2016-cı ildə dünyanın mərkəzi olan Şərqdə nələr baş verdi? Hesabat-özəl

Analitika 12:16 05.01.2017

2016 dünyada çox gərgin bir il kimi yadda qaldı. Xüsusilə, Yaxın Şərqdə baş verən qarşıdurmalar,  İŞİD terror təşkilatının gerçəkləşdirdiyi terror aktları, Türkiyədə çevriliş cəhdi öndə olan hadisələr idi. Beləliklə, Eurasia Diary hal-hazırda geosiyasi baxımdan dünyanın mərkəzi olaraq qəbul edilən Yaxın Şərqdə son bir ildə baş verən hadisələri  təqdim edir:

2 Yanvar - Səudiyyə Ərəbistanın  tərkibinə Şiə liderinin də daxil olduğu 47 şəxsi edam etməsindən sonra İranla aralarında gərginlik yarandı.

Image result for Suudi Arabistan’ın, Şii liderin de arasında bulunduğu 47 kişi idam etmesi

İlin ilk önəmli hadisəsi Səudiyyə Ərəbistanının 2 Yanvar günü ölkədə etirazları təşviq etmək, fitnə çıxartmaq, təhlükəsizlik qüvvələrinə müqavimət göstərmək, atəş açmağa çalışmaq kimi ittihamlarla şiə lideri Şeyx Nimr əl Nimrin  daxil 47 şəxsi edam etdi və İran da buna sərt reaksiya verdi. Bir gün ərzində oxşar şəkildə İran tərəfindən Sünni dindarları edam qərarı verildi. Ölkələr arasında yaşanan məzhəb qarşıdurmasına görə, edamlar il boyu davam etdi.

17 Yanvar - ABŞ və AB, İrana qarşı sanksiyaları aradan götürdü.

Related image

Avropa Birliyi və ABŞ, tarixi bir qərar qəbul edərək 2011-ci ildən bu yana İrana tətbiq etdiyi iqtisadi sanksiyaları aradan götürdü.   Sanksiyaların səbəbi İranın uranın zənginləşdirməsindən silah istehsal etmək üçün istifadə edəcəyi şübhəsi idi. İranın silah istehsal etmədiyini sübut etməsindən sonra sanksiyalar da dayandırıldı.

22 Fevral - Suriyada atəşkəs

Image result for 22 Şubat – Suriye’de ateşkes

Brüsseldə aparılan danışıqlardan sonra ABŞ və Rusiya Suriyada atəşkəsin başladılması üçün razılığa gəldi. Eyni zamanda, Türkiyəyə də YPG-yə qarşı hücumların dayandırılması üçün çağırışlar edildi.

Əldə edilən razılaşmaya əsasən atəşkəs 27 Fevralda başladı. Əsəd höküməti də əldə olunan anlaşmaya tabe olacağını bildirdi. Ancaq kritik məqam bunda idi ki, İŞİD, Əl-Nusra və onlara bağlı digər təşkilatlara qarşı əməliyyatlar durdurulmayacaqdı. Suriya rəhbərliyi, "müxaliflər" olaraq xarakterizə edilən qrupların bu terror təşkilatlarının bir hissəsi olduğunu bildirirdi və buna görə də atəşkəs davamlı olmadı.

20 Mart - AB - Türkiyə əlaqələrində kritik nöqtə və 3 milyard dollar vədi

Image result for davutoglu tusk

Dünyada bir çox prosesi də əhəmiyyətli dərəcədə təşviq edən qaçqın böhranını həll etmək üçün iki tərəf 18 Martda Brüsseldə görüşdü. Böhranın həlli üçün tərəflər 20 Martdan etibarən, Türkiyədən Yunan adalarına keçən miqrantların Türkiyəyə geri qaytarılması və qəbul edilən hər bir Suriyalı qaçqın üçün AB-nin Türkiyədən bir Suriyalı qaçqın alması barədə razılaşdılar. Bununla birlikdə AB, Türkiyəyə viza sərbəstliyi və 3 milyard maliyyə dəstəyi göstərəcəyi sözünü verdi. Ancaq AB, indiyə qədər verdiyi bu sözləri tutmadı.

22 Mart - Belçikada qanlı terror aktları

Image result for Zaventem Havalimanı terör eylemleri

22 Mart səhəri Avropanın mərkəzi sayılan Brüssel qanlı terror aktları ilə sarsıldı. Zaventem Hava limanı və Maelbeek Metro Stansiyasında təşkil edilən üç ayrı terror hadisəsində 32 insan həyatını itirdi. Hadisəni terror təşkilatı İŞİD öz üzərinə götürdü.

19 Mart - Türkiyənin iki mərkəz nöqtəsində bir həftə içərisində iki terror hücumu

Image result for kizilayda teror

Türkiyə paytaxtı Ankaranın mərkəzi meydanı olan Kızılayda 13 mart günü qorxunc terror hadisəsi baş verdi. Hadisədə 37 insan həyatını itirdi. Hücumu terror təşkilatı PKK-nın qolu olan TAK öz üzərinə götürdü.

Hadisədən yalnız altı gün sonra - 19 Martda İstanbulun mərkəzi nöqtəsi İstiqlal Prospektində intihar hücumu yaşandı. Terrorçunun üzərindəki bomba hədəfinə çatmamış partladığı üçün özüylə birlikdə 4 adam daha həyatını itirdi, 36 adam da yaralandı. Hücumun hədəfinə çatması halında daha çox itkinin yaşanması ehtimalı da böyük idi.

28 Mart - Palmira, Rus ordusu tərəfindən İŞİD-dən geri alındı

Image result for Palmira, Rus ordusu tarafından IŞİD'den geri alındı

Palmira hücumu olaraq xarakterizə edilən hadisədə Suriya rəhbərliyinin və müttəfiqləri Rusların göstərdiyi hava dəstəyi ilə Palmira şəhərinin mərkəzi və ətrafındakı yaşayış yerləri İŞİD-dən geri alındı.

19 May - EgyptAir təyyarəsi qəzaya uğradı, sağ qalan olmadı

Image result for EgyptAir uçağı düştü

19 May günü Misirdən Parisə uçan EgyptAir təyyarəsi Aralıq dənizi üzərində qəzaya uğradı. 56 sərnişin və 10 ekipaj üzvü olduğu qəzadan heç kim sağ çıxa bilmədi. Təyyarədə terror şübhələri üzərində dayanılmasına  baxmayaraq hər hansı bir işarə tapılmadı.

12 İyun - ABŞ tarixinin ən qanlı hücumu - Homoseksual barda qətliam

Image result for ABD tarihinin en kanlı saldırısı

Florida ştatının Orlando şəhərində olan homoseksual bara silahla hücum edən Əfqan əsilli ABŞ vətəndaşı Ömər Matİn qanlı terror aktı törətdi.

Image result for ABD tarihinin en kanlı saldırısı

Hücumda 50 şəxs həyatını itirdi, 53 adam da yaralandı.İŞİD hücumu öz üzərinə götürdü. Ancaq İŞİD-in terrorçu ilə birbaşa əlaqə içində olub-olmadığı təyin edilə bilmədi.

23 İyun - İngiltərədən gözlənilməz qərar - Brexit

Image result for Brexit cameron

AB-dən ayrılıb-ayrılmama barədə seçkiyə gedən İngiltərə  52 faiz nəticə ilə ayrılmağı seçdi. Ayrılma qərarının səbəblərindən biri də Avropada baş verən Suriyalı qaçqın böhranı və terror hücumlarının artması olaraq göstərilir.

28 İyun - Atatürk Havalimanı hücumu

Image result for atatürk havalimanı saldırısı

İstanbulda Atatürk Hava limanında reallaşan terror hadisəsi nəticəsində 45 nəfər həyatını itirdi, 236 nəfər yaralanıb. Hücumu İŞİD öz üzərinə götürdü

14 İyul - Nisdə terror - 86 ölü

Image result for Nice terror

Fransanın Milli Bayramı günü olan 14 İyulda Nis şəhərində yük maşını idarə edən bir sürücü nəqliyyat vasitəsini şənliklərə qatılan vətəndaşların üstünə sürdü. İki km boyu insanları əzən yük maşınının sürücüsü Tunis əsilli Fransız Məhəmməd Lahouaiej-Buhlel 86 adamın ölümünə səbəb oldu. Hadisədən sonra Fransada fövqəladə vəzyiyyət  3 ay artırıldı.

15 İyul - Türkiyədə çevriliş cəhdi

Image result for darbe girişimi

15 İyul axşamı yaşanan hərbi çevriliş cəhdində hədəf hökuməti ələ keçirmək və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd reallaşdırmaq idi. Ərdoğanın televiziya proqramına video zənglə qatılıb insanları küçəyə çağırmağından sonra çevriliş cəhdi uğursuz oldu.

Bu hadisədən sonra Türkiyədə 3 ay fövqəladə vəziyyət elan edildi.

24 Avqust - Türkiyənin Fırat Qalxanı Hərəkatı

Image result for Fırat Kalkanı Harekatı

İŞİD-in Türkiyənin Suriya sərhədindəki şəhərlərinə davamlı raket zərbələrindən sonra Türkiyə Silahlı Qüvvələri müxaliflər olaraq adlandırılan Azad Suriya Ordusuna dəstək verərək bu bölgəni İŞİD-dən təmizləmək üçün əməliyyat başlatdı. Əməliyyatda Türkiyənin əsas hədəfi İŞİD-i sərhədlərindən uzaqlaşdırmaq və terror təşkilatı PKK-nın Suriya qolu olan YPG-nin şərqi və qərbi arasında əlaqə qurulmasına icazə verməmək idi.

9 Avqust - Rusiya - Türkiyə əlaqələrinin yenidən yaxşılaşması

Image result for putin erdogan

Rusiya Dövlət Başçısı Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Türk F-16 təyyarələrinin sərhədi pozmaqda günahlandırdığı Rus Su-24 tipli döyüş təyyarəsini vurması ilə təxminən 9 ay əvvəl başlayan diplomatik böhrandan sonra ilk dəfə üz-üzə görüşdü.

9 Sentyabr - Suriyada ikinci atəşkəs razılaşması

Image result for Suriye'de ikinci ateşkes anlaşması

Rus və ABŞ Xarici İşlər Nazirlərinin iştirakı ilə atəşkəs barədə razılıq əldə olundu.

12 sentyabrda tətbiq edilən ikinci atəşkəs qərarı yalnız bir neçə ay davam etdi. ABŞ hava qüvvələri "səhvən" çox sayda Suriya əsgərini hava hücumunda öldürdüyünü bildirdi.

Atəşkəs qərarının pozulmasından yalnız bir neçə gün sonra Suriya Ərəb Qızıl Xaç humanitar yardım karvanı hədəfə çevrildi. Hücumda 21 humanitar yardım işçisi həyatını itirdi.

17 Oktyabr - Mosulu İŞİD-dən xilas etmə əməliyyatı

Image result for mosul operation

ABŞ liderliyindəki koalisiya təyyarələri və İraq rəhbərliyinin əməkdaşlığıyla, terror təşkilatı İŞİD-in İraqda tək qaldığı Mosulda əməliyyatlar başladı.

8 noyabr - Trampın prezident seçilməsi

Image result for Trump'ın başkan seçilmesi

Donald Tramp Liberal partiya namizədi Klinton ilə  mübarizədə sürpriz olaraq prezident seçildi. Tramp, miqrantlar barədə qatı şərhləriylə diqqət çəkirdi. Yanvar ayında kresloya keçəcək olan Trampın nələr edəcəyi hələ müəyyən deyil.

24 Noyabr - AB-dən Türkiyə ilə müzakirələrin dondurulması qərarı

Image result for AB’den Türkiye’yle müzakerelerin dondurulması kararı

Türkiyədə jurnalistlər və partiya liderlərinə qarşı 'terror təşkilatlarına kömək və dəstək' ittihamı ilə həbslər səbəbiylə AB müzakirələrin müvəqqəti bir müddət üçün dondurulması qərarını aldı.

Buna qarşılıq olaraq Ərdoğan müzakilərin davam etməməsi halında Suriyalı qaçqınlara sərhəd qapısını aça biləcəklərini dedi.

11 dekabr - İŞİD Palmiranı yenidən ələ keçirdi

Image result for IŞİD, Palmirayı yeniden ele geçirdi

Suriya ordusunun əlindəki Palmira'ya hücumlarını sıxlaşdıran İŞİD şəhəri yenidən ələ keçirdiyini bildirib.

16 dekabr - Suriya hökuməti Hələbi tamamilə ələ keçirdi

Image result for Suriye hükümeti Halep’i tamamen ele geçirdi

Suriya hökuməti son olaraq Hələbin şərqinin da müxaliflərdən təmizləndiyini bildirdi. Beləcə, müxaliflər mərkəzi nöqtələrdən birini də itirmiş oldu.

19 dekabr - Rus səfir Karlov cinayəti

Image result for Karlov suicide

Rusiyanın Ankara səfiri Andrey Karlov qatıldığı sərgidə mühafizəçi olaraq vəzifəsini yerinə yetirən polisin silahlı sui-qəsdi nəticəsində həyatını itirdi.

24 dekabr - BM-dən İsrailə istiqamətli "Fələstin torpaqlarında işğalın dayandırılması" qərarı

Image result for BMgk İsrail'e yönelik

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası şok qərara imza ataraq, İsrailin dərhal Fələstin torpaqlarında işğalının dayandırmasını istədi.

İsrail, bu qərara sərt reaksiya verərək bu mövzuda Obama rəhbərliyini günahlandırdı. Bundan başqa nazir Netanyahu, qərar lehinə səs verən 10 dövlətin səfirini Xarici İşlər Nazirliyinə çağırıb.

29 dekabr - Rusiya və Türkiyə arasında Suriyada atəşkəs razılaşması

Image result for Rusya ve Türkiye arasında Suriye’de ateşkes anlaşması

Türkiyə ilə Rusiya, Suriyada tərəflərə istiqamətli ümumi atəşkəs planı təklif razılaşdı.

Türkiyə ilə Rusiya, Hələb şəhər mərkəzinin şərqində elan edilən atəşkəs və yerli əhalinin təxliyyəsindən sonra, atəşkəsin ölkə daxilində yayılması üçün tərəflərə tövsiyə edəcəkləri bir plan üzərində razılığa gəldi.


Mirəli Mirhəşimli, Eurasia Diary

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Hamısı