Türkiyə-Azərbaycan Dostluğu və Bakı qeydləri Mevlüt Yeni yazır...

Yazarlar 15:07 16.06.2025

Türkiyə turizminin təcrübəli simalarından Halil Duru­nun dəvəti ilə qonaq olaraq gəldiyimiz dost və qardaş ölkə Azərbaycanın paytaxtı Bakı şəhərini tanımaqda çətinlik çəkdim.

Ən son səfərimi mərhum millət vəkili Qənirə Paşayevanın (Ruhu şad olsun) dəvəti ilə  8 il əvvəl, Novruz bayramı ərəfəsində, etmişdim.

Həmkarım, əziz dostum Emin Dəmir Bakıya ilk dəfə gəlməsinə baxmayaraq, şəhərə olan heyranlığını qələmə aldı. Təcrübəli jurnalist Özkan Altıntaş da mənim kimi Azərbaycana dəfələrlə səfər etmiş qələm sahiblərindəndir. Xüsusilə Bakı şəhərinin son bir neçə il ərzində keçdiyi inkişaf yolu həm onu, həm də məni təəccübləndirdi desəm, heç də mübaliğə etmiş olmaram.

şəkil-1.jpeg

Alov Qüllələri, muzeylər, otellər, nəhəng binalar, ticarət mərkəzləri, tərtəmiz küçələr, möhtəşəm dadlar – bütün bunlarla Bakı  Dubayı xatırladırdı.

Azərbaycanı anlamaq üçün onu yaşamaq lazımdır. Təsvir etmək gözəldir, amma görmədən, getmədən, yaşamadan Azərbaycanı anlamaq və anlatmaq çox çətindir. Getmək, görmək, yaşamaq lazımdır.

starmer.jpeg

Halil Duru Azərbaycan turizmi üçün son dərəcə önəmli  şəxsiyyətdir. Azərbaycanda təcrübəli bir türk turizmçinin varlığını Halil bəyin idarə etdiyi otelin resepsiyasından otaq xidmətinə qədər hər yerdə hiss etmək mümkündür. Türkiyənin qonaqlara təqdim etdiyi xidmət keyfiyyəti dünyada heç bir ölkədə yoxdur. Mübahisə etmədən deyə bilərəm ki, türk turizmçisi Halil Duru bu xidmət səviyyəsini Bakıya gətirib və uğurla tətbiq edib.

Azərbaycan xalqının biz türklərə olan sevgisi və diqqəti, türk turizminin gülümsəyən siması, peşəkar yanaşması və zəngin təcrübəsi ilə birləşəndə mükəmməl bir turizm anlayışı formalaşıb.

Umud-Mirzəyev.jpeg

Türkiyə turizminin müxtəlif sahələrində uzun illər çalışdıqdan sonra, təcrübəli turizmçi Halil Duru dost və qardaş ölkə Azərbaycanı seçərək bu ölkənin turizm sektoruna mühüm töhfələr verib və 11 böyük oteli ölkə turizminin ixtiyarına təqdim edib.

Hazırda Halil Duru paytaxt Bakının mərkəzində yerləşən iki iri otelin – “Qafqaz Bakı City Hotel” və eyni qrupa məxsus olan “Qafqaz Bakı Liman Hotel”in idarəçiliyini və koordinatorluğunu uğurla həyata keçirir.

Əziz dostum Halil Duru son illərdə Türkiyədən Azərbaycana artan turist axınından və türk turistlərin ölkəyə olan marağından məmnunluq duyduğunu bildirir.

 

turist.jpeg

Azərbaycanın hər bir guşəsində Türkiyə-Azərbaycan münasibətlərinin iki ölkə tarixində ən yüksək səviyyəyə çatdığını görmək və yaşamaq mümkündür.

Halil Duru qeyd edir ki, vizasız və sadəcə şəxsiyyət vəsiqəsi ilə səyahət imkanı türk turistlərin Azərbaycana marağını daha da artırıb. Bu üstünlük, xüsusilə tətil mövsümündə Türkiyədən gələn ziyarətçilərin sayında ciddi artıma səbəb olub.

