Kolonializmin Süqutu Dünyaya Nə Vəd Edir? II Hissə: Çinin Afrika Siyasəti

Analitika 13:25 23.04.2025

Aytac.jpg

Müəllif: Aytac Kərimova

Neokolonializm- kolonializmin birbaşa işğallarından və fiziki ərazi kontrolundan sonra, inkişaf etmiş ölkələrin daha incə və sistematik yollarla zəif ölkələri öz təsiri altında saxlamağa çalışdıqları yeni bir formadır. Bu, iqtisadi, siyasi və mədəni alətlər vasitəsilə həyata keçirilən müasir imperializmin bir növüdür. Neokolonializmin ən aktual nümunələrindən biri, Çinin Afrika qitəsindəki sürətlə artan iqtisadi təsiridir. 

Çin, 21-ci əsrin əvvəllərindən etibarən Afrika qitəsindəki iqtisadi fəaliyyətini sürətlə artırmağa başlayıb. Çin, Afrikadakı təbii sərvətləri istismar etməklə yanaşı, infrastruktur layihələri həyata keçirərək həm də Afrika ölkələrinə maliyyə yardımını artırmışdır. Çin hökuməti, Afrikadakı 54 ölkə ilə siyasi və iqtisadi əlaqələrini genişləndirərək, qitənin ən böyük ticarət tərəfdaşlarından birinə çevrilib. Əslində, bu əlaqələr son illərdə neokolonializmin ən aydın nümunəsi kimi çıxış edir. Çin, Afrikada hər il milyonlarla dollar dəyərində infrastruktur layihələri həyata keçirir, ancaq bu layihələr eyni zamanda Afrikadakı dövlətlərin, xüsusən də iqtisadi cəhətdən zəif ölkələrin borc yükünü artırır.

Bu iqtisadi əlaqələr arasında xüsusilə Çinin həyata keçirdiyi infrastruktur layihələri, bu ölkələrin müstəqil inkişaf etmələrinə mane olur. Çinin Afrika ölkələrindəki ticarətinin əsasını təşkil edən sahələr, neft və qaz kimi təbii sərvətlərin əldə edilməsi, infrastruktur qurulması (yol, dəmir yolu, hava limanları) və sənaye avadanlıqları ilə bağlıdır. Lakin bu layihələr, Afrika ölkələrinin uzunmüddətli iqtisadi müstəqilliklərini təmin etmək əvəzinə, onları daha da borca batırır və bu ölkələri Çin şirkətlərinin iqtisadi təsiri altına alır.

Çin  Afrika ölkələrinə borc verərək, bu ölkələrin iqtisadiyyatlarını nəzarət altına alır. Bu borcların çoxu yüksək faizlərlə verilir və adətən bu borclar müqabilində Çin şirkətləri, Afrikada iri infrastruktur layihələrini həyata keçirmək və yerli resursları istismar etmək hüququ əldə edirlər. Bu borc əlaqələri Afrika ölkələrini borc bataqlığına salır və Çin, bu ölkələrin iqtisadiyyatlarını öz maraqları üçün manipulyasiya etmək imkanı əldə edir. Çin borcların ödənilməsi müqabilində Afrikanın təbii sərvətlərini, xüsusilə neft və mineralları nəzarətində saxlamağa başlayır.

Məsələn, Keniya və Zambiya kimi ölkələr, Çinin verdiyi böyük borcları ödəməkdə çətinlik çəkirlər. Bu vəziyyət, onlara daha çox borc vermək və bu borcu ödəyə bilmədikdə isə Çinin öz maraqlarını qorumaq məqsədilə bu ölkələr üzərində iqtisadi nəzarəti artırmağa imkan verir. Bu vəziyyət “borc əsirliyi”  adlandırılır və bu vəziyyət Afrikanın daha da iqtisadi asılı vəziyyətə düşməsinə səbəb olur.

africa-debt1.jpg

Çinin Afrikadakı təsiri, sadəcə iqtisadi deyil, həm də siyasi və sosial strukturlarda da özünü göstərir. Çin, Afrikada müxtəlif infrastruktur layihələrinə böyük sərmayələr yatıraraq, qitənin inkişafına töhfə verdiyini iddia edir. Amma bu infrastruktur layihələri əslində Çinin iqtisadi və siyasi təsirini artırmaq üçün alətə çevrilir. Çinin Afrika ölkələrində həyata keçirdiyi infrastruktur layihələri, ilk növbədə həmin ölkələrin müstəqil inkişaf etmələrinin qarşısını alır.

