USAID terrorçuları da maliyyələşdirirmiş - 335 milyard dollarlıq korrupsiya

Analitika 09:47 14.02.2025

Təşkilat ümumilikdə 700-dən artıq media orqanını, 300-ə yaxın media sahəsində çalışan QHT-ni və 6 mindən çox jurnalisti maliyyələşdirib. Təsis olunduğu gündən humanitar fəaliyyət ilə deyil, ölkəsinin müxtəlif lobbi təşkilatlarının maraqlarının ifadəçisi kimi tanınan ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin - USAID-in çirkin oyunları haqqında kifayət qədər sənədlər, faktlar ortaya çıxıb və bu davam etməkdədir.

Əslində bu təşkilatın əsl məqsədi çoxdan ifşa olunub. Məqsədi ayrı-ayrı dövlətlərin daxili işlərinə qarışmaq, bunun üçün özünə həmin ölkələrdə dayaq nöqtələri formalaşdırmaq idi. Bu qərəzli qurum müxtəlif QHT-lərə, media mənsublarına maliyyələr ayırmaqla onları asılı vəziyyətə gətirir, sonra isə öz maraqlarını onların vasitəsilə həyata keçirməyə çalışır, ölkələrin daxilindəki proseslərə bu yolla təsir göstərir.

Əlbəttə ki, ən çox qarayaxmalara məruz qalan ölkələrdən biri də Azərbaycan olub. USAID dəfələrlə Azərbaycanı irqi ayrı-seçkilikdə ittiham edib, öz rəhbərinin dili ilə böhtanla dolu, humanitar fəaliyyətin ruhuna zidd olan bəyanatlar səsləndirib, hazırda məhkəməsi gedən müharibə cinayətində təqsirləndirilənlərin azadlığa buraxılması və Ermənistanın hərbiləşdirilməsi barədə çağırışlar edib.

Bu təşkilat ABŞ-Azərbaycan münasibətlərinə ciddi zərər vurmaqla yanaşı, regionumuzda gərginlik yaratmağa çalışıb. Rəsmi Bakı isə dəfələrlə ermənipərəst təşkilatın anti-Azərbaycan mövqeyini, səsləndirdiyi bəyanatları sərt tənqid edib, ABŞ rəhbərliyinə bununla bağlı öz mesajlarını çatdırıb.

Deyə bilərik ki, ABŞ-nin Prezident Administrasiyasının USAID-in fəaliyyətini dayandırması haqqında qərarı təkcə bu təşkilatın fəaliyyət dairəsinin məhdudlaşdırılması deyil, eyni zamanda Ermənistanın uzun illərdir beynəlxalq yardımlardan sui-istifadə etməsinin nəticəsi kimi qiymətləndirilməlidir. USAID-in Ermənistana ayırdığı vəsaitlərin əsas məqsədi demokratiyanın inkişafı, iqtisadi islahatların dəstəklənməsi və insan hüquqlarının qorunması olsa da, əslində, bu pulların böyük hissəsi başqa məqsədlərə yönləndirilmişdi.

Onu da qeyd edək ki, formal olaraq müstəqil dövlət agentliyi hesab olunsa da, USAID birbaşa ABŞ prezidenti, dövlət katibi və Milli Təhlükəsizlik Şurasına tabe idi. Onun rəhbəri və müavinləri ABŞ Senatının razılığı ilə ABŞ Prezidenti tərəfindən təyin olunurdu.

Son 9 ildə ümumilikdə USAID xətti ilə 335 milyard dollar xərclənib

Açıqlanan son məlumatlara görə, 2024-cü maliyyə ilində USAID layihələri üçün 36 milyard dollara yaxın vəsait ayrılıb. Son 9 ildə isə ümumilikdə USAID xətti ilə 335 milyard dollar xərclənib.