Umud-2.jpeg

Hazırda Azərbaycanda 859 otel və ümumilikdə 31.750 otaq fəaliyyət göstərir. Bu ilin ilk 5 ayı ərzində isə Türkiyədən Azərbaycana səfər edən turistlərin sayı təxminən 175 min nəfər təşkil edib. Hər il təqribən 5 milyon Türkiyə vətəndaşının xarici ölkələrə istirahət məqsədilə səfər etdiyini nəzərə alsaq, bu rəqəm kifayət qədər aşağıdır.

Lakin son illərdə Avropa ölkələrinin viza məhdudiyyətləri, türk turistləri vizasız və sadəcə şəxsiyyət vəsiqəsi ilə səyahət edilə bilən ölkələrə, xüsusilə də Azərbaycana yönəltməyə başlayıb.

Hazırda Azərbaycana gələn xarici turistlərin statistik sıralamasında Rusiya birinci, Türkiyə isə ikinci yerdə qərarlaşıb.

Təcrübəli turizmçi Halil Duru və Azərbaycanlı turizm peşəkarlarının əsas məqsədi isə bu sıralamada Türkiyəni birinci yerə çıxarmaqdır.

Azərbaycanın turizm potensialı isə olduqca yüksəkdir – zəngin mədəni irs, unikal təbiət, tarixi məkanlar və müasir infrastruktur bu ölkəni regionun parlayan turizm mərkəzinə çevirmək üçün geniş imkanlar yaradır.

bakı2.jpeg

Mədəni, sosial, tarixi və xüsusilə də zəngin mətbəxi ilə Azərbaycan mütləq görüləsi, gəziləsi və yaşanılası  ölkədir.

Azərbaycanda neft qədər strateji əhəmiyyətə malik olan “bacasız sənaye” – turizm sektoru ölkə iqtisadiyyatına ciddi töhfə verə biləcək mühüm sahədir.

Bu sahədə isə əsas söz: tanıtım, tanıtım, bir daha tanıtımdır.

Əgər sizin bənzərsiz təbiətiniz, zəngin tarixi irsiniz, mətbəxiniz və mədəni dəyərləriniz varsa, bunları doğru strategiya və güclü kommunikasiya ilə xarici bazara düzgün şəkildə təqdim etmək mütləqdir.

Öyrəndiyimizə görə, ölkə turizmini hal-hazırda Dövlət Turizm Agentliyi idarə edir və bu quruma Fuat Nağıyev rəhbərlik edir. Onunla şəxsi tanışlığım olmasa da, əgər bu ilin ilk 5 ayında Azərbaycana 1 milyon nəfərə yaxın turist səfər edibsə, burada Fuat bəyin və özəl sektorun böyük zəhməti və uğuru var .

Bəs niyə bu rəqəm 5 milyon olmasın? Ölkənin yataq tutumu, infrastruktur imkanları və turizm potensialı buna imkan verir – həm də bu sahə daim inkişaf edir.

Yeganə tövsiyəm odur ki, ölkədə turizm yalnız agentlik səviyyəsində yox,  həm də dövlət siyasətinin bir parçası kimi qəbul edilsin və müstəqil Turizm Nazirliyi qurulsun. Uzağa getməyə ehtiyac yoxdur – bu sahədə Türkiyənin turizm idarəçiliyi modeli çox gözəl  nümunədir.

Bakı səfərimiz çərçivəsində jurnalist həmkarlarımızla da bir araya gəldik. Azərbaycan xalqının biz türklərə olan sevgisini isə bir sözlə möhtəşəm adlandıra bilərəm. Bu səmimi münasibət, iki ölkə arasında həm turizm, həm də qardaşlıq körpüsünü daha da gücləndirəcək.

Jurnalist.jpeg

Azərbaycanda “Türkiyəli” deyəndə sular dayanır, qəlblər açılır.

Arzum odur ki, bu sevgi və bağlılıq eyni şəkildə Türkiyə tərəfindən də daim yaşadılsın və əbədi olaraq qorunsun.

Çünki gün keçdikcə daha aydın anlayırıq ki, türkün türkdən başqa dostu yoxdur.

Türkün gücünü və birliyini ən yaxşı Azərbaycan və Türkiyə türkləri bilir. Bunun ən son, ən canlı nümunəsi Qarabağ zəfəridir.

