Dünya parçalanır və yeni nizam qurulur? - Azərbaycanın prosesdə aparıcı rolu

Analitika 14:52 09.04.2025

Donald Tramp prezident seçiləndən sonra ABŞ-nin hazırkı siyasətinin beynəlxalq müttəfiqlərlə münasibətlərinə təsiri müxtəlif sahələrdə özünü göstərməyə davam edir. Xüsusən də yeni tariflər və proteksionizm (idxal olunan mallara görə tariflər) ABŞ-nin müttəfiqləri (Kanada, Avropa İttifaqı, NATO, Yaponiya, Böyük Britaniya və s.) ilə ticarət münasibətlərində gərginlik yaradır. Müttəfiqlər bu addımları "ticarət müharibəsi"nin başlanğıcı kimi qəbul edir və əks addımlarla cavab verirlər. Bu da qarşılıqlı inamı zəiflədir.

ABŞ-nin müxtəlif bölgələrdə hərbi əməliyyatları bəzi müttəfiqlərini narahat edir. Çünki bu əməliyyatlar beynəlxalq hüquqa və BMT mexanizmlərinə əsaslanmadan həyata keçirilir. NATO daxilində də bəzi Avropa ölkələri ilə fikir ayrılığı artır. ABŞ-nin müstəqil qərarlar verməsi koalisiya əməkdaşlığını zəiflədir. Vaşinqtonun iqlim razılaşmalarına, BMT-yə və digər qlobal təşəbbüslərə qarşı skeptik yanaşması, beynəlxalq liderlik nüfuzunu da azaldır. Çünki müttəfiqlər ABŞ-ni daha çox "öz maraqlarını qoruyan" və "kooperasiyadan uzaqlaşan" tərəf kimi qiymətləndirirlər. Trampın və digər siyasətçilərin sərt ritorikası, diplomatik tondan uzaq çıxışları ABŞ-yə qarşı olan siyasi inamı zəiflədir. ABŞ-nin "ənənəvi lider" obrazı zədələnir və müttəfiqlər yeni güc mərkəzlərinə daha çox meyl edə bilərlər.

Əlaqələrin tam kəsilməsi ssenarisi

Reallıqda əlaqələrin tamamilə kəsilməsi nisbətən mümkün görünmür. ABŞ dünyanın ən böyük iqtisadi və hərbi güclərindən biridir. NATO, BMT, G7, Dünya Bankı kimi təşkilatlarda hələ də lider rolundadır. Müttəfiqlərin çoxu ABŞ-dən strateji asılılıqdadırlar (enerji, müdafiə, texnologiya, bazar girişləri). Yəni müttəfiqlər narazı ola bilər, amma tam qopma sadalanan faktlara görə çox nadir ehtimaldır.

ABŞ-nin təsir dairəsində qalmağa davam etmək

ABŞ iqtisadi və texnoloji baxımdan super gücdür. Ticarət, müdafiə müqavilələri və təhlükəsizlik zəmanətləri bir çox ölkəni və ittifaqı bu baxımdan ABŞ-nin orbitində qalmağa məcbur edir. Həmin müttəfiqlərin Vaşinqtondan uzaqlaşması onları təhlükəsizlik boşluğuna sala bilər.

Çoxqütblü dünyaya keçid

Bu, getdikcə güclənən və ən optimal bir ehtimaldır. Bəzi təşkilat və ölkələrin müstəqil siyasət yürütməsi, hətta bəzi proseslərdə artıq söz sahib olması faktdır. Yəni bəzi müttəfiqlər nə tam qopacaq, nə də tam tabe olacaq - öz maraqları çərçivəsində balanslı münasibətlər quracaqlar. Yəni əlaqələrin tam kəsilməsi real deyil, amma şərtsiz tabeçilik dövrü də bitmək üzrədir. Dünya daha çox çoxqütblü, praqmatik və daha az asılı münasibətlərin qurulduğu bir fazaya keçir.

Azərbaycanın rolu

Dünyada gərginliyin artdığı bir dönəmdə Azərbaycanın sabitlik nümunəsi olması aparılan siyasətin nəticəsidir. Bakı artıq beynəlxalq səhnədə təşəbbüskar bir dövlət kimi çıxış edir. Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibəsində yeni dünya nizamında Cənubi Qafqazın yeri və Azərbaycanın rolu barədə təhlili bu mənada çox diqqətəlayiqdir. Dövlət başçısı bildirdi ki, əslində, biz bu prosesin fəal iştirakçısı olmalıyıq:

"Biz, sadəcə olaraq, burada yeni nizamın necə olacağını gözləməməliyik. Biz öz işimizi görməliyik və gündəliyimizi bundan sonra da tətbiq etməliyik. Çünki Cənubi Qafqaz bizim regionumuzdur və Azərbaycan bu bölgənin aparıcı ölkəsi kimi, əlbəttə ki, məsuliyyət nöqteyi-nəzərindən də xüsusi çəkiyə malikdir. Ona görə yeni nizamı biz ədalətli nizam kimi görürük.

Əgər bunu bir sözlə ifadə etmək mümkündürsə, bu, ədalətli olmalıdır və əslində, Azərbaycanın uzun illər apardığı siyasətə də uyğundur. Biz indi belə görürük, yəni suverenlik, müstəqillik, bir-birinin işlərinə qarışmamaq, müxtəlif bəhanələrlə ölkələrin daxili vəziyyətini gərginləşdirməmək.

Bütün bunlar bizim, əslində, xarici siyasət xəttimizdir. Azərbaycan uzun illər bu siyasəti aparır. Biz heç kimin işinə qarışmırıq, öz işimizlə məşğuluq. Kim bizə müraciət edir, çalışırıq ki, o müraciətləri cavabsız qoymayaq. Öz siyasətimizlə, sərmayə qoyuluşumuzla Cənubi Qafqazda faktiki olaraq, yeni nəqliyyat və energetika xəritəsini yaratmışıq. Bir tərəfimiz Xəzər üzərindən Orta Asiyaya uzanır, bir tərəfimiz Avropaya və bu böyük coğrafiyada Azərbaycan faktiki olaraq əvəzolunmaz ölkəyə çevrilir. Sadəcə olaraq, xəritəyə baxmaq kifayətdir, hər kəs görsün ki, Orta Asiya və Qərb dünyası ilə birləşmək, bağlantılar yaratmaq istəyən Azərbaycandan yan keçə bilməz. Yəni, bunu bizsiz edə bilməzlər və müasir infrastruktur, sabitlik, düşünülmüş siyasət və dünyaya açıqlıq.

Yəni, biz yeni dünya nizamına öz töhfəmizi əməllərimizlə veririk, çünki bəzən bu, bir qədər diqqətdən kənarda qalır. Amma mən bilirəm ki, Azərbaycanın son illərdəki addımları çox ciddi təhlil edilir, çox ciddi. Çünki dünya tarixində öz ərazi bütövlüyünü öz gücü ilə bərpa edən ikinci ölkə olmayıb, hər halda, yaxın və orta keçmişə nəzər salsaq.

Bunu biz etmişik, bütün təzyiqlərə, təhdidlərə və təhlükələrə rəğmən. Müstəqil siyasət aparmaq iqtidarında olan ölkələrin sayı da o qədər də çox deyil. Baxın, indi yenə də Kanadaya qayıdırıq. Trampın bir sözü ilə Kanadanın Baş naziri istefaya getdi. Axı, Kanada Azərbaycandan 10 dəfə çox neft hasil edir - 300 milyon ton və əhalisi də cəmi 40 milyondur. Yəni 300 milyon ton, əgər başqa iqtisadiyyat olmasa belə, 40 milyonu 300 milyon tonla yola vermək olmaz?

Görün, bunların iqtisadiyyatı nə qədər bərbad vəziyyətdədir ki, Amerika əgər onlara əlavə rüsum tətbiq etsə, bunun iqtisadiyyatı çökəcək və cənab Tramp deyəndə ki, Kanada 51-ci ştat olmalıdır və cənab Trüdo qubernator olmalıdır, bu, əlbəttə trollinq kimi sayıla bilər. Amma, əslində, bu sözlərdə bəlkə də məntiq var. Yəni, mən nəyi deyirəm, baxın Avropa ölkələrinə, onlar güc mərkəzlərindən nə qədər asılıdır və bəzən başqa faktorlardan. Ona görə müstəqil siyasət aparmaq iqtidarında olan ölkələr çox deyil. Ona görə bizim bu sahədəki siyasətimiz haqlı olaraq bizə rəğbəti daha da artırır və mən əminəm ki, yeni dünya nizamı tam formalaşma prosesinə düşəndə, o cümlədən Azərbaycanın mövqeyi də nəzərə alınacaq, ən azı Cənubi Qafqazda və Xəzər hövzəsində və biz buna hazır olmalıyıq".

Müəllif: Mərahim Nəsib

Mənbə: Oxu.az

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Livan İsraillə sərhəddəki qoşunlarını artırır
03:54 06.07.2025
İsrailin Müdafiə Ordusu Yəməndən atılan raketi zərərsizləşdirib
03:22 06.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 50-yə çatıb
02:50 06.07.2025
İlon Mask siyasi partiya yaradır
02:18 06.07.2025
Makron hökuməti defoltla üzləşə bilər
01:46 06.07.2025
Qızıl bahalaşır?
01:13 06.07.2025
İndoneziyada zəlzələ baş verib
00:43 06.07.2025
Kürdəmirdə qatar 44 yaşlı kişini vurub
00:12 06.07.2025
Alimlər süni insan hüceyrələri yaradırlar
23:48 05.07.2025
BMT baş katibi Rusiyanın Ukraynaya zərbələrini pisləyib
23:12 05.07.2025
İranın sənaye sektoru İsraillə münaqişədə ciddi zərər çəkib
22:38 05.07.2025
Britaniya Suriya ilə diplomatik münasibətləri bərpa edir
22:08 05.07.2025
Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Hamısı