Dünyanın 100-dən artıq ölkəsində nümayəndəliyi və 10 mindən artıq əməkdaşı olan USAID-in məqsədi ehtiyacı olan ölkələrə humanitar yardım, iqtisadiyyat, səhiyyə, təhsil sahələrinə dəstək göstərmək olsa da, əslində onun fəaliyyəti bütün dünya üzrə QHT və medianı qanunsuz maliyyələşdirməklə ölkələrin daxili işlərinə qarışmağa, ictimai rəyə təsir imkanları qazanmağa və bu rıçaqlardan təzyiq və hətta dövlət çevrilişləri üçün istifadə etməyə, müstəqil dövlətlərdə qanuni seçilmiş hakimiyyətləri və konstitusion quruluşu devirməyə yönəlib.

ABŞ Prezidenti Donad Tramp bu təşkilatı "görünməmiş miqyasda korrupsiya"da ittiham edib, İlon Mask isə USAID-i "cinayətkar təşkilat" adlandırıb. O, açıq şəkildə bəyan edib ki, bu qurumun "ölməyinin vaxtıdır". Bir çox terror təşkilatları və digər qurumlara "humanitar yardım" adı altında dəstək göstərən USAID dünya üzrə nüfuzlu mediaları maliyyələşdirib.

Təşkilatın yardım adı ilə ayırdığı vəsaitlərin istiqamətlərinə diqqət edək:
- "Əl-Qaidə" təşkilatı üçün 10 min porsiya "yemək alınıb";
- Əl-Qaidənin gələcək lideri Ənvər Əl-Əvlakinin kollecdə təhsili maliyyələşdirilib;
- "The New York Times"ə 2024-cü ildə 3,1 milyon dollar ayrılıb;
- "Politico"ya - 8 milyon dollar;
- "Associated Press"ə 9 milyon dollar;
- BBC-yə 2,6 milyon funt-sterlinq;

- "Reuters"ə 9 milyon dollar;
- "Frans-Press"ə 447 min dollar verilib.
- Ukraynada medianın 90 faizi USAID tərəfindən maliyyələşdirilib;
- 2024-cü ildə USAID Ukraynadakı proqramlarına 6 milyard dollardan artıq vəsait
xərcləyib;
- Ümumilikdə 700-dən artıq media orqanı, 300-ə yaxın media sahəsində çalışan QHT və 6 mindən çox jurnalist maliyyələşdirilib.

Qeyd edək ki, fevralın 6-dan ABŞ hökuməti bu təşkilat vasitəsilə "The New York Times", "Politico" və "Associated Press"in maliyyələşdirilməsini dayandırıb. Artıq üzə çıxan faktlar bir daha göstərir ki, USAID "azad mətbuat", "söz azadlığı" adı altında əslində korrupsiya mexanizmi ilə ayrılan maliyyə əsasında milli hökumətlərə təzyiq və şantaj rıçaqları, informasiya diversantları hazırlayırmış. Bu da əlbəttə ki, sabiq prezident Bayden administrasiyasının xarici siyasətinin çirkinliklərinin ifşası deməkdir.

USAID-in Cənubi Qafqaz üzrə "sifarişli fəaliyyəti"

USAID uzunmüddətli iqtisadi və sosial inkişafa yardım göstərmək adı ilə formalaşdırılıb. Qurumun ayrı-ayrı ölkələrə müxtəlif proqramlarla əsasən kənd təsərrüfatına, ticarətə, qlobal səhiyyəyə, demokratiyanın inkişafına və humanitar məqsədlər üçün yardımlar ayırdığı iddia olunur. Əslində isə USAID yardım adı altında ayrı-ayrı ölkələrin daxili işlərinə aktiv şəkildə müdaxilə etməyə, qeyri-sabit, çevriliş və xaos üçün münbit şərait yaratmağa çalışıb.

USAID-in rəhbərliyi Ermənistana xüsusi "diqqəti" ilə seçilib. Qurumun rəhbəri Samanta Pauerin davamlı olaraq İrəvana səfərləri də bunu təsdiqləyir. Ötən ilin yayında ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin Ermənistana maliyyə yardımının həcmini iki dəfədən çox - 120 milyon dollardan 250 milyon dollara qədər artıracağı elan olunmuşdu. Guya bu vəsaitin "demokratik proseslər, regional əməkdaşlıq, fəlakət risklərinin idarə edilməsi, kibertəhlükəsizlik, ərzaq və enerji təhlükəsizliyi və s. kimi sahələrə yönəldiləcəyi" bildirilirdi. Qurumun rəhbərliyi torpaqlarını öz gücünə azad edən Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməkdən də çəkinməyib. Azərbaycana qarşı fəaliyyəti konkret istiqamətlər üzrə dezinformasiya, yalan və şantaj üzərində qurulub. Ölkə rəhbərliyini hədəfə almaqla, Ermənistanın işğalı və Qarabağdakı rejimin mövcudluğuna "humanitar" don geyindirməklə, QHT-lərin Laçın yolundakı aksiyasının "humanitar fəlakət" kimi təqdim etməklə, nəzarətində olan mediaları "yeganə müstəqil media" kimi göstərməklə və qanunsuz fəaliyyətə qarşı dövlət sanksiyalarını "söz azadlığı və müstəqil mətbuatın boğulması" kimi qələmə verməklə Azərbaycana dəfələrlə təzyiqlər etməyə çalışıb. Azərbaycanı "etnik təmizləmə" aparan ölkə kimi tanıtmağa çalışıb. İçğalçı rejimin legitimləşdirilməsinə cəhd edərək Azərbaycanı "diktarura və avtoritar rejim" kimi, Ermənistanı isə "demokratik ölkə" kimi təqdim etməyə çalışıb.

Ölkəmizdə keçirilən bütün seçkilərin gözdən salınması üçün "saxtalaşdırılma"ya dair əsassız ittihamlar səsləndirib. Kiçik sosial problemlərin siyasiləşdirilməsi və vətəndaş qarşıdurmasının yaradılması, iqtidar-xalq birliyinin sarsıdılması üçün təbliğat aparıb.

Azərbaycanın müstəqil siyasətini yerli və xarici mediada "digər dövlətlərdən asılılıq" kimi təqdim edib və ölkəmizin evsahibliyi etdiyi bütün beynəlxalq tədbirləri gözdən salmağa çalışıb. Buna misal üçün "Eurovizion", "Formula-1" və COP29-u göstərmək yetərlidir. Aparılan araşdırmaların hələ hansı biabırçılıqları üzə çıxaracağını indidən demək çətin olsa da, Bayden administrasiyası və Samanta Pauerin rəhbərlik etdiyi dövrün bu təşkilatın fəaliyyət tarixində ən utancverici dövr olacağına şübhə yeri qalmır.

USAID-in bağlanması Azərbaycanda və Gürcüstanda da nikbinliklə qarşılanır. Bu da təsadüfi deyil. Çünki bu riyakar təşkilat hər iki ölkədə qarşıdurmaların baş verməsinə çalışıb, bunun üçün pullar ayırıb, dönük insanları özünə cəlb edə bilib. Cənubi Qafqazda çirkin məqsədlərini həyata keçirmək üçün bütün vasitələrə əl atıb. Fəaliyyəti dövründə USAID Azərbaycanda layihələrin maliyyələşdirilməsinə 450 milyon dollar xərcləyib. Həmin vəsaitin böyük bir hissəsi isə məhz ölkəmizdə təxribatların hazırlanmasına yönəlib. Bir sözlə, təşkilatın bağlanması yalnız Ermənistanda məyusluq yaradıb. Ona görə də tez bir zamanda bu təsisata bağlı olan bütün qurumlara qarşı tədbirlər görülməlidir.

Mənbə: Modern.az

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı