Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Yazarlar 10:38 14.06.2025

Tarix, bəzən saat kimi çalışmır. Onun əqrəbləri dayanır, istiqaməti dəyişir, bəzən isə ümumiyyətlə susur. Hər bir xalqın tarixində belə nəfəs kəsilən, zamanın dayandığı və sonra yeni nəfəs aldığı anlar var. Azərbaycan üçün 15 İyun – Milli Qurtuluş Günü məhz belə anlardan biridir. Bu gün sadəcə təqvim hadisəsi deyil- bu gün  həm də bir xalqın zamanla apardığı ontoloji və siyasi dialoqun qırılma nöqtəsidir. 

1990-cı illərin əvvəllərində Azərbaycan xalqı müstəqilliyini qazanmışdı, amma hələ dövlətçiliyini yaratmamışdı. Müxtəlif ideoloji təsirlər, silahlı qarşıdurmalar, siyasi rəqabət və hakimiyyət boşluqları cəmiyyəti varlıqla yoxluq arasında çırpınan şüur vəziyyətinə salmışdı. Bu illərdə Azərbaycan təkcə ərazi baxımından yox, həm də mənəvi-siyasi kimliyi baxımından da parçalanmaq üzrə idi.

Hər tərəfdən gələn təzyiqlər fonunda ölkənin taleyi yalnız xarici təhdidlərdən deyil, daxili süqut təhlükəsindən də sarsılırdı. İctimai etimadın itməyə başladığı, vətəndaşın dövlətə qarşı yadlaşdığı, siyasi instinkt yerini ümidsiz intuisiyaya verdiyi bu dönəmdə xalq bir səs, bir nəfəs axtarırdı. O səs bəlkə də yeni sima yox, xatırlanan uzaqlıqdan gəlməliydi – tarixin özü qədər tanış və yetərincə güclü.

Ulu öndər, Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə siyasi səhnəyə qayıdışı təkcə bir siyasətçinin gəlişi deyildi. Bu, siyasi tənəzzüldə olan xalqın öz seçimi, öz qorxu və ümidləri içində tapdığı yön idi. Əgər tarix bir seçimdirsə, bu gün – 15 İyun – xalqın zamanla etdiyi razılaşmanın sənədidir.

Bu günün dəyəri yalnız onun siyasi nəticəsində deyil – tarixi və fəlsəfi kontekstindədir. 15 İyun – sanki xalqın zamanla etdiyi müqavilənin imzalandığı gündür. Bu müqavilədə xalq deyirdi: “Mən yaşamaq istəyirəm. Təkcə yaşamaq yox, başıuca, güclü, sistemli şəkildə var olmaq istəyirəm.” Bu o demək idi ki, artıq millət siyasi romantizmdən uzaqlaşır, strateji düşünməyə başlayırdı.

Tarixi yalnız yaşamaq olmur. Onun qarşısında seçim etmək, qərar vermək və  bu qərarına görə məsuliyyət daşımaq lazımdır. 15 İyun – bu cavabdehliyə verilmiş kollektiv cavab idi. Azərbaycan cəmiyyəti o gün sadəcə lider seçmədi. O, nizamı, sabitliyi, sistemi və ən əsası – gələcəyi seçdi.

Bugünkü Azərbaycanın dövlət kimi sabitliyi, iqtisadi artımı, beynəlxalq nüfuzu və siyasi oturuşmuşluğu – o gün verilən qərarın uzunmüddətli nəticələridir. Əgər xalq 1993-cü ilin iyununda fərqli seçim etsəydi, bəlkə də bu gün “Azərbaycan” anlayışı yalnız xəritədə yox, şüurlarda da zəifləyəcəkdi. 15 İyun – tarixə qulaq asan və cavab verən xalqın iradəsinin və ağlının qovuşduğu gündür. O gün verilən qərar bir siyasətçinin taleyini dəyişmədi – bir xalqın gələcəyini formalaşdırdı.
Bu səbəbdən də 15 İyun Milli Qurtuluş Günü sadəcə keçmişi xatırlamaq yox, hər dəfə öz yolunu itirən cəmiyyətlərin nizam tapmaq üçün geri dönməli olduğu mənbədir. Tarix yaşanır, bəli – amma o, həm də seçilir. Və bu seçimin nəticəsi, bu gün gördüyümüz müstəqil, güclü və sabit Azərbaycan oldu.

