Amerikalı siyasətçi, Arizona ştatından Senatın üzvü, Respublikaçılar partiyasının təmsilçisi Don Şuter Bakı Beynəlxalq Humanitar forumu zamanı “Eurasia Diary”nin ABŞ-ın siyasəti haqqında suallarına cavab verib.
Arizona Senatının üzvü kimi düşünürəm ki, Amerikanın dünyanı idarə etməsində müəyyən boşluqlar yaranıb. Bunun nəticəsi kimi Orta Şərqdəki vəziyyəti, Avropa və Amerikada olan problemləri, qeyri-stabilliyi görə bilirik. Mən ümid edirəm ki, ABŞ yenidən dünya səhnəsində lider kimi öz mövqeyini yeniləməyi bacaracaq. Bu günki konfransın da hədəfində dünyada baş verən problemləri yoluna qoymaq durur.
Azərbaycan xalqı Yaxın Şərqdə mühüm rol oynayır. Ölkə sürətlə inkişaf edir və mən düşünürəm ki, bu çox yaxşıdır. Azərbaycanın vahid konsepsiyası var. Minilliklər ərzində ölkə İpək Yolunun üzərində yerləşir və Azərbaycan Çindən tutmuş Yaxın Şərqə qədər, Avropaya qədər olan mədəniyyəti anlayır. Burada müxtəlif mədəniyyətlər toqquşur. Azərbaycan mədəniyyətlərarası körpü yarada bilər. Bir-birimizə nə qədər çox yaxınlaşsaq, düşmən olmaq bir o qədər çətin olar.
Mən ümid edirəm ki, ABŞ dünyada öz liderliyini sülh yolu ilə qoruyacaq. Amerikanın keçmiş prezidenti Ronald Reyqan deyirdi: ”Dünya güclülərin tərəfindədir. Heç kəs müharibəni başlamır, çünki güclüdürlər”-deyə siyasətçi bildirib.
Müsahibə: Ayaz Mirzəyev
Tərcümə: Vüsalə Əlövsətqızı