Xəbər verdiyimiz kimi, Qüdsdə yük maşınının insanların üzərinə sürülməsi ilə terror aktı törədilib. Son məlumata görə, 4 nəfər ölüb, 15 nəfər yaralanıb.
Bununla bağlı "Eurasia Diary" yə eksklüziv açıqlama verən israilli media eksperti Arye Qut bildirib ki, Fələstin terrorunun daha bir qanlı cinayəti İsrailə qarşı nifrət və təhrikçilik şəraitində baş verib. "Fələstin rəhbərliyi hətta müqavimət göstərməyə belə çalışmır. Bu terror adi insanlar ve əsgərlərə qarşı yönəlib. Nə HAMAS üçün, nə də FƏTH üçün insanlar ve onların gələcəyi önəmli deyil. Onlar üçün bu terror aktlarını kim sifariş edibsə, onların arxasında dayanan maliyyə dəstəyi önəmlidir.