Danimarka Müdafiə Nazirliyi təhlükəsizlik sahəsində yaranmış vəziyyət səbəbindən silahlı qüvvələrin peyklər vasitəsilə müşahidə imkanlarını gücləndirmək üçün 530 milyon dollardan çox vəsait ayırır.
“EDnews” xəbər verir ki, bu barədə nazirliyin saytında yerləşdirilən press-relizdə deyilir.
"Cəmi bir neçə il ərzində təhlükəsizlik siyasəti ilə bağlı vəziyyət xeyli ciddiləşib, ona görə də kəşfiyyat mənzərəsini gücləndirmək lazımdır. Buna görə də partiyalar (parlamentdə - red.) ordunun müşahidə qabiliyyətinin gücləndirilməsi üçün vəsait ayırmağa razılaşıblar", - məlumatda bildirilir.
Qeyd olunur ki, təkmilləşdirilmiş peyk əhatə dairəsi və müşahidə imkanları Danimarka Silahlı Qüvvələrinin aşkarlama və cavab vermək qabiliyyətini artıracaq.
Bundan əlavə, parlament partiyaları yeni iri hərbi gəmilərin yeri barədə də qərar qəbul ediblər: onlar Danimarka Hərbi Dəniz Qüvvələrinin bazasının yerləşdiyi Frederikshavnda tikiləcək.