Qaçqınlar üzərindən biznes

Analitika 13:00 20.10.2016

İnsanların həmişə asan pul qazanmağa can atması yeni fakt deyil. Cinayət  fəaliyyəti ilə məşğul olaraq pul qazanmaqdan asan nə ola bilər ki? Avropada yaşanan miqrasiya böhranı cinayətlə məşğul olan  təşkilatlar üçün  yeni qazanc mənbəyi oldu. İnsan qaçaqmalçılığı cinayət dünyasının yeni “modası”na çevrildi.  Avropolun başçısı Rob Ueinraytın sözlərinə görə, qaçqınlar Avropa ölkələrinə keçmək üçün ümumilikdə, 3-6 milyard dollar məbləğində pul ödəyiblər.

Veinrayt deyib ki,  Birləşmiş Millətlər Təşkilətının Qaçqınlar üzrə Ali Komissarlığının hesablamalarına görə, keçən il bir milyondan çox adam müharibədən, yoxsulluqdan, təqibdən xilas olmaq üçün həyatını təhlükəyə ataraq,  qanunsuz yolla Avropaya daxil olub. “Biz bilirik ki, hər mühacir keçid üçün cinayətkar qruplara təxminən  3-6 min dollar ödəyir. Beləliklə, sadə riyazi hesablamalara görə, 2015-ci ildə qaçaqmalçıların qazancı 3-6 milyard dollar təşkil edib”.

Картинки по запросу migrant crisis

Ölüm qorxusu mühacirləri  Avropaya gəlməyə, qeyri-adi mühitdə yaşamağa məcbur edir. Mühacirlərə görə, Avropada çətinliklərə baxmayaraq qeyri-adi mühitdə yaşamaq hərbi münaqişələrin davam etdiyi ölkələrdə yaşamaqdan yaxşıdır.  Avropaya qaçıb gəlmiş insanlar arasında aparılan sorğuya əsasən, 1500 qaçqından 90 faizi səfər üçün pul ödəyir. Bu insanların zəifliyi, acizliyi və ümüdsizliyi onları  hər şeyini verməyə vadar edir və qaçaqmalçılar bundan istifadə edirlər. Əslində, bu narkotik ticarətdən heç də fərqlənmir. Veinraytın sözlərinə əsasən, Avropanın bir neçə regionlarında  qanunsuz miqrasiyadan gələn gəlir narkotik ticarətin gəlirindən çoxdur.  Qaçqınların üzərindən pul qazanan cinayətkar şəbəkələr  Şimali Afrikadan Skandinaviyaya qədər uzanır. İnsan qaçaqmalçılığı ilə məşğul olan 10.7 min şübhəli insan var.

Картинки по запросу migrant crisis

Qaçaqmalçılıq ilə məşğul olanlardan biri 17 yanvar 2016-cı ildə Yunanıstanda həbs olunub. O, 15 yanvar tarixində suda batan qayığın sahibi idi. Bu hadisədə üç uşaq həlak oldu.

Yalnız səfər xərcləri ilə can qurtarmaq olmur

Liviya və Suriyalı qaçqınlar Avropa sahillərinə çatmaq üçün Aralıq dənizini keçməyə məcburdurlar. Onların 80 faizi Yunanıstana gəlir və sonra qitənin digər şəhərlərinə üz tuturlar.

Təhlükəli səyahətdən sonra qitədə onları saxta passport istehsal edən kiçik fırıldaqçılar, nəqliyyat  vasitəsi təşkil edən taksi sürücüləri və böyük cinayətkar təşkilatların nümayəndələri gözləyir.

Miqrantların daşınma prosesi həm quruda, həm də dənizdə qeyri-insani münasibətlər çərçivəsində davam edir. Qaçqınların çoxu üçün Avropaya səfər artıq dənizdə sona yetir. 19 apreldə Liviyanın sahilindən 60 mil uzaqlıqda baş verən, miqrantların kütləvi ölümüilə nəticələnən gəmi qəzası buna sübut ola bilər.  O vaxt, həddindən artıq dolu olan gəmidə 700 və bəlkə də 900 miqrant suda boğuldu.  Quruya çatan şanslı mühacirləri insanlarla dolu, ağır yük avtomobilləri gözləyirdi. Onların əksəriyyəti, sıxlıq və hava çatışmazlığı və ya sement kimi sağlamlığa təhlükəli xammalla  birlikdə getdiklərinə görə yolu axıracan getməyə dözməyiblər.

