Honkonqda məşhur aktyor və döyüş sənətləri ustası Brüs Liyə həsr olunmuş muzey bağlanıb.
“EDnews” xəbər verir ki, bu barədə məlumatı aktyorun rəsmi fan-klubu özünün "Facebook" səhifəsində paylaşıb.
Muzeyin kolleksiyasında 2 minə yaxın eksponat - heykəllər, jurnallar və nadir videolar yer alır.
Muzeyin gəlirləri hələ COVID-19 pandemiyası dövründə azalmağa başlamışdı. Onun yenidən açılıb-açılmayacağı hələlik məlum deyil.
Qeyd edək ki, Brüs Li fan-klubu onun ailəsi tərəfindən yaradılıb.
"Qəzəb yumruğu" və "Əjdaha yolu" filmləri ilə tanınan aktyor 1973-cü ilin iyulunda, cəmi 32 yaşında vəfat edib.