Misirdəki küçə uşaqları partlamağa hazır bomba kimidirlər eksklüziv

Analitika 15:10 14.11.2016
Bütün Misiri bürüyən  küçə uşaqlarının sayının yüksələn xətt üzrə davamlı şəkildə artması dilənçilikdən tutmuş, içki və narkotik maddələrə qurşanmaqdan keçməklə son halda qətl törətmək kimi ən dəhşətli cinayətlər doğuran bir problemdir. Bu sahə ilə bağlı mütəxəssislər və məsul işçilər bütövlükdə bunun bütün cəmiyyət üçün çox təhlükəli olduğunu etiraf edirlər.
 
Küçə uşaqları hadisəsi və onların törətdikləri cinayətlər təkcə Misir cəmiyyətilə məhdudlaşmayan dünya miqyaslı bir problem olub bir çox ölkələri əhatə edir. Həm də bu uşaqların sayını Misirlə məhdudlaşdıra bilmərik, onlar istənilən cəmiyyət üçün bir problemdir. Küçə uşaqları bütün dünyanı təhlükə altına alan və sürətlə yayılan “saatlı bomba” kimidirlər.
 
Bu hadisələrin həcmi və xarakteri barədə hesabatlar göstərir ki, dövlətin, mülki cəmiyyətin və xeyriyyə təşkilatlarının bütün səylərinə baxmayaraq, bu uşaqlar hər şeydən məhrumdurlar, çox çətin şəraitdə yaşayırlar, öz əsas ehtiyaclarını ödəmək üçün halal qazanc və ruzi əldə edə bilmirlər, namuslu həyat yaşamırlar. Bu cür uşaqların  sayı getdikcə artmaqdadır və bu artımı məhdudlaşdırmaq imkan xaricindədir. Bu cür uşaqların əksəriyyəti  4 yaşından yuxarı olur və yaşlı cinayətkarlar onlardan cinayət əməlləri törətmək üçün silah və alət kimi istifadə  edir, məhkəmər isə azyaşlı olduqlarına görə bu uşaqlar barədə hökm verə bilmirlər. 
 
Şübhəsiz ki, küçə uşaqlarına görə məsuliyyəti onların ailələri daşımalıdır - istər öz övladlarından  imtina edən, istərsə də kasıb və imkansız olub  gündəlik bir parça çörək və ya başqa xərcləri ödəmək üçün onları çölə atan ailələr olsun.  Hər bir halda ailə uşağın evdən kənarda qalmasına, küçələrin onun üçün məskən olmasına səbəb olur. Deyə bilərik  ki, bu uşaqlardan bəziləri öz ailələrindən məruz qaldıqları təzyiqə, kobud davranışa, zorakılığa, maddi vəziyyətin ağırlığına, düzgün olmayan tərbiyə və ya pis dostların təsiri altına düşdüklərinə görə  qaçmışlar, bəziləri isə öz ailələrinin təhrikilə ruzi axtarışı üçün küçələrə axışmışlar, elələri də var ki, ailəni tərk edib sərgərdan dolaşaraq peşəkar cinayətkarların təsiri altına  düşüb dilənməklə onların gəlir mənbəyinə çevrilirlər.
 
Bu uşaqların küçədə törətmiş olduqları cinayətlərə gəlincə, bunlar dilənmək, salfet satışı, işıqforlarda maşın şüşələrini silməklə başlayır, sonra isə onlardan bəziləri siqaretə, tiryək və başqa narkotik maddələrə, toksikomaniyaya qurşanırlar, həddi-buluğa çatanda aralarında ən tərbiyəsiz əməllərlə məşğul olurlar, böyük kiçiyə təcavüz edib onda özünə qarşı ikrah hissi oyadır. Bu kiçiksə böyüyəndə intiqam arzusu ilə yaşayır, özündən kiçiklərə təcavüz etməyə çalışır. Beləliklə, hamı bu qapalı dairəyə cəlb edilib orada dövr etmiş olur. Böyüdükcə bu adətlər onlarda daha çox vəhşi xarakter alır, onlar öz ailələrindən qaçan kiçik uşaqların axtarışına çıxır, bu uşaqlara bəslənən nifrət və qəzəb hissilə onları da bu dairəyə cəlb edirlər. Bununla bu cinayətkar dəstələr küçə və ümumiyyətlə cəmiyyət üçün bir təhlükə mənbəyinə çevrilir. 
 
