Əfqanıstanın Bəlx əyalətinin Buzboy kəndi Taliban yaraqlılarının hücumuna məruz qalıb.
Bu barədə yerli telekanallar informasiya yayıb.
Məlumata görə, gecə edilən hücum nəticəsində 18 nəfər öldürülüb.
Qeyd edək ki, bir qədər əvvəl taliblər Əfqanıstanda 20 nəfəri girov götürmüşdü.