2016-cı il Multikulturalizm ili idi başa çatdı-özəl

Analitika 13:40 01.01.2017

Cəmiyyətimiz tərəfindən müxtəlif emosiyaların, xəbərlərin, təəssüratların ifadəsi üçün istifadə olunan sözlərin çoxu multikulturalizm dəyərləri ilə bağlıdır və bu multikulturalizm bizim gündəlik həyatımızın ən mühüm hissələrindən biridir deməkdir. Hazırda bütün dünyada, xüsusilə Avropada, multikultural dəyərlərə ağır zərbə vurulduğu bir şəraitdə Azərbaycanda bu dəyərlər yaşayır, inkişaf edir, dövlət və cəmiyyət tərəfindən dəstəklənir. Multikulturalizmin təkmilləşdirilməsi və hökumətin müxtəlif mədəniyyətlərə və dinlərə hörmətinin ən pis nümunəsi kimi isə, biz Azərbaycanın işğal olunmuş ərazilərində cinayətkar erməni höküməti tərəfindən törədilmiş dəhşətli və böyük vandalizm aktlarını göstərə bilərik. Onlar Azərbaycanın tarixi xəzinəsinin bir hissəsi olan bütün tarixi abidələri və məscidləri məhv etdilər. Müasir dünya və beynəlxalq ictimaiyyət belə vandalizm aktlarının qarşısını almalıdır və multikulturalizmin inkişafına görə sabit şəraiti təmin etmək üçün hər şeyi təbii yollarla etməlidir, Azərbaycanın işğal olunmuş ərazilərində edildiyi kimi güc və cinayət yolu ilə yox.

14 may 2014-cü il Prezident İlham Əliyev "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması" haqqında sərəncam imzalayıb. İlham Əliyev Azərbaycanda dini mədəniyyət, tolerantlıq və dinlərarası və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi üçün əlavə tədbirlər haqqında da əmr verib. Dövlət və Heydər Əliyev Fondu da dini abidələri bərpa edir və yenilərini tikir. Dünyanın ən qədim məscidlərindən biri olan Şamaxı Cümə məscidi, eləcə də Şəki rayonunun Kiş kəndində olan Qafqazdakı ən qədim kilsə də həmçinin bərpa edilib. İlham Əliyevin bəyanatına görə: "Multikulturalizm Azərbaycanda həyat tərzidir" və bu qiymətli fikirlər nəticəsində Azərbaycanda bu il “Multikulturalizm ili” elan edilib. Ölkəmizdə müxtəlif millətlərdən, dinlərdən, etnik qruplardan və mədəniyyətlərdən olan insanların sərbəst inkişafı üçün hərtərəfli şərait yaradılmışdır. Azərbaycan hökumətinin təşkilatçılığı ilə keçirilən "İlk Avropa Oyunları", "Formula 1", "42-ci FİDE Dünya Şahmat Olimpiadası" kimi böyük layihələr Azərbaycan cəmiyyətinin dünyada tanınması və ona olan hörmətin nəticəsidir. Eyni zamanda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun da Bakı şəhərində keçirilməsi barədə olan qərar, Azərbaycanın multikulturalizm mühitinin dünyada tanınmağını nümayiş etdirir.

Bu il Azərbaycanda təhsil alan xarici tələbələr arasında "Siz təhsil üçün nəyə görə Azərbaycanı seçdiniz?" mövzusunda sorğu təşkil etdik. Biz 200-ə yaxın cavab topladıq və  bu cavabları təhlil edərkən müəyyən etdik ki, Azərbaycanın multikultural dəyərləri, qonaqpərvərliyi və insanlarının tolerantlığı, ölkənin mədəniyyəti, cəmiyyətdəki təhlükəsizlik və s. kimi səbəblər tələbələrin Azərbaycanı seçməyinin səbəblərindəndir. Biz əmin ola bilərik ki, öz vətənlərinə qayıdarkən əcnəbi tələbələr, öz ölkələrində Azərbaycanın mədəniyyət səfirləri kimi fəaliyyət göstərəcəklər, onlar bizim cəmiyyətdəki multikulturalizm modeli haqqında məlumatı təmsil edə və bölüşə bilərlər və bəzi ölkələr bunu onların dövlət siyasətinə nümunə kimi qəbul da edə bilərlər. Bu da real faktdır ki, ölkəmizdə günbəgün inkişaf edən mədəni dəyərlər, tolerantlıq və həmçinin bu sahəyə olan dövlət dəstəyi turizm imkanlarını da artırır. Şəhər mərkəzində gəzərkən bunun canlı şahidi olmaq mümkündür. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, 2016-ci ilin ilk altı ayı ərzində Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Azərbaycana gələn turist sayı ötən ilin eyni dövrü (530 nəfər) ilə müqayisədə 19 dəfə (10.086 nəfər) və Bəhreyndən gələnlər isə ötən ilin eyni dövrü (32) ilə müqayisədə 13 dəfə (422 nəfər) artıb. Nazirliyinin məlumatına görə, 2016-ci ilin ilk altı ayında, toplam 25.000 nəfər Ərəb ölkələrindən Azərbaycana səfər edib, bu da ötən ilin eyni dövrü ilə (3.158 nəfər) müqayisədə səkkiz dəfə (22.000 nəfər) çoxdur. Ümumiyyətlə, inkişaf Azərbaycana bütün ölkələrdən gələn turistlərdə müşahidə olunur.