Daxili İşlər Nazirliyinin bu vəziyyətə son qoymaq məqsədilə bu uşaqları küçələrdən və səkilərdən yığışdırıb ailələrinə qaytarmaq və ya uşaq evlərində yerləşdirmək üçün respublika səviyyəsində gündəlik reydlər keçirməsinə baxmayaraq,  bəzi uşaqlar öz ünvanları və ailələri barədə məlumatlar verməkdən imtina edib küçələrdə qalmağı üstün tuturlar. Bəziləri isə uşaq evinə yerləşdikdən və ya ailəyə qayıtdıqdan sonra belə yenidən oradan qaçırlar. 
 
Təhlükəli olan həm də budur ki, indiki tərbiyyə müəssisələrinin əksəriyyəti bu cür pis tərbiyə sahibi olan uşaqları düzgün yola gətirməyə qadir deyil.    

Əhməd Əl-Əzhəri 

 
İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
15:00 09.05.2024
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
14:56 09.05.2024
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
14:44 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:40 09.05.2024
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
14:27 09.05.2024
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
14:20 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:18 09.05.2024
Türkiyənin Müdafiə Nazirliyi: Azərbaycan və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər keçirəcəyik
14:00 09.05.2024
Türkiyə COP29-da iqlim dəyişikliyi ilə bağlı "yol xəritəsi"ni açıqlayacaq
13:40 09.05.2024
PSJ baş məşqçisi ilə bağlı qərar verib
PSJ baş məşqçisi ilə bağlı qərar verib
13:20 09.05.2024
Ərdoğan: Aİ Türkiyə ilə əlaqələrə zərbə vura biləcək siyasətdən imtina etməlidir
13:00 09.05.2024
Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib, yeddi polis saxlanılıb
12:40 09.05.2024
İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO
12:20 09.05.2024
“İrana qarşı müharibə başladıla bilər...” – Türkiyəli Politoloq
12:00 09.05.2024
Moskvada Qələbə paradı keçirilir
Moskvada Qələbə paradı keçirilir
11:50 09.05.2024
Bu mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü veriləcək – SİYAHI
11:35 09.05.2024
Bəzi ərazilərə yağış, Şahdağa qar yağıb - Faktiki hava
11:30 09.05.2024
Bu şəxslərə 2000 manat ÖDƏNİLDİ – RƏSMİ
11:15 09.05.2024
İsrail XİN-in siyasi direktoru Həzi Aslanovun abidəsini ziyarət edib
11:01 09.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
10:45 09.05.2024
Onlayn alış-verişlə bağlı dələduzluq edən 21 yaşlı gənc SAXLANILDI
10:30 09.05.2024
Bayden ABŞ-ın İraq və Əfqanıstanla bağlı səhvlərini ETİRAF ETDİ
10:15 09.05.2024
İkinci Dünya Müharibəsinin iştirakçısı: "Sevincimdən özümü ikinci mərtəbədən atdım" - MÜSAHİBƏ
10:00 09.05.2024
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
09:45 09.05.2024
Mehriban Əliyevadan Faşizm üzərində Qələbə Günü ilə bağlı PAYLAŞIM
09:30 09.05.2024
Diabet xəstələri üçün olan qidalar niyə bahadır?
09:15 09.05.2024
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
09:00 09.05.2024
Qubada çörək sexində yanğın olub
06:40 09.05.2024
Lukaşenko: “Afrika Qərb müstəmləkəçiliyindən bezib, bizə ehtiyacı var”
05:15 09.05.2024
Biləsuvarda Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin konserti olub
04:54 09.05.2024
UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib
03:52 09.05.2024
KİV: Ermənistan KTMT üzvü olaraq qalır
02:11 09.05.2024
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
01:22 09.05.2024
9 May - Faşizm üzərində Qələbə günüdür
00:01 09.05.2024
Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
23:55 08.05.2024
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
23:29 08.05.2024
Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib
22:53 08.05.2024
Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
22:46 08.05.2024
İsrailli diplomat: Azərbaycanda yəhudilərin azadlıq və bərabərliyini görmək ürəkaçandır
22:43 08.05.2024
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
22:32 08.05.2024
Hamısı