İŞİD-dən sonra sünni ərəblərlə kürdlər arasında münaqişə ola bilərmi?

Analitika 12:51 19.11.2016
Məsud Bərzaninin Peşmərgə qüvvələrinin Neynəvə əyalətində azad etdiyi məntəqələrdən çəkilməyəcəyi ilə bağlı bəyanatları gözlənilməz deyildir. Halbuki İraqın Baş naziri Heydər əl-Abadi bu yaxınlarda vilayət rəhbərinin Bağdada son səfərindən və “Biz gəlirik, Neynəvə” adı altında həyata keçirilən Mosulun azad edilməsi əməliyyatı başlayandan sonra bildirmişdir ki, mərkəzi hökumət İraq Kürdüstanı vilayətilə Peşmərgə qüvvələrinin 2016-cı ilin 17 oktyabr günü səhər saatlarında Mosul əməliyyatı başlayana qədər  bu ərazilərdən çəkilməsi barədə razılığa gəlmişdir. Bu fikri hökumətin sözçüsü Səad əl-Hüdeysi də Bərzaninin son bəyanatlərına cavab olaraq təkrarən səsləndirdi.
 
Peşmərgə kürd qüvvələri Neynəvə əyalətinin bir çox məntəqələrini “Biz gəlirik, Neynəvə”  hərbi əməliyyatının  start götürdüyü “0” saatından bir qədər əvvəl öz nəzarəti altına ala bilmişdi. Bununla da Kürd komandanlığı Mosul istiqamətində ərazilərin içərilərinə doğru irəliləyib daha çox torpaq mənimsəyərək onları muxtar vilayətə birləşdirmək məqsədini güdmüşlər. Mosul əməliyyatının sıfır saatına qədər Peşmərgənin ələ keçirmiş olduğu ərazilərə Səncər qəzası, Telaferin bir çox məhəlləsi, Zəmmar, İyaziyyə, Rübeyyə və Əbu Mariya  məntəqələri daxildir. Bura həmçinin Başiqa, Bərtələnin bir hissəsini və habelə Suriya sərhədlərinə qədər uzanan torpaqları da əlavə etmək olar. Bu da o deməkdir ki, göstərilən məntəqələr əldə edilən sazişə görə Kürd Peşmərgə qüvvələrinin nəzarəti altına keçmişdir. Bu da bir sıra parlament üzvlərinin, ictimai-siyasi xadimlərin qəzəbinə səbəb oldu, onlar bu razılığı qətiyyətlə rədd etdilər, onların mövqeyi xüsusilə, Beynəxalq insan haqları təşkilatının  Peşmərgə qüvvələrinin Ninəva əyalətinin şimalında ərəb kəndlərini məhv etməsi barədə hesabatı səslənəndən sonra daha da kəskinləşdi.
 
Neynəvəni təmsil edən siyasi qüvvələr Bərzaninin mövqeyinin tamamilə rədd edilməsi barədə həmrəylik göstərmədilər. Belə ki, Neynəvə əyalətinin keçmiş hakimi Əsil Nüceyfi və qardaşları, habelə Milli toplum adlandırılan Neynəvə mühafizə qüvvələrinin komandiri, Prezidentin müavini Usamə Nüceyfi Bərzaninin açıqlamalarına birbaşa və ya dolayısı ilə olsa da toxunmamışlar.
 
Fikrimizcə, Bərzani Bağdada son səfəri zamanı güc mövqeyindən çıxış edrək danışıqlar aparmaqdan uzaq durmuş və yalnız bunu demək olar ki, o, Neynəvənin azad edilməsi əməliyyatı cəbhələrindən birinin Peşmərgəyə həvalə edilməsini israrla tələb etmişdir. Bərzani və vilayət hökumətinin vəziyyətinə həsəd aparmaq olmaz.
 
Bizə elə gəlir ki, mərkəzi hökumət, güclü imkanlara malik olmasına baxmayaraq, vilayətlə danışıqlarda uğur qazana bilməmişdir. Hökumət vilayətin böhranlı ictimai və siyasi vəziyyətindən, xüsusilə artıq bir neçə aydan bəri dövlət qulluqçularına əməkhaqlarının ödənilməməsi faktından  istifadə edə bilərdi. Bu çox ciddi bir problemdir və təcili şəkildə həll edilməlidir. Bu problemin həlli müqabilində mərkəzi hökumət vilayət hökumətindən bir çox güzəştlərə, o cümlədən Peşmərgə qüvvələrinin 2014-cü il iyun ayının 10-a qədərki sərhədlərə qayıtmasına nail ola bilərdi.
 