Biz elə millətik ki, birimizin ayağına mismar batsa, digərimiz onun ağrısını dərhal hiss edər. Bu qədər dərindən və sarsılmaz bir qardaşlıq hissi ilə bir-birimizə bağlıyıq.

Mən Azərbaycana hər səfərimdə bu dostluq və qardaşlıq duyğularını ürəyimin ən dərin qatlarında yaşayıram.

Dəyərli qələm ustadım, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev ilə birlikdə Türk dünyasının əvəzolunmaz itkilərindən biri, mərhum millət vəkili və jurnalist Qənirə Paşayevanın məzarını ziyarət edib ruhuna dua etdik.

Onun xatirəsi, Azərbaycanın və Türk dünyasının hafizəsində daim yaşayacaq.

 Qənirə1.jpeg

Türkiyə Jurnalistlər Konfederasiyası ilə Azərbaycanın ən böyük media qurumu arasında – məhz Umud bəy və mərhum Qənirə xanımın təşəbbüsü və dəstəyi ilə əməkdaşlıq protokolumuz var.

Lakin bu prosesin ardınca pandemiya, Qarabağ müharibəsi və bir sıra digər mühüm hadisələr səbəbilə planlaşdırdığımız layihələr müvəqqəti olaraq təxirə düşdü, bir növ "dayanma rejiminə" keçdi.

Amma bu əməkdaşlıq ruhu və ortaq ideallar hələ də yaşayır. Qardaşlığımıza və ortaq media gələcəyimizə inamla demək olar ki, bu layihələrin bərpası yalnız zaman məsələsidir. Azərbaycanın haqq səsini dünyaya çatdırmaq və türk dünyasının informasiya birliyini gücləndirmək istiqamətində bu cür platformaların rolu əvəzsizdir. 

Qənirə2.jpeg

Umud bəy bizi Azərbaycan mətbuatının bir sıra tanınmış simaları ilə görüşdürdü.  Mətbuat Şurasının sədri hazırki Rəşad Məcidlə, əməkdaşlıq protokolunda imzası olan həmin dövrün sədri Əflatun Amaşovla və təcrübəli jurnalist Elşad Eyvazlı ilə birlikdə Əflatun bəyin rəhbərlik etdiyi “Xalq" qəzetinin redaksiyasında görüşdük.

Bu görüş həm dostluq bağlarımızı möhkəmləndirdi, həm də ortaq media əməkdaşlığımızın yenidən canlanması baxımından dəyərli  addım oldu. Azərbaycanın jurnalistika mühitində tanınmış bu dəyərli qələm sahibləri ilə fikir mübadiləsi aparmaq və gələcək birgə layihələri müzakirə etmək bizim üçün olduqca faydalı və ruhlandırıcı idi.

redaksiya.jpeg

Gələcəyə dair layihələr barədə dərin müzakirələr apardıq. Azərbaycan-Türkiyə jurnalistləri arasında daha sıx və sistemli əməkdaşlıq qurmaq barədə həmfikir olduq. Söhbət irəlilədikcə gördük ki, qarşıda görüləsi çox işlər var və ən qısa zamanda yenidən bir araya gəlmək üçün prinsipial razılığa gəldik.

Biz hər dəfə Bakı gələndə Umud bəy bizi ən yüksək səviyyədə diqqət və qayğı ilə qarşılayır. Bu fürsətdən istifadə edərək ona dərin minnətdarlığımı bildirirəm.

Azərbaycan turizmi ilə bağlı qazandığımız təcrübələri fürsət tapdıqca yazacaq, ictimaiyyətə çatdıracaq və media vasitəsilə işıqlandıracağıq.

Dəyərli dostum Halil Duruya isə mükəmməl ev sahibliyi üçün xüsusi təşəkkürümü çatdırıram.

Bir olmağa, birlik olmağa, qardaşlıq bağlarımızı daha da möhkəmləndirməyə hər zamankından daha çox ehtiyacımız olduğu bilinci ilə:

Yaşasın Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı!