Hardasa 150 min qaçqın İtaliyanin sahilinə çatıb. Əlbəttə, bu rəqəm Yunanıstandan gələn miqrantlarla müqayisə edilə bilməz. Amma 150 min nəfər qaçaqmalçıların mənfəəti üçün kifayətdir. Onlar 2014-cü ilin sentyabr-oktyabr aylarında  İtaliyadan başqa Avropa ölkələrinə azı 100 mühacir (əsasən Suriyalıları) köçürüblər. İtaliyanı qanunsuz yolla  tərk etmək istəyən hər qaçqın 500 avrodan 1200 avroya qədər pul ödəyirdi. Ölkənin dörd şimal əyalətlərində aparılan  xüsusi reydlər zamanı  Milan polisi mühacirlərin qaçmaq üçün istifadə etdiyi kanalı nəzarətə götürdü. Kriminal qrupun başçısı 37 yaşlı Misirli də məhbusların arasında idi.  

 Картинки по запросу migrant crisis                                                                                          

Sularda ölümə məhkum edilənlərin sayı artır

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, Avropaya 2016-cı ilin yanvar ayının birinci iki həftəsində Yaxın Şərq və Şimalı Afrikadan 23 min 600 mühacir daxil olub. Bu rəqəm keçən ilin həmin dövrünün rəqəmindən üç qat artıqdır.  2015-ci ilin yanvar ayının birinci günlərində İtaliya və Yunanıstana hər gün 570 qaçqın gəlirdi. Bu il isə həmin rəqəm  1700 nəfərə çatıb. Avropaya miqrantların yarısı Suriyadan, beşdə bir hissəsi Əfqanıstandan və 7 faizi isə  İraqdan gəlib. Bununla əlaqədər,  Avropa İttifaqı ölkələri sərhədə nəzarəti gücləndiriblər. Avstriya 16 yanvar tarixində  Şengen sazişinin müvəqqəti dayandırılması haqqında qərar qəbul etdi və sərhəddə ümumi nəzarəti ələ aldı.

Avropa Komissiyasının sədri Jan-Klod Yunker iddia edir ki, Avropa İttifaqının dövlətləri qaçqın böhranının “öhdəsindən gəlmədilər”. Avropa komissiyası hesab edir ki, 2016-cı ilin axırına kimi Avropaya 3 milyon miqrant hərəkət edə bilər. Avropa həm mühacirlərin, həm də qaçaqların sayının artmasını çətin dayandıra bilə.

Картинки по запросу migrant crisis

Avropa İttifaqının xarici sərhədlərə nəzarət Agentliyinin Frontex-in direktor müavini Berndt Korner elan edib ki, keçən ilə nisbətən vəziyyət xeyli yaxşılaşıb. Lakin, bu ancaq miqrasiya axınlarına aiddir, halbuki insan alveri ilə bağlı problem hələ ki,  kəskinləşir. Nə qədər ki  “bələdçilər” insanları belə imkanlarla təmin edir, mühacirlər Avropaya gəlməyə davam edəcək. Baxmayaraq ki, Belçika və Böyük Britaniyada bu cür təşkilatlar aradan qaldırılıb, insanların asan pul qazanmaq istəyi həmişə həbs qorxusundan üstündür. Qaçaqmalçılar hüquq-mühafizə orqanlarının addımlarını əvvəlcədən bilərək, öz marşrutlarını dəyişdirirlər və buna görə də, miqrantların qəzalarda ölümünə son qoymaq mümkün deyil.

Bu problemə məhəl qoymayan Avropa hələ də arzuolunmaz qaçqınları özündən uzaqlaşdırmağa  çalışır.


Eurasia Diary, Fəxri Vəkilov

Tərcümə: Vüsalə Əlövsətqızı

 

 