Gülşən Behbud
Milli Dəyərlər üzrə Maarifləndirmə İB-nin sədri


Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Makron Starmerdən Fələstini tanımağını istəyir
12:13 05.07.2025
Rusiya aeroportunda 40-dan çox aviareys gecikdirilib
12:08 05.07.2025
Azərbaycan neftinin qiyməti ucuzlaşıb
11:53 05.07.2025
Azərbaycana qarşı döyüşmüş separatçı Ermənistanda saxlanıldı
11:38 05.07.2025
Kür çayında gənc oğlan boğulub
11:23 05.07.2025
İlham Əliyev Nikolas Maduronu təbrik edib
11:10 05.07.2025
ABŞ Ukraynaya "Patriot" tədarükünü bərpa edəcək
10:34 05.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" yarımfinala yüksəldi
10:06 05.07.2025
Yaponiyada güclü zəlzələ baş verib
09:32 05.07.2025
Britaniyada COVID-19-un yeni ştamı yayılıb
09:01 05.07.2025
Danimarka ordunun müşahidə imkanlarını gücləndirməyə 530 milyon dollar ayırır
08:39 05.07.2025
ABŞ "TikTok"un Çindən alınmaq üçün müqavilə hazırlayıb
08:07 05.07.2025
Makqreqor Ağ Evdəki UFC döyüşündə iştirak etmək istəyir
07:34 05.07.2025
Klublararası dünya çempionatının 1/4 final matçları məlum oldu
07:07 05.07.2025
İşə düzəlmək istədi,5000 manatı oğrulandı
06:34 05.07.2025
Brüs Li muzeyi qapılarını bağlanır
06:07 05.07.2025
Qulaqcıq taxanlar bunu oxumalıdır
05:34 05.07.2025
Neyron şəbəkələr KİV-lərin trafikinin azalmasına səbəb olur
05:02 05.07.2025
Neandertallar niyə "yağ fabriki" qurmuşdular?
04:27 05.07.2025
Keti Perri və Orlando Blum rəsmi olaraq ayrıldı
03:55 05.07.2025
Partey Cinsi təcavüzdə ittiham olunur
03:24 05.07.2025
Almaniyada könüllü hərbi xidmət tətbiq ediləcək
02:51 05.07.2025
400-dən çox delfin özünü sahilə atıb
02:10 05.07.2025
Qlobal istiləşmə dünyada süd istehsalını kəskin azalda bilər
01:48 05.07.2025
2 milyard dollarlıq "Bitcoin" oğrulandı
01:17 05.07.2025
Avstraliyada kişi son dərəcə nadir virusdan öldü
00:46 05.07.2025
UEFA Çelsini cərimələdi
00:31 05.07.2025
Xeops piramidasını kimlərin tikdiyi məlum oldu - Piramidaları qullar tikməyib
00:16 05.07.2025
Bu gün Aşuradır
00:01 05.07.2025
CAR-da güclü partlayış qeydə alınıb
23:36 04.07.2025
ABŞ-də daşqınlar nəticəsində 13 nəfər ölüb
23:01 04.07.2025
"İran-İsrail münaqişəsi təkrarlanmamalıdır"
22:31 04.07.2025
Ruzanna Məmmədova Avropa çempionu olub
22:16 04.07.2025
Azərbaycanın iki sərbəst güləşçisi Avropa çempionatının finalına yüksəlib
22:11 04.07.2025
Ruanda Demokratik Konqoya inanmır
21:58 04.07.2025
İran İsrailin Vetsman xərçəng tədqiqat laboratoriyasını məhv edib
21:33 04.07.2025
Türkiyədə meşə yanğınları ilə bağlı 44 şübhəli saxlanılıb
21:09 04.07.2025
"Pakistanla Azərbaycan arasında ticarət və investisiyaları inkişaf etdirmək barədə razılığa gəldik"
20:44 04.07.2025
"Rusiya sülhə hazır deyil"
20:29 04.07.2025
Hamısı