Türkiyədə şir zooparkdan qaçaraq bir nəfəri ağır yaralayıb.
“EDnews” xəbər verir ki, hadisə Antalya vilayətinin Manavqat rayonunda baş verib. Təhlükəsizlik qüvvələri şiri tapmaq üçün ərazidə genişmiqyaslı əməliyata başlayıb.
Bildirilir ki, "Zeus" adlı şir qəfəsdən çıxaraq, ərazidən 1 km uzaqlaşıb və ağacları sulayan 53 yaşlı Süleyman Kır adlı şəxsə hücum edib. O, xəstəxanaya yerləşdirilib.