İran İslam İnqilabı Yaxın Şərqi necə dəyişdi ? II Hissə: Şiəlik və Sünnilik Arasındakı Fərqlər və Tarixi Kontekst

Analitika 13:22 25.04.2025

Müəllif: Fatimə Mərdanlı

İran İslam İnqilabından sonra Yaxın Şərqə yeni  dini və ideoloji faza daxil oldu. Bu dövr, yalnız İslamın içindəki dərin struktural dəyişikliklər və yeni siyasi formalaşmalarla əlaqəli deyildi; İran İslam İnqilabı həm də Şiəlik və Sünnilik arasındakı münasibətləri daha da mürəkkəbləşdirən bir dönəmə çevrildi. Bu tarixi fenomen  ilə ortaya çıxan yeni siyasi model, bölgədəki sünni əksəriyyətli dövlətlər üçün təhdid kimi qəbul edildi. Xomeyninin rəhbərliyi altında qurulan İslam Respublikası, yalnız İranın daxilindəki siyasi quruluşu dəyişdirməklə kifayətlənmədi, həm də regionda uzunmüddətli dini və ideoloji təsirlər yaratdı. Bu təsirlər, Şiəlik və Sünnilik arasındakı artıq mövcud olan gərginliyi daha da artdıraraq, Yaxın Şərqdəki münaqişələrinə yeni bir dini çalar qatdı.

İslam dünyasında Şiəlik və Sünnilik arasındakı fərqlər əsrlər boyu var idi, amma İran İslam İnqilabından sonra bu fərqlər daha da kəskinləşdi və regionda yeni bir mübarizə arenası yaradıldı. Bu yeni mübarizə yalnız dini məsələlərlə məhdudlaşmır, həm də böyük siyasi, iqtisadi və sosial dəyişikliklərin bir hissəsi olaraq ortaya çıxır. İslam dünyasında bu iki məzhəb arasındakı əlaqələr, yalnız dini inanc və təfəkkürdəki fərqlərlə deyil, həm də regional hegemonluq uğrunda mübarizə ilə əlaqədar olan güc oyunları ilə formalaşdı.

Şiəlik və Sünnilik Arasındakı Fərqlər və Tarixi Kontekst

Şiəlik və Sünnilik arasındakı fərqlər, İslamın ilk illərinə dayanır. Bu fərq, əslində, Peyğəmbər Məhəmmədin vəfatından sonra kimin rəhbərliyi almalı olduğu məsələsi ilə əlaqəlidir. Sünni müsəlmanlar, peyğəmbərin varisi olaraq seçilən ilk dörd xəlifəyə (Rəşidun Xəlifələri) inandılar, Şiələr isə Peyğəmbərin qohumu və kürəkəni olan Əli ibn Əbu Talibin Allah tərəfindən təyin edilmiş varis olduğunu müdafiə edirlər. Bu əsas fərq, dini təfsir və liderlik anlayışlarında ciddi bir uçuruma səbəb olmuşdur.

Bu tarixi bölünmə, zamanla dini  mübahisədən çox sosial, siyasi və iqtisadi mübarizələrə çevrildi. Sünni və Şiə arasında olan fərqlər, bir tərəfdən dini təfsir və ibadətləri əhatə edərkən, digər tərəfdən bu təfəkkürlərdən əmələ gələn güc mübarizələri, Yaxın Şərqdəki dövlətlərin və cəmiyyətlərin formalaşmasına təsir etdi. İslam dünyasında müxtəlif ölkələrin hökumətləri, bu fərqlərdən faydalanaraq öz siyasi mövqelərini gücləndirməyə çalışdılar.

İran İslam İnqilabı Şiəlik ideologiyasını yalnız İran sərhədləri ilə məhdudlaşmayan  gücə çevirdi  Xomeyninin rəhbərliyi altında, İran, öz ideologiyasını və Şiə inancını genişləndirmək və Yaxın Şərqdəki digər Şiə əhalisinin dəstəyini qazanmaq üçün məqsədyönlü siyasi xətt izləyərək, "İslam İnqilabını ixrac etmə" hədəfi qoydu. Bu hədəf, təkcə İranın daxili siyasətini yox, həm də Yaxın Şərqdəki digər ölkələrin daxili vəziyyətlərinə təsir etdi. İranın bu fəallığı, Səudiyyə Ərəbistanı və digər sünni ölkələri üçün ciddi narahatlığa səbəb oldu. Bu ölkələr İranın güclənməsinin Şiəlik üzərində qurulmuş  yeni hegemonluğa doğru irəlilədiyini gördülər və buna qarşı bir neçə müxtəlif strategiya tətbiq etməyə başladılar.

İranın Şiə təfəkkürünü regiona yaymaq cəhdləri, onun Suriya, Livan və İraq kimi ölkələrdəki siyasi və hərbi müdaxilələri ilə reallaşdı. Suriyada, xüsusən də Baas rejimi ilə əlaqələri olan Hizbullah, İraqın Şiə quruluşları və digər Şiə təşkilatları ilə əlaqələr qurularaq, İranın regional hegemonluğunu daha da gücləndirdi. İranın, bu müttəfiqləri ilə formalaşdırdığı əlaqələr, Yaxın Şərqdəki güc mübarizələrinin yeni bir dinamikasını yaratdı və sünni dövlətlər üçün ciddi  təhdid meydana gətirdi.

Sünni Dünyası və Səudiyyə Ərəbistanının Cavabı

İranın Şiəlik üzərində qurulmuş hegemonluq cəhdi, xüsusən də Səudiyyə Ərəbistanı və digər sünni dominant ölkələr üçün böyük narahatlıq yaratdı. Səudiyyə Ərəbistanı, İranın güclənməsini və onun Şiə ideologiyasının yayılmasını, öz siyasi mövqeyinə bir təhdid kimi gördü. Sünni ölkələr, İranın bu strateji addımlarına qarşılıq olaraq, öz təsir dairələrini qorumaq və Şiəliklə bağlı dini və siyasi nüfuzlarını genişləndirmək üçün müxtəlif tədbirlər gördülər.

Səudiyyə Ərəbistanı, həm regional, həm də beynəlxalq səviyyədə İranın artan təsirini azaltmaq məqsədilə müxtəlif hərbi və diplomatik strategiyalar tətbiq etdi. 1980-ci illərdə İraqın İranla apardığı müharibəyə dəstəyi, Səudiyyə Ərəbistanının Şiə İranın əksinə olaraq, Sünni İraqı dəstəkləməsi ilə nəticələndi. Bu müharibə, yalnız İran və İraq arasında deyil, eyni zamanda regionda Şiə-Sünni qarşıdurmasını daha da gücləndirdi. Bundan əlavə, Səudiyyə Ərəbistanı, İranın təsirini azaltmaq və Şiəlik üzərindəki ideoloji gücü zəiflətmək üçün, Sünni dünyasında daha çox diplomatik əlaqələr qurmağa, iqtisadi və hərbi dəstəklə öz mövqeyini qorumağa çalışdı.

Yaxın Şərqdəki Dini Münaqişələr və Gələcək Perspektivlər

Şiəlik və Sünnilik arasındakı gərginlik, yalnız dini mübahisələrlə məhdudlaşmır. Bu, həm də siyasi və iqtisadi qarşıdurmaların  təzahürüdür. İranın Şiə ideologiyasını genişləndirməsi və onun bu ideologiyanı yalnız öz sərhədləri daxilində tətbiq etməyərək, bütün Yaxın Şərqdə təsir gücünü artırması, sünni ölkələr tərəfindən bir növ “dini mübarizə” kimi qarşılandı. Bu mübarizə, Yaxın Şərqdəki müxtəlif dini və siyasi strukturlarda ciddi təsirlər yaratmağa davam edir. Şiə və sünni icması arasındakı  gərginliklər zamanla bölgədəki daha geniş münaqişələrin və hərbi qarşıdurmaların təməlini atmışdır.

Bu dini qarşıdurma, yalnız Yaxın Şərqdə deyil, dünya miqyasında da diqqət mərkəzinə çevrilmişdir. İranın Şiəlik üzərində qurulmuş hegemonluğu, İslam dünyasında yalnız dini, sosial və siyasi təsirlərlə deyil, həm də beynəlxalq güc mübarizəsi ilə əlaqələndirilir. Bu dinamikalar, Yaxın Şərqin siyasi və hərbi gələcəyini müəyyən etməyə davam edəcək və regionun gələcəkdəki istiqamətini formalaşdıracaq.

İran İslam İnqilabının gətirdiyi Şiə-Sünni qarşıdurması, Yaxın Şərqdəki dini və ideoloji mübarizələrin yeni formasını ortaya qoymuşdur. Bu mübarizə yalnız dini inançlardan ibarət deyil, həm də güc mübarizəsi, hegemonluq və siyasi təsir sahələrindəki qarşıdurmalarla əlaqədardır. Şiəlik və Sünnilik arasındakı bu gərginlik, bölgədəki güc balansının təkrar formalaşmasına səbəb olmuş və Yaxın Şərqin gələcəyini müəyyən edən ən mühüm amillərdən biri olmuşdur.

Ardı var...

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Makron Starmerdən Fələstini tanımağını istəyir
12:13 05.07.2025
Rusiya aeroportunda 40-dan çox aviareys gecikdirilib
12:08 05.07.2025
Hamısı