 Aydındır ki, dünyada eyni heçnə yoxdur,  hər kəs fərqlidir, dinlər fərqlidir, dillər fərqlidir, mədəniyyətlər fərqlidir. Multikulturalizm dünya mədəniyyətinə aparan bir yoldur, mədəniyyət hər bir ölkənin, millətin üzüdür və bu fərqlərə hörmət və səbir eləməklə dünyada sülh yaratmaq mümkündür. Təəssüf ki, bu gün dünyada bəzi münaqişələr dini fərqlərə əsaslanır və biz hər bir dinə öz dinimiz kimi hörmət etməliyik, yalnız bu hallarda multikulturalizm hər kəs üçün faydalı ola bilər. Azərbaycanda ötən multikulturalizm ili sübut etdi ki, bu gün Azərbaycan multikulturalizm modeli kimi bütün dünyaya nümunə hesab edilir və ölkəmizin çoxmədəniyyətli dəyərləri cəmiyyətin ən mühüm və əsas hissələrindən biridir.


Nurxan Babayev - Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Beynəlxalq Əlaqələr Departamentinin direktoru, ADA Universitetinin İctimai Siyasət proqramı üzrə magistrı

İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Azərbaycan paraatleti Yaponiyada dünya çempionu OLDU
15:20 18.05.2024
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
15:00 18.05.2024
İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoyub
14:45 18.05.2024
Filippində zəlzələ oldu
14:40 18.05.2024
Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:36 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında
14:18 18.05.2024
Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib
14:04 18.05.2024
Sabahın HAVA PROQNOZU
13:50 18.05.2024
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
13:27 18.05.2024
Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub
13:20 18.05.2024
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO
12:45 18.05.2024
Şərqi Avropada enerji təhlükəsi yaranıb
Şərqi Avropada enerji təhlükəsi yaranıb
12:40 18.05.2024
"Qarsdan Naxçıvana dəmir yolu bu tarixdə HAZIR OLACAQ" – Türkiyəli nazir
12:05 18.05.2024
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:41 18.05.2024
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
11:28 18.05.2024
Avropa ölkələri TAP ilə Azərbaycandan 35 milyard kubmetrdən çox qaz alıb
11:21 18.05.2024
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
11:11 18.05.2024
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
11:04 18.05.2024
Ramil İsgəndərli: "Müharibənin mənfi nəticələrinin aradan qalxmasında QHT-lərin çox böyük rolu oldu" - VIDEO
11:00 18.05.2024
ABŞ-dan Kiyevə QADAĞA
ABŞ-dan Kiyevə QADAĞA
10:52 18.05.2024
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
10:41 18.05.2024
"Qərb Rusiyanın məğlub olmasını istəmir" - Zelenski
"Qərb Rusiyanın məğlub olmasını istəmir" - Zelenski
10:30 18.05.2024
Mədəniyyət ocağının acınacaqlı vəziyyətə düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
10:30 18.05.2024
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
10:15 18.05.2024
Kirayə qaldığı evi satan kirayəçini neçə il həbs gözləyir? - Ekspertlərin RƏYİNDƏ
10:00 18.05.2024
Avtomobili və sürücülük vəsiqəsi olmayan şəxsə cərimə YAZILDI – VİDEO
09:40 18.05.2024
Qəzzada atəşkəs danışıqları dayandırıldı – KİV
Qəzzada atəşkəs danışıqları dayandırıldı – KİV
09:20 18.05.2024
Azərbaycanda ÜDM istehsalı 4 faizdən çox ARTIB – RƏSMİ
09:03 18.05.2024
Vəhşicəsinə öldürülən Könülün sonuncu dəfə telefonla danışdığı qadın da ÖLDÜ
06:34 18.05.2024
Meksikada atışmada merliyə namizəd və daha 5 nəfər ölüb
05:28 18.05.2024
Rusiyada hərbi akademiyada partlayış olub, xəsarət alanlar var
04:06 18.05.2024
Azərbaycanın voleybol millisi Xorvatiyanı məğlub edib
03:59 18.05.2024
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib
02:17 18.05.2024
Slovakiyanın Baş nazirinə sui qəsd etmək istəyən şəxs məhkəmə qarşısına çıxarılacaq
01:00 18.05.2024
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
00:16 18.05.2024
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
23:55 17.05.2024
Yeni Kaledoniyada etirazlar zamanı 163 nəfər saxlanılıb
23:30 17.05.2024
ABŞ generalı: Rusiya uzun illər NATO üçün problem olaraq qalacaq
23:13 17.05.2024
Bəzi rayonlara yağış, qar yağıb, Qəbələyə dolu düşüb - YENİLƏNİB-2
22:56 17.05.2024
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb
22:35 17.05.2024
Hamısı