"Eurasia Diary" Anadolu-ya istinadən xəbər verir ki, Əfqanıstanın cənubunda yerləşən Helmand vilayətində Taliban silahlıları və təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalarda 32 təşkilat üzvünün öldürüldüyü bildirilib.
İki gün əvvəl Helmandın Sangin rayonuna hücum etməsindən sonra qarşıdurma yaranıb.
İki gündür davam edən münaqişədə 32 talibanlı öldürülüb, 40-a yaxını yaralanıb.
Öldürülənlər arasında təşkilatın bölgədəki 3 liderinin də olduğu bildirilir.
Vüsalə