Azərbaycan dilinə uyğunlaşdırdı: Şahlar Ruhi

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Növbəti il bütün müəllimlər sertifikasiyadan keçmiş olacaq"
11:05 10.07.2025
Bakı–Tbilisi–Qars dəmir yolu xətti üzrə razılaşma baş tutub
10:50 10.07.2025
İsveçin miqrasiya naziri ifrat sağçı qohumu səbəbilə təzyiqlərlə üz-üzədir
10:35 10.07.2025
Füzuliyə beynəlxalq səyyahlar gəliblər
10:20 10.07.2025
Ağdərədə baş verən mina partlayışında bir nəfər yaralanıb
10:05 10.07.2025
İyulun 10-u Ümumdünya Hüquq Günüdür
09:50 10.07.2025
Bu gün Xalq yazıçısı Sabir Əhmədlinin 95 yaşı tamam olur
09:35 10.07.2025
Azərbaycan neftinin qiyməti bahalaşıb
09:20 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşü başlayıb
09:08 10.07.2025
Dünya bazarında qızıl və gümüşün qiyməti qalxıb
09:05 10.07.2025
ABŞ Şri-Lankadan idxala 30% rüsum tətbiq edəcək
08:48 10.07.2025
Aralıq dənizi quruyur -BMT-nin 2030 xəbərdarlığı
08:18 10.07.2025
Abdulla Öcalan niyə PKK-ya ikinci dəfə çağırış etdi? -Ekspert danışdı
07:48 10.07.2025
ABŞ-da qızılcanın sayı rekord həddə çatıb
07:19 10.07.2025
Bitkoinin qiyməti tarixi maksimumu yeniləyib
06:51 10.07.2025
Qlobal istiləşmə vulkanları oyada bilər
06:23 10.07.2025
Fransa və Böyük Britaniya "nüvə məsələsi"ndə birgə hərəkət edəcək
05:50 10.07.2025
NASA-da istefa dalğası: 2000-dən çox rəhbər işdən çıxır
05:17 10.07.2025
"Microsoft" süni intellektin hesabına 500 milyon dollara qənaət edib
04:44 10.07.2025
Aralıq dənizinin dibindən İsgəndəriyyə mayakı çıxarıldı
04:20 10.07.2025
HƏMAS 10 israilli girovu azad etməyə razıdır
03:48 10.07.2025
Rəhman Bədəlov vəfat etdi
03:13 10.07.2025
Cənubi Koreyanın eks-prezidentini həbs olundu
02:48 10.07.2025
"OpenAI"öz brauzerini yaradır
02:15 10.07.2025
Tramp Braziliya mallarına 50% rüsum təyin etdi
01:42 10.07.2025
Yuxu terroru niyə baş verir? -Ekspert danışdı
01:19 10.07.2025
Kral III Çarlzın gözü "qan çanağına döndü"
00:46 10.07.2025
Reynir vulkanı ətrafında nə baş verir? -Bir gecədə yüzlərlə zəlzələ oldu
00:11 10.07.2025
"Sağlam girdiyim xəstəxanadan əlil çıxdım"
23:38 09.07.2025
Əbu-Dabi görüşü Cənubi Qafqaza nə vəd edir?
23:08 09.07.2025
"Nvidia"nın bazar dəyəri 4 trilyon dolları ötüb
22:43 09.07.2025
"X"in baş direktoru istefa verdi
22:13 09.07.2025
Ukrayna müharibəsi: NATO-nun sərhədləri harada bitir? -Analitik Baxış
21:56 09.07.2025
Mərkəzi Asiyanın ən güclü superkompüteri işə salındı
20:30 09.07.2025
ABŞ-yə giriş pullu olacaq
20:00 09.07.2025
“İki sahil” 34 yaşını qeyd edir
19:45 09.07.2025
Zelenski İtaliyaya getdi
19:30 09.07.2025
Borcların geri qaytarılması yoxsa... - Dilemma
19:15 09.07.2025
QDF-in təşəbbüsü ilə növbəti “Qarabağ Gecəsi” xeyriyyə konserti keçirilib
19:06 09.07.2025
Özbəkistandan gələn ekspedisiya heyəti BAMF-ın qonağı oldu
19:00 09.07.2025
Hamısı