Gürcüstanın Fransadakı səfiri Qoça Cavaxişvili “xarici agentlər haqqında” qanunun qəbul edilməsinə görə istefa verib.
Ednews xəbər verir ki, bu barədə diplomat özünün “Facebook” səhifəsində məlumat verib.
O qeyd edib ki, Gürcüstan hökumətində Rusiