ATƏT-in Cənubi Qafqaz ölkələrindəki nümayəndəliklərinə verilən qiymət hansı meyarlara əsaslanır

Analitika 20:33 05.10.2016
Məlum olduğu kimi, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı 1975-ci ildə müşavirə adı ilə yaranmışdır. Təşkilatın əsas məqsədi Avropa qitəsində təhlükəsizlik və əməkdaşlıq problemlərin həlli istiqamətində çalışmaq olmuşdur. Yəni əsas fəaliyyət meydanı Avropadır. Sonradan bir neçə Asiya ölkəsi də daxil edilmişdir. Lakin yarandığı ilk gündən Avropada yerləşməyən iki dövlət – ABŞ və Kanada da burda təmsil olunur. Təşkilatın fəaliyyətini izləyərkən onun iş mexanizmi ilə bağlı maraqlı bir cəhət diqqəti cəlb edir. Belə ki, bu qurumun prioritet elan etdiyi demokratiya, insan hüquqları, seçki şəffaflığı ilə bağlı məsələlərdə tətbiq olunan tələblər yalnız Avrasiya ölkələrinə şamil olunur. Təsadüfi deyil ki, bu məkanda bütün səviyyələrdə keçirilən səsvermələrdə əsas yoxlayıcı rolunda olan ATƏT-in müşahidə missiyalarını ABŞ-da qanunvericilik əsasında seçki məntəqələrinin həndəvərinə belə buraxmırlar. Yaxud ATƏT-in illik hesabatlarında heç zaman okeanın o tayındakı ölkələrdə insan haqları, vətəndaş cəmiyyəti ilə bağlı problemlərin əks olunmasının şahidi olmaq mümkün deyil.
 
Sovetlər İttifaqı dağıldıqdan sonra müstəqillik qazanan Cənub Qafqazın hər 3 dövləti də ilk illərdən ATƏT-lə sıx əməkdaşlıq edir. Lakin bu əməkdaşlığın fərqli tarixçələri vardır. ATƏT-in bu 3 ölkədə ofisinin fəaliyyətinə ilk xitam verilən yer Gürcüstan olmuşdur. Belə ki, 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında münasibətlərin kəskinləşməsindən sonra ATƏT burda təhlükəsizlik və sülhyaratma ilə bağlı razılıq əldə edilə bilmədiyindən Tbilisidəki ofis fəaliyyətini dayandırdı.
 
2015-ci ilin iyulundan etibarən ATƏT-in Bakıdakı ofisinin bağlanmasının əsl səbəblərini isə cari ilin sentyabr ayında Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətini qəbul edərkən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev səsləndirdi. Görüşdə cənab Prezident bildirdi ki: "ATƏT ofisinin yerli nümayəndəsi Azərbaycan əsilli Fransa vətəndaşı, Fransanın Xarici İşlər Nazirliyində çalışan yeganə azərbaycanlı idi. O, çox məşhur bir ailənin nümayəndəsidir. Onun mənsub olduğu nəslin nümayəndələri 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Demokratik Respublikasının yaradıcılarından olub. Bu şəxs Azərbaycanda cəmi bir il fəaliyyət göstərəndən sonra iş otağında mənimlə fotosu olduğuna görə onu daimi komitənin iclasında günahlandıran ABŞ-ın ATƏT-dəki səfiri Bayerin ciddi müdaxiləsi nəticəsində işdən azad olunub''.
 
ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi Daniel Bayer isə bu arqumentlər qarşısında özünü gülünc vəziyyətə qoydu. Belə ki, o bu günlərdə verdiyi müsahibədə ikili standartlarını bir daha ortaya qoydu. Birincisi, D.Bayer ATƏT-in Bakı ofisinin keçmiş rəhbəri Aleks Şahtaxtinskini nəzərdə tutaraq bildirib ki, "ATƏT-in bir çox sahə üzrə qiymətləndirmə missiyalarına yalnız hökumət liderləri ilə deyil, həmçinin vətəndaş cəmiyyəti ilə əlaqələrinə görə qiymət verirlər”. Onun konkret faktlara əsaslanmayan bu arqumentinə bir müqayisə gətirmək istərdik. ATƏT-in Bakıdakı ofisinin rəhbəri etnik azərbaycanlı Aleks Şahtaxtinsi olmuşdur və öz fəaliyyəti ərzində Azərbaycan cəmiyyətinin bütün dairələri ilə birgə tədbirlərlə yadda qalmışdır. Lakin, heç bir əsas olmadan və ya mandatına uyğun olmayan məsələlərdə müəyyən dairələrin siyasi sifarişləri yerinə yetirməmişdir. Arqument budursa, təşkilatın əsaslandığı ədalətli yanaşma hardadır.
 
İndi isə ATƏT-in İrəvandakı ofisinə baxaq. Burda rəhbər etnik cəhətdən erməni olan Argo Avakovdur. 2016-cı ilin martından fəaliyyətə başlayan A.Avakovun görüşlərinə baxsaq əksəri dövlət rəsmilərilədir. Həmin vaxtdan indiyədək Ermənistanda insan haqları, ifadə azadlığı ilə bağlı bir kəlmə də işlətməyib. Əksinə yayda İrəvanda polis məntəqəsinin tutulması ilə bağlı hadisələrdə polisin professional davranışını və qanun çərçivəsində fəaliyyətini tərifləyib. Bəs görəsən nə əcəb D.Bayer bunlara diqqət etməyib.
 
İkincisi, D.Bayer müsahibədə bildirir ki, "Bilirəm ki, Azərbaycanda insanlar bəzən elə düşünürlər ki, biz səhərimizi Azərbaycanı necə tənqid etmək barədə fikirlərlə açırıq və hər gecə bunun haqqında fikirləşərək yuxuya gedirik. Ancaq bu, belə deyil”. Kimi aldatmaq istəyirsiniz? Təkcə Bayerin tvitter səhifəsinə baxmaq kifayətdir ki, məsələnin əsl mahiyyəti görünsün. Onun tvitter hesabında hər ay ən az 15-20 şərh Azərbaycanla bağlı tənqidlərə, bəzi dostları ilə səmimi qucaqlaşmalara həsr olunub. Onu səhərdən-axşama qədər Azərbaycandan çox fikirləşdirən ölkələr arasında yalnız Rusiya bizi üstələyir. ATƏT-in digər 55 üzvü ilə bağlı Bayerin orta aylıq tvit statistikası yalanlarının üstünü açır. Bundan başqa digər ölkələrin balaca uğurları ilə bağlı sevinc dolu şərhləriniz olduğu halda, Azərbaycanla bağlı ancaq tənqidlərə rast gəlirik. Ancaq bizim nailiyyətlərimiz və uğurlarımız kifayət qədər çoxdur. Azərbaycanın torpaqlarının işğal altında qalması da hamının bildiyi və ATƏT-də sənədlərlə təsdiq olunan faktdır. Qalır yalnız ədalətli yanaşma.
 
Üçüncüsü isə D.Bayer Azərbaycanla ABŞ arasında münasibətlərin qurulmasında  hansısa məsələlərə toxunur. Bu ilk növbədə onun mandatına uyğun deyil. Eyni zamanda ABŞ-Azərbaycan münasibətləri daim hərtərəfli və davamlı inkişafdadır. Hər iki tərəfdən bununla bağlı kifayət qədər uğurlu addımlar atılır. Bayer kimi diplomatlar isə bu cür fundamental münasibətlərə təsir etmək iqtidarında deyillər. Bayer ölkəsinin münasibətini zaman-zaman təmsil etdiyi cinsi azlıqların mövqeyi ilə səhv salır. Təsadüfi deyil ki, onun ATƏT-də əsas dostları olan səfirlər də "mavilər klubu''nun üzvləridir. Dövlət maraqları isə heç vaxt belə cılız yanaşmalara əsaslanmır.
 
                                                                                                                                                                                                                                                                                                                                          Newtimes.az 

Ərəstü Həbibbəyli,

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdir müavini
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
23:58 18.05.2024
Güləş yığmamız Avropa çempionu oldu
23:31 18.05.2024
Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi
22:48 18.05.2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
22:24 18.05.2024
“Bu il alacağımız F-16-lar müharibədə həlledici rol oynamayacaq” - Zelenski
21:55 18.05.2024
Moldovada demoqrafik vəziyyət pisləşib
21:29 18.05.2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
21:11 18.05.2024
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
"Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiya Azərbaycanın müstəqil inkişaf yoluna işıq salır
19:59 18.05.2024
Qarabağ Universitetinin bukleti hazırlanıb
19:29 18.05.2024
Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
19:00 18.05.2024
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
18:20 18.05.2024
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18:00 18.05.2024
Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib
17:39 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında - YENİLƏNİB
17:20 18.05.2024
Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi
17:00 18.05.2024
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
16:29 18.05.2024
Qəzzaya dənizdən humanitar yolu açılıb
Qəzzaya dənizdən humanitar yolu açılıb
16:00 18.05.2024
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
15:40 18.05.2024
Azərbaycan paraatleti Yaponiyada dünya çempionu OLDU
15:20 18.05.2024
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
15:00 18.05.2024
İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoyub
14:45 18.05.2024
Filippində zəlzələ oldu
14:40 18.05.2024
Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:36 18.05.2024
Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib
14:04 18.05.2024
Sabahın HAVA PROQNOZU
13:50 18.05.2024
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
13:27 18.05.2024
Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub
13:20 18.05.2024
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO
12:45 18.05.2024
Şərqi Avropada enerji təhlükəsi yaranıb
Şərqi Avropada enerji təhlükəsi yaranıb
12:40 18.05.2024
"Qarsdan Naxçıvana dəmir yolu bu tarixdə HAZIR OLACAQ" – Türkiyəli nazir
12:05 18.05.2024
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:41 18.05.2024
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
11:28 18.05.2024
Avropa ölkələri TAP ilə Azərbaycandan 35 milyard kubmetrdən çox qaz alıb
11:21 18.05.2024
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
11:11 18.05.2024
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
11:04 18.05.2024
Ramil İsgəndərli: "Müharibənin mənfi nəticələrinin aradan qalxmasında QHT-lərin çox böyük rolu oldu" - VIDEO
11:00 18.05.2024
Hamısı