səsini qazanmaqla bağlı  ambisiyalarını reallaşdıra bilmədi, çünki "Respublikaçılar" Partiyasını dəstəkləyən 53% ağ qadını itirdi.

Ali Məhkəmənin abort hüququnu ləğv etməsindən sonra keçirilən ilk prezident seçkisində Demokratlar onun reproduktiv hüquqlar uğrunda mübarizəyə verdiyi dəstəyin qəti qələbə gətirəcəyinə ümid edirdilər.

54% qadın seçici səsini Harris üçün versə də, bu göstərici 2020-ci ildə Baydenin topladığı  dəstəkləyən  qadınların səsindən az oldu.

"Başqasına qazdığı quyuya..."

Hələ liderliyə yüksəlməzdən əvvəl, Harris yarışa Baydenin niyə ikinci dəfə seçilməli olduğundan çox Trampın niyə seçilməməli olduğu ilə bağlı arqumentlərini tirajlayırdı.

Keçmiş Kaliforniya prokuroru kimi Harris keçmiş prezidentə qarşı hüquq-mühafizə təcrübəsindən istifadə edərək ittihamları irəli sürmək istəyirdi. Lakin onun yeni kampaniyası, Baydenin “Trampın demokratiya üçün mövcud bir təhlükə olduğu” arqumentini kənara qoyaraq, fərdi azadlıqların qorunması və orta sinfin müdafiəsi ilə bağlı pozitiv və irəliləyən mesaj verməyi üstün tutdu.

Ancaq son mərhələdə, Harris ikinci Tramp prezidentliyinin təhlükələrinə yenidən diqqət çəkmək üçün taktiki qərar qəbul etdi. O, prezidenti “faşist” adlandıraraq, onun ritorikasından bezən narazı Respublikaçılarla kampaniya apardı.

Trampın keçmiş Ağ Ev aparat rəhbəri Con Kelli, New York Times-a Trampın Adolf Hitler haqqında müsbət danışdığını bildirdikdən sonra, Harris rəsmi iqamətgahının qarşısında çıxış edərək onu "qeyri-stabil və qeyri-adekvat" kimi təsvir etdi.

Veteran Respublikaçı rəy sorğusu aparıcısı Frank Luntz çərşənbə axşamı gecəsi belə dedi: “Kamala Harris bu seçkini demək olar ki, tamamilə Trampı hədəf alaraq uduzdu.”

“Seçicilər artıq Tramp haqqında hər şeyi bilirdilər – lakin onlar hələ də Harrisin öz administrasiyasının ilk saatında, ilk günündə, ilk ayında və ilk ilində nə planlaşdırdığını istəyirdilər.”.

“Kampaniyasının diqqəti Trampa, Harrisin öz fikirlərindən daha çox yönəltməsi böyük bir uğursuzluq oldu,” o əlavə edir.

Nəticədə, Harrisin Trampı məğlub etmək üçün lazım olan koalisiya formalaşmadı və seçicilərin Demokratları açıq şəkildə rədd etməsi partiyanın təkcə populyar olmayan bir prezidentdən daha böyük bir problemləri olduğunu göstərdi.

Müəllif: Kortni Subramanyan

Mənbə: BBC

Tərcümə: Şahlar Ruhi

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı