Çin ABŞ-Rusiya yaxınlaşmasından niyə narahatdır?

Analitika 17:49 19.02.2025

Rusiya-ABŞ münasibətlərinin normallaşması prosesindəki sürətli irəliləmə, ABŞ-nin vitse-prezidenti Vensin Avropa liderlərinə ünvanlanmış kobud bəyanatları sözün əsl mənasında Avropadakı siyasi meydanı silkələyib. Hadisələrin bu cür dönüşü çoxu üçün gözlənilməz oldu, lakin baş verənlər bir çox mərkəzləri “ayılmağa” və taleyüklü qərarlar hazırlamağa sövq etdi.

Avropa liderlərinin sammiti nəticəsiz başa çatdı

 Fevralın 17-də Parisdə 11 Avropa ölkəsinin lideri Rusiyanın Ukraynaya müdaxiləsini müzakirə etmək və ABŞ prezidenti Donald Trampın təşviq etdiyi sürətləndirilmiş sülh prosesi kontekstində ortaq mövqe sərgiləmək üçün bir araya gəldi. ABŞ artıq Brüsselə Aİ üçün danışıqlar masasında yeri olmayacağını açıqlayıb. Əslində, bu gözlənilməz, müəyyən qədər də avantürist addım Avropanın tarazlığını sarsıtdı və bu məsələdə vahid mövqe nümayişinə təkan verdi. Düzdür, Aİ liderlərinin fövqəladə sammitində Ukrayna ilə bağlı heç bir qərar qəbul edilmədi, baxmayaraq ki, qoşunların göndərilməsi və Ukrayna ordusu üçün silahların alınması üçün yüz milyardlarla vəsaitin ayrılması ilə bağlı kifayət qədər cəsarətli təkliflər irəli sürüldü.

Lakin bu məqalə Avropaya okeanın o tayından vurulan sillədən bəhs etməyəcək; Çinin xarici işlər naziri Van İ ABŞ və Rusiya arasında Ukraynadakı müharibənin həllinə yönəlmiş danışıqları alqışladığını, eyni zamanda Avropanın da bu prosesə cəlb edilməsinin vacibliyini vurğulayıb. Çinli diplomat Pekinin mövqeyini belə əsaslandırdı: “Bu müharibə Avropa torpaqlarında gedir və Avropa münaqişənin həllində mühüm rol oynamalıdır”.

Pekin ABŞ və Rusiyanın münaqişəni Avropanın iştirakı olmadan həll etmək istəyindən narahatdır

Olduqca maraqlı açıqlamadır. Çinin Ukrayna-Rusiya münaqişəsinin həlli ilə bağlı əvvəlki bəyanatlarını yada salsaq, onlarda əsasən hərbi əməliyyatlardan narahatlığın ifadə olunduğunu, habelə ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinə dair çağırışın yer aldığını görmək olar. Eyni zamanda Pekin öz bəyanatlarında Rusiyaya qarşı “birtərəfli sanksiyalara” son qoyulması tələb edirdi və Rusiyanın Ukraynaya qarşı müharibəsinin Avropada uğursuz təhlükəsizlik arxitekturasının səbəb olduğunu bildirirdi. Halbuki, Çin Ukraynadakı müharibəni həmişə Qərbə qarşı əks-təsir vəsitəsi kimi nəzərdən keçirirdi, dünüşürdü ki, bu, ABŞ və onun müttəfiqlərinin bütün dünyada təsirini azaltmağa kömək edəcək.

