İraq ordusu Bağdad yaxınlığında İŞİD silahlılarının hücumunun qarşısını alıb.
Bir qrup silahlı şəxs paytaxt yaxınlığında yerləşən nəzarət-buraxılış məntəqələrinə eyni zamanda hücumlar edib.
Məntəqələr yaxınlığında partlayıcı ilə yüklənmiş avtomobillər partladılıb.
İraq ordusu bu hücumların qarşısını alaraq 10-dan çox silahlının zərərsizləşdirildiyini bildirib.(trend)