Günaydınlıq (Esse)- Əkbər Qoşalı yazır...

Yazarlar 13:21 17.12.2024

Günəş hələ görünməmişdən, üfüqdə qızartı ilə sarımtıl boyaların cilvəsi başlayar. Bu “boyalar qurultayı”, sanki bir kamil rəssamın möhtəşəm əsəri kimi Xəzər sularında əks olunub, rəqs edər. Elə bil, həyat bir anlıq nəfəsini tutub bu möhtəşəmmi möhtəşəm mənzərəni izləyir.

Çox keçmir, Günəş öz sükutlu amma şahanə təntənəsi ilə görünməyə başlayır – elə bil, Göy üzündə deyil, Xəzərin bağrından doğur... Onun hər şüası sanki bir söz söyləyir, ismarıc verir, çağırış edir: “Yeni gün başlayır… Bu anın qiymətini bil”!..

Səhərin bu gizəmli dəqiqələrində Xəzərin qıyısına çəkilmiş dalğaların pıçıltısını eşidirəm sanki... Onlar bir sirr bölüşür kimi gəlir mənə. Dalğaların pıçıltılarında həyatın dərin fəlsəfəsi var - bəli, bəli, elədir: əslində, hər son, bir başlanğıcdır. Gün başlayır, həftə başlayır, demək nələrsə də sona çatıb…

Göy üzü yavaş-yavaş maviyə bürünərkən, ətraf aləm də, üç bir-beş bir yuxudan ayılır. Quşlar, sanki bu möcüzəni qutlamaq və duyurmaq üçün bir-birinə səslənir. Ağacların təkəm seyrək yarpaqları səhər yelində astaca titrəyir – elə bil, Günəşə salama durur, onun işığını alqışlayırlar.

Bu təbii (canlı) mənzərənin tanığı olmaq, insana könül rahatlığı - rahatlıqdan daha üstün, daha zövqlü və  təsirli bir duyğu bəxş edər. Bu, təkcə təbiətin özünü deyil, insan ruhunu da yeniləyən, ona ümid və həyat eşqi aşılayan bir möcüzədir. Biz möcüzələri uzaq keçmişdə baş vermiş hadisələr kimi alqılamış ola bilərik, amma məgər hər gün möcüzələr baş verir və biz onlara vərdiş etmişik… Günəşin doğuşu insana, insanlığa göstərir ki, hər qarışıqlıqdan sonra illa bir aydınlıq, hər qaranlıqdan sonra işıq var illa!..

Gün doğuşu, hələ-hələ Xəzərin bağrından qopurmuş kimi şahlanış… yalnız bir təbiət hadisəsi deyil. - Bu, ruhu dindirən, insanı həyata bağlanmaq, daha çox sevmək, daha çox yaratmaq üçün ilham verən ilahi bir çağırışdır. Bu möcüzəni hər gün yenidən görə bilmək və onun mahiyyətini anlamaq könül ucalığı, qəlb fərəhi, ürək işidir. - Əgər sevgi ilə yaşamağı bacarsaq, həyat necə də gözəldir...

Səhər bir başlanğıcdır. O, hər şeyin mümkün olduğunu, yenidən başlamaq üçün heç vaxt gec olmadığını xatırladır, xatırladır... İnsan da, insanlıq da Gün kimi yenidən doğmağı, həyatın sonsuz axışında öz nurunu saçmağı öyrənməli, öyrətməlidir.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Makron hökuməti defoltla üzləşə bilər
01:46 06.07.2025
Qızıl bahalaşır?
01:13 06.07.2025
İndoneziyada zəlzələ baş verib
00:43 06.07.2025
Kürdəmirdə qatar 44 yaşlı kişini vurub
00:12 06.07.2025
Alimlər süni insan hüceyrələri yaradırlar
23:48 05.07.2025
BMT baş katibi Rusiyanın Ukraynaya zərbələrini pisləyib
23:12 05.07.2025
İranın sənaye sektoru İsraillə münaqişədə ciddi zərər çəkib
22:38 05.07.2025
Britaniya Suriya ilə diplomatik münasibətləri bərpa edir
22:08 05.07.2025
Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Hamısı