Xocalıya köç başlayır: Evlərin təhvilvermə prosesinin vaxtı AÇIQLANDI – VİDEO

Xəbər xətti

Antalyada meşədə yanğın başlayıb
23:00 13.05.2024
Bəzi rayonlarda yağış intensivləşib, qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA
22:50 13.05.2024
Azərbaycan və Ukrayna XİN rəhbərləri strateji tərəfdaşlıq münasibətlərini müzakirə edib
22:46 13.05.2024
Allahşükür Paşazadə Dünya İslam Alimlərinin Məşvərət Toplantısında iştirak edib
22:40 13.05.2024
Paşinyan Kopenhagen Demokratiya Sammitində iştirak etmək üçün Danimarkaya gedib
22:22 13.05.2024
Polşa öz vətəndaşlarını Gürcüstanda etiraz aksiyalarında iştirakdan çəkinməyə çağırıb
22:00 13.05.2024
BMT-nin iki əməkdaşı "Rəfah" keçid məntəqəsi yaxınlığında yaralanıb
21:42 13.05.2024
Ərdoğan yunan Baş nazirlə birgə brifinqdə: Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması vacibdir
21:21 13.05.2024
Avropalı parlamentari Qərbi azərbaycanlıların yaşadıqları bəlaları tarixi faciə adlandırıb
21:00 13.05.2024
Aİ Moldovadan gələn mallara rüsum və kvotaların dayandırılmasını bir il müddətinə uzadıb
20:40 13.05.2024
Berlində Azərbaycanlı Mühəndislərin Avropa Forumu təşkil olunacaq
20:20 13.05.2024
“Müasir dünyada bəzi qurumlar istədiklərini edirlər” – İspan fotoqraf
“Müasir dünyada bəzi qurumlar istədiklərini edirlər” – İspan fotoqraf
20:00 13.05.2024
“Xarıbülbül” festivalı “Sələflər və xələflər”lə Laçında
19:51 13.05.2024
Yan Borq: ATƏT Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləməyə hazırdır
19:30 13.05.2024
Azərbaycana idxal olunan avtonəqliyyat vasitələrinə “Avro-5”in tətbiqi araşdırılır
19:15 13.05.2024
İspan foto-jurnalist Fransanın Ruandadakı soyqrımından danışdı - VİDEO
19:00 13.05.2024
Sabahdan bəzi yaşayış məntəqələrinə içməli suyun verilməsi dayandırılacaq
18:50 13.05.2024
COP28-in Baş danışıqçısı şəffaflıq hesabatlarının vaxtında təqdim edilməsinə çağırır
18:39 13.05.2024
Prezident İlham Əliyev: Kiçik ada dövlətlərinə yardım bizim üçün mənəvi borcdur
18:19 13.05.2024
İlham Əliyev Tuvalunun general-qubernatorunu, Tonqanın Baş nazirini və Baham Adaları Birliyinin xarici işlər nazirini qəbul edib
18:16 13.05.2024
Əli Əsədov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti ilə görüşüb
18:09 13.05.2024
BAMF-ın prezidenti İspan jurnalistə Qarabağ həqiqətlərindən danışdı - VİDEO
BAMF-ın prezidenti İspan jurnalistə Qarabağ həqiqətlərindən danışdı - VİDEO
18:00 13.05.2024
Şahdağa qar yağır - FAKTİKİ HAVA
17:53 13.05.2024
Sumqayıtda ana və azyaşlı övladları 11 gündür İTKİNDİR
17:44 13.05.2024
“İnsan bütün bunları gördükdən sonra…” – İspan fotoqraf -VİDEO
“İnsan bütün bunları gördükdən sonra…” – İspan fotoqraf -VİDEO
17:30 13.05.2024
Bu ixtisasların məzunları da müəllim ola biləcək – SİYAHI
17:15 13.05.2024
İspaniyalı foto-jurnalist: Qarabağda gördüyüm mina təhlükəsi məni dəhşətə gətirdi - VIDEO
17:00 13.05.2024
Xocalıya da köç başlayır - Rəsmi
16:55 13.05.2024
Bəzi bölgələrə yağış, Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:49 13.05.2024
“Böyük şirkətlər nə istəyirsə onu edir” – İspan fotoqraf - VİDEO
“Böyük şirkətlər nə istəyirsə onu edir” – İspan fotoqraf - VİDEO
16:32 13.05.2024
İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır
İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır
16:23 13.05.2024
Azərbaycanın kapital bazarının artım potensialı açıqlanıb
Azərbaycanın kapital bazarının artım potensialı açıqlanıb
16:10 13.05.2024
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
15:48 13.05.2024
Paşinyanın noyabra qədərki sülh vədi: Həqiqət yoxsa illüziya? – Beynəlxalq ekspertlər ŞƏRH EDİR
15:40 13.05.2024
Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
15:30 13.05.2024
Almatı görüşü iki ölkə arasında sülh müqaviləsini tezləşdirəcəkmi? – Politoloqdan AÇIQLAMA
15:30 13.05.2024
Bu qadınların maaşları ARTIRILA BİLƏR
15:25 13.05.2024
Ukrayna niyə müdafiə oluna bilmir?
Ukrayna niyə müdafiə oluna bilmir?
15:20 13.05.2024
YAP Umud Mirzəyevi Fəxri Fərmanla təltif etdi – FOTO
15:00 13.05.2024
Şəkər qiymətləri kəskin bahalaşa bilər - SƏBƏB
Şəkər qiymətləri kəskin bahalaşa bilər - SƏBƏB
14:59 13.05.2024
Hamısı