Rusiya Xarici İşlər naziri Sergey Lavrov bu fikirləri Rio-de-Janeyroda keçirilən BRİCS sammitinin sessiyasında çıxışı zamanı bildirib.
EDnews xəbər verir ki, nazirin sözlərinə görə, Qərbin inkişaf etmiş ölkələrinin üstünlük təşkil etdiyi ənənəvi qloballaşma paradiqması artıq öz aktuallığını itirib və tarixə qovuşub. Lavrov vurğulayıb ki, qeyri-qanuni birtərəfli sanksiyalar və ABŞ dollarının qlobal cəza alətinə çevrilməsi mövcud iqtisadi nizamın dağılmasını daha da sürətləndirir.
“Qərbin sanksiyaları və dollar asılılığı qlobal iqtisadi sabitliyi sarsıdır,” – deyə Lavrov bildirib.
O qeyd edib ki, yaranmış geosiyasi reallıqda BRCS kimi assosiasiyalar qarşılıqlı hörmət və maraqlara əsaslanan, daha ədalətli və çoxtərəfli dünya düzəninin formalaşmasında əsas aktor rolunu oynayır.