MDB ölkələrinin diplomatik nümayəndəliklərinin rəhbərləri faşizm üzərində Qələbənin 79-cu ildönümü ərəfəsində Bakının Nərimanov rayonundakı “Qardaşlıq məzarlığı” Memorial kompleksi önünə gül dəstələri qoyublar.
Ednews Rusiya səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə MDB ölkələrinin Azərbaycanda akkreditə olunmuş Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan diplomatik nümayəndəliklərinin rəhbərləri iştirak ediblər.