Çin, Afrika ölkələrində limanlar, dəmir yolları, hava limanları və elektrik stansiyalarının tikintisinə sərmayə qoyur. Bu layihələr, yerli əhali üçün iş yerləri yaradır, amma eyni zamanda, bu layihələri Çin şirkətləri idarə edir deyə layihələrin gəlirini öz ölkəsinə yönəldir. Bu vəziyyət, Afrikanın təkcə iqtisadi asılılığını deyil, həm də Çin mədəniyyəti və idarəetmə üsullarına uyğunlaşmasını təmin edir. Beləliklə, Çin, Afrikadakı bu layihələrlə bir tərəfdən iqtisadi nəzarətini gücləndirir, digər tərəfdən isə bu ölkələrin siyasi müstəqilliklərini zəiflədir.

Çin Afrika ölkələrinə təbii sərvətlərin istismarı və resursların çıxarılması sahəsində də mühüm təsir göstərir. Çinin inkişafı, əsasən, yüksək tələbatla olan xammal və təbii resurslardan, o cümlədən neft, qızıl, kobaltdan və digər qiymətli minerallardan asılıdır. Afrikada bu resursların istismarı, təkcə fiziki sərvətlərin Çinə daşınması ilə bitmir; bu, həm də Afrikanın müstəqil iqtisadiyyatının formalaşmasını əngəlləyir.

Məsələn, Afrika ölkələri təbii sərvətlərini çox zaman Çin şirkətlərinin təqdim etdiyi şərtlərlə satmağa məcbur olurlar. Bu, Afrikanın resursları üzərində tam nəzarəti əlində saxlamağa imkan vermir və əksər hallarda bu resurslar, yerli iqtisadiyyatın inkişafına yönəlmək əvəzinə, Çin iqtisadiyyatına xidmət edir. Bu, həm də Afrikanın uzunmüddətli iqtisadi inkişafına mənfi təsir göstərir. Çinin Afrikadakı iqtisadi təsiri, əvvəlki müstəmləkəçilik dövrünün bir çox aspektlərini təkrarlayır, yalnız bu dəfə işğal və idarəetmə daha qeyri-müəyyən və sərbəst formalarla həyata keçirilir.

Çinin Afrikadakı artan təsiri təkcə iqtisadi və sosial sahələrdə deyil, həm də geosiyasi baxımdan böyük təsir göstərir. Çinin Afrikadakı infrastruktur layihələrini, ticarət əlaqələrini və maliyyə investisiyalarını artırması, onu qitənin ən mühüm strateji oyunçularından birinə çevirir. Çinin iqtisadi nüfuzu Afrika ölkələrinin beynəlxalq aləmdəki mövqeyinə də təsir edir. Çin, öz iqtisadi əlaqələrini və sərmayələrini artırmaqla Afrika ölkələrini ABŞ və Avropaya qarşı öz tərəfinə çəkməyə çalışır. Bu, geosiyasi arenada yeni güc mərkəzinin yaranmasına səbəb olur.

Bu geosiyasi dəyişikliklər Çin və digər inkişaf etmiş ölkələr arasında güc mübarizələrinin aparılmasına gətirib çıxarır. Çinin Afrikadakı təsiri, onu yalnız iqtisadi, sosial və mədəni baxımdan deyil, həm də siyasi və diplomatik müstəvidə güclü  tərəfdaşa çevirir. Bu, eyni zamanda, Çin və qərb dövlətləri arasında Afrikadakı nüfuz mübarizəsinin artmasına səbəb olur.

Çinin Afrikadakı iqtisadi təsiri, həm inkişaf etməkdə olan ölkələr, həm də beynəlxalq aləm üçün yeni bir mərhələnin başlanğıcıdır. Çinin borc əsirliyi, infrastruktur layihələri və resurs istismarı ilə həyata keçirdiyi siyasət, Afrika ölkələrini yeni bir müstəmləkəçilik forması ilə qarşı-qarşıya qoyur. Neokolonializmin yeni formalarından biri olan bu iqtisadi müdaxilələr, Afrika ölkələrini nəinki iqtisadi baxımdan asılı vəziyyətə salır, həm də onların müstəqil inkişaf etmələrinin qarşısını alır. Bu, Afrika qitəsinin öz təbii sərvətlərindən istifadə edərək iqtisadi müstəqilliyini bərpa etməsi yolunda qarşısına çıxan ən böyük əngəldir.

Çinin Afrikadakı iqtisadi təsiri, həm qlobal siyasət, həm də Afrika ölkələrinin gələcək inkişafı üçün ciddi təhlil mövzusudur. Bu, yalnız Afrikanın deyil, bütün dünyanın iqtisadi və geosiyasi dinamikalarını təyin edəcək prosesdir.

Ardı var...

Tatların yaşadığı kənddə nələr gizlədilib?

Xəbər xətti

NATO sammiti Ukraynanın vəziyyətini yaxşılaşdırmayacaq
08:35 26.06.2025
Niderland kraliçası Trampı yamsıladı
08:12 26.06.2025
İŞİD lideri Livanda tutuldu
07:38 26.06.2025
"CNN-nin jurnalistini "iti qovan kimi" qovmaq lazımdır"
07:26 26.06.2025
Yerin fırlanma sürəti artır
06:54 26.06.2025
Qitələrdən biri parçalana bilər
06:31 26.06.2025
Xırçıldayan qidalarla arıqlama arasında əlaqə müəyyən edilib
05:56 26.06.2025
Azərbaycanda Məhərrəm ayı başladı
05:29 26.06.2025
Tehranı tərk edənlər geri dönür
04:51 26.06.2025
Dördüncü ixtisar dalğası: "Microsoft"un oyun bölməsində nə baş verir
04:36 26.06.2025
İsrailin hərbi elita mərkəzləri dağılıb
04:21 26.06.2025
Tatların yaşadığı kənddə nələr gizlədilib?
04:06 26.06.2025
"İranın nüvə silahı yoxdur"
03:50 26.06.2025
Terror aktları həyata keçirməkdə ittiham edilən arxiyepiskop həbs edilib
03:35 26.06.2025
Yenotlar almanların həyatını kabusa çevirib
03:20 26.06.2025
Ukrayna və Avropa Şurası Putin üçün xüsusi tribunal yaradacaqlar
03:05 26.06.2025
MKİ İranın nüvə obyektlərinin son vəziyyətini şərh edib
02:49 26.06.2025
Avstraliya Rusiyadakı jurnalistlərə sanksiyalar tətbiq edib
02:35 26.06.2025
Braziliya lideri Trampa internetdə daha az vaxt keçirməyi tövsiyə etdi
02:20 26.06.2025
Futbol hakimi oyun zamanı həbs edildi
02:05 26.06.2025
Serbiyada çevriliş cəhdinin qarşısı alınıb
01:50 26.06.2025
"S-400 məsələsi artıq bağlanıb"
01:35 26.06.2025
“Qiyamət saatı” yaxınlaşır
01:20 26.06.2025
"Yenidən silahlanmaya üz tuturuq, çünki sərhədlərimizdə düşmən var"
01:05 26.06.2025
Zelenski geyim tərzini niyə dəyişib?
00:47 26.06.2025
Dövlət Komitəsinin sədri Almaniya Bundestaqında görüş keçirib
00:32 26.06.2025
Tufan Parisdə həyatı iflic etdi - Milli Assambleyanın iclası yarımçıq qaldı
00:16 26.06.2025
Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi
00:02 26.06.2025
26 İyun-Silahlı Qüvvələr Günüdür
00:01 26.06.2025
"Rusiya öz əsgərlərinin cəsədlərini bizə verib"
23:59 25.06.2025
Yarasaya bağlı daha bir virus aşkarlandı
23:46 25.06.2025
"Sancı hiss etmədən də infarkt keçirmək olur"
23:31 25.06.2025
Bəzi müəllimlərin nəticəsi ləğv ediləcək
23:17 25.06.2025
Baş nazir liderlər sammitinə idman ayaqqabısı ilə qatıldı
23:02 25.06.2025
Ter-Petrosyan II Qareginlə birləşdi
22:47 25.06.2025
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə abidə qoyulub
22:32 25.06.2025
Qan ağlayan Məryəm Ana heykəli saxta çıxdı
22:17 25.06.2025
“Qızlarınıza bədəni ilə yox, ağılları ilə var olmağı öyrədin” Təhsildən yayınma və erkən nikahlar
22:02 25.06.2025
Yer kürəsində həyat spirtdən yaranıb?
21:47 25.06.2025
Tovuzda qidadan zəhərlənənlərin sayı 28-ə çatıb
21:31 25.06.2025
Hamısı