Bu və  həmçinin başqa  sazişlər barədə mərkəzi  hökumət ictimai rəylə münasibətdə şəffaflıq nümayiş etdirməmiş, başqa problemlərin həllində olduğu kimi burada da böhranı ört – basdır etmək metoduna üstünlük vermişdir. Əsas vəzifə kimi, birinci növbədə “İŞİD” üzərində qələbə irəli sürülmüşdür. 
 
İndiki vaxtda sünni qüvvələri parçalanmış vəziyyətdədirlər, bu vəziyyət onların yaşadığı yerlər “İŞİD” terrorçularından azad olunandan sonra da davam edə bilər. Bununla da Neynəvə əyalətində onların yaşadığı yerlərdə və ya başqa rayonlarda, “de fakto” prinsipindən çıxış edən kürdlərin mövcudluğuna qarşı etiraz səsləri yüksələcək və son halda silahlı qarşıdurma baş verə bilər.

Doktor Hüseyn Əhməd əl-Sərhan

Kərbəla Universitetinin Strateji Araşdırmalar Mərkəzinin Beynəlxalq Tədqiqatlar Şöbəsinin müdiri
 
 
 
 
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Qəzzaya dənizdən humanitar yolu açılıb
Qəzzaya dənizdən humanitar yolu açılıb
16:00 18.05.2024
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
15:40 18.05.2024
Azərbaycan paraatleti Yaponiyada dünya çempionu OLDU
15:20 18.05.2024
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
15:00 18.05.2024
İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoyub
14:45 18.05.2024
Filippində zəlzələ oldu
14:40 18.05.2024
Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:36 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında
14:18 18.05.2024
Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib
14:04 18.05.2024
Sabahın HAVA PROQNOZU
13:50 18.05.2024
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
13:27 18.05.2024
Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub
13:20 18.05.2024
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO
12:45 18.05.2024
Şərqi Avropada enerji təhlükəsi yaranıb
Şərqi Avropada enerji təhlükəsi yaranıb
12:40 18.05.2024
"Qarsdan Naxçıvana dəmir yolu bu tarixdə HAZIR OLACAQ" – Türkiyəli nazir
12:05 18.05.2024
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:41 18.05.2024
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
11:28 18.05.2024
Avropa ölkələri TAP ilə Azərbaycandan 35 milyard kubmetrdən çox qaz alıb
11:21 18.05.2024
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
11:11 18.05.2024
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
11:04 18.05.2024
Ramil İsgəndərli: "Müharibənin mənfi nəticələrinin aradan qalxmasında QHT-lərin çox böyük rolu oldu" - VIDEO
11:00 18.05.2024
ABŞ-dan Kiyevə QADAĞA
ABŞ-dan Kiyevə QADAĞA
10:52 18.05.2024
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
10:41 18.05.2024
"Qərb Rusiyanın məğlub olmasını istəmir" - Zelenski
"Qərb Rusiyanın məğlub olmasını istəmir" - Zelenski
10:30 18.05.2024
Mədəniyyət ocağının acınacaqlı vəziyyətə düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
10:30 18.05.2024
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
10:15 18.05.2024
Kirayə qaldığı evi satan kirayəçini neçə il həbs gözləyir? - Ekspertlərin RƏYİNDƏ
10:00 18.05.2024
Avtomobili və sürücülük vəsiqəsi olmayan şəxsə cərimə YAZILDI – VİDEO
09:40 18.05.2024
Qəzzada atəşkəs danışıqları dayandırıldı – KİV
Qəzzada atəşkəs danışıqları dayandırıldı – KİV
09:20 18.05.2024
Azərbaycanda ÜDM istehsalı 4 faizdən çox ARTIB – RƏSMİ
09:03 18.05.2024
Vəhşicəsinə öldürülən Könülün sonuncu dəfə telefonla danışdığı qadın da ÖLDÜ
06:34 18.05.2024
Meksikada atışmada merliyə namizəd və daha 5 nəfər ölüb
05:28 18.05.2024
Rusiyada hərbi akademiyada partlayış olub, xəsarət alanlar var
04:06 18.05.2024
Azərbaycanın voleybol millisi Xorvatiyanı məğlub edib
03:59 18.05.2024
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib
02:17 18.05.2024
Slovakiyanın Baş nazirinə sui qəsd etmək istəyən şəxs məhkəmə qarşısına çıxarılacaq
01:00 18.05.2024
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
00:16 18.05.2024
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
23:55 17.05.2024
Yeni Kaledoniyada etirazlar zamanı 163 nəfər saxlanılıb
23:30 17.05.2024
ABŞ generalı: Rusiya uzun illər NATO üçün problem olaraq qalacaq
23:13 17.05.2024
Hamısı