Burada onu da qeyd etmək yerinə düşərdi ki, Ukrayna müharibəsi Çin üçün çoxlu fürsətlər açdı və Pekin də bu imkanı əldən vermədi. Təkcə ucuz Rusiya enerji resurslarını almaq imkanlarının yaranması nəyə desən dəyər. Rəqəmlər öz sözünü deyir: 2023-cü ildə Rusiya ilə Çin arasında ticarət dövriyyəsi rekord həddə - 240 milyard dollara çatmışdı. Rusiyadan ucuz enerji resurslarının idxalı müqabilində Çin bu ölkəyə geniş çeşiddə məhsullar, o cümlədən ikili təyinatlı məhsullar ixrac edir. Hədəflər bəlli: qarşılıqlı faydalı ticarət və iqtisadi əməkdaşlıqla yanaşı ABŞ və müttəfiqlərinin olduqca baha başa gələn müharibəyə cəlb olunması səbəbindən zəifləməsi və yorğunluğu.

Ancaq indi, gözlənilmədən Çin üçün üfüqdə xoşagəlməz çağırışlar görünməyə başladı. Əslində, Xarici İşlər Nazirliyinin rəhbərinin timsalında Pekinin Moskva və Vaşinqtonun qarşılıqlı reveranslarına reaksiyası Çinin bu yaxınlaşmanın mümkün nəticələrindən kifayət qədər ciddi narahat olduğunu deməyə əsas verir.

ABŞ-Rusiya münasibətlərində buzların əriməsi Çin üçün nə vəd edir?

Bu suala dəqiq cavab vermək çətindir. Burada çox şey Çinin özündən, daha dəqiq desək, Avropaya qarşı necə davranaçağından asılıdır. ABŞ-nin yeni administrasiyasının Ukraynadakı münaqişəyə son qoyulmasının zəruriliyi ilə bağlı bəyanatlarla pərdələnmiş Rusiya ilə münasibətləri yaxşılaşdırmaq istəyindən ruh düşkünlüyü yaşayan Aİ ölkələri yaxşı başa düşürlər ki, ABŞ-sız Rusiyaya qarşı duruş gətirmək çətin olacaq. Söhbət indi heç də Ukraynanın taleyindən getmir, artıq Aİ-nin indiki formada mövcudluğunu saxlayıb-saxlamayacağı məsələsi, Moskvadan Baltikyanı ölkələrə, Finlandiyaya və hətta Polşaya mümkün təhdidlər gündəmə gələ bilər. ABŞ-ın öz kontingentini Baltikyanı ölkələrin ərazisindən çıxarmaq planları barədə söhbətlər artıq bunun ilk əlamətidir.

Çin ödəmə qabiliyyətinə malik Aİ bazarını itirə bilər

Bütün bunlar təbii olaraq Pekini narahat etməyə bilməz. ABŞ ilə yanaşı, Aİ Çin üçün ödəmə qabiliyyətinə malik böyük və vacib bazardır. Vaşinqtonun təkrarlamağı yorulmadığı məhdudiyyətlərin mümkünlüyünü nəzərə alsaq, Çin üçün Aİ iqtisadiyyatının ayaqda qalması və tənəzzülə uğramaması həyati əhəmiyyət kəsb edir. ABŞ və Rusiya arasında mümkün yaxınlaşma və Brüsselin Ukraynadakı müharibədə iştirakının genişlənməsi fonunda Aİ-nin iqtisadi potensialının zəifləməsi Çin üçün arzuolunmaz nəticələrə gətirib çıxara bilər.

Hazırda çox şey ABŞ və Rusiya nümayəndə heyətlərinin Ər-Riyad görüşündən asılıdır. Görüşün nəticələri ABŞ-Rusiya münasibətlərinin gələcək trendini və onların Ukraynadakı münaqişəyə təsirini müəyyən edəcək, eyni zamanda Çinin mövqelərində dəyişikliyi şərtləndirəcək. Bu mərhələdə Pekin Rusiya-ABŞ danışıqlarında Avropanın iştirakının vacibliyi ilə bağlı bəyanat verməklə yanaşı, həm də Kiyevlə təmaslarda maraqlı olduğunu nümayiş etdirir. Münhen konfransı çərçivəsində Çin Xarici İşlər Nazirliyinin rəhbəri ukraynalı həmkarı Andriy Sibiqa ilə danışıqlar aparıb. Görüş əsnasında Sibiqa həmkarını Kiyevə səfərə dəvət edib. Söhbət zamanı Sibiqa Ukrayna üçün beynəlxalq dəstəyin və təhlükəsizlik zəmanətlərinin gücləndirilməsinin vacibliyini qeyd etdi və tərəfdaşları Ukraynaya, xüsusən də hava hücumundan müdafiə və uzaqmənzilli silahlar məsələsində hərbi dəstəyi artırmağa çağırdı.

Tramp müharibəyə pul xərcləmək istəmir, lakin silah satmaqdan da imtina etmir

Ukraynaya dəstək mövzusunun davamı olaraq, bu yaxınlarda Avropanın Ukrayna üçün ABŞ istehsalı olan silahları almasına icazə verməyə hazır olduğunu bildirən ABŞ prezidenti Donald Trampın özünəməxsus jestini qeyd etmək yerinə düşərdi. Sadə və başa düşülən dillə desək, bu o deməkdir ki, ABŞ Ukraynaya bundan sonra pulsuz silah vermək istəmir və bu imkanı Avropaya saxlayır. Yəni, Tramp deyir ki, ABŞ yardımı dayandırsa belə, Ukraynanın Amerika silahlarına çıxışı üçün qapılar açıqdır. Düzdür, Aİ-nin məhdud imkanlarını nəzərə alaraq, Ukrayna üçün silahların alınmasını kim tərəfindən tam şəkildə maliyyələşdirəcəyi aydın deyil.

Ukraynadakı münaqişəyə son qoyulmasının ABŞ-ın öz resurslarını Hind-Sakit okean regionuna yönəltməyə imkan verəcəyi ilə bağlı mövcud narahatlıqları nəzərə alsaq, çox güman ki, Aİ-dən başqa digər qlobal oyunçular da Ukraynanı dəstəkləməkdə maraqlı olacaqlar. Aydındır ki, ABŞ-Rusiya yaxınlaşmasının yekunlarından irəli gələn ssenari heç bir şəkildə Çinin maraqlarına cavab vermir. Ona görə də yaxın gələcəkdə dünya kifayət qədər maraqlı və köklü dəyişikliklərin şahidi ola bilər. Bu dəyişiklikləri yaxın keçmişdə nəzəri cəhətdən belə təsəvvür etmək mümkün deyildi.

Çin çətin dilemma qarşısındadır

Görünən odur ki, Çin Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı mövqeyini nəzərdən keçirməli olacaq, əks halda qlobal hadisələr Hindistan-Sakit okean regionuna keçə bilər və bu halda Pekin çox çətin vəziyyətlə üzləşə bilər. Belə bir ssenarinin inkişaf ehtimalını nəzərə alaraq, Pekin bu və ya digər şəkildə Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsinə və hərbi əməliyyatların Ukrayna ərazisinin dərinliyinə genişlənməsinin qarşısını almağa kömək edəcək addımlar atmalıdır. Buraya üçüncü ölkələr vasitəsilə maliyyə dəstəyi, Rusiya Federasiyası ilə əməkdaşlığın bəzi istiqamətlərinə yenidən baxılması, o cümlədən Rusiya hərbi sənaye kompleksi üçün həyati əhəmiyyət kəsb edən ikili təyinatlı malların ixracının dayandırılması daxil ola bilər ki, bu da nəticədə Rusiya ordusunu zəiflədəcək və Ukrayna ordusuna daha effektiv müdafiə olunmağa imkan verəcək. Başqa sözlə, üfüqdə Çinin Aİ ilə yaxınlaşması ehtimalı görünür. ABŞ-Rusiya yaxınlaşmasının nəticələrini nəzərə alan və öz maraqlarını əsas götürən Pekin siyasətini dəyişmək məcburiyyətində qalacaq.

Müəllif: İlham Sultanov

Mənbə: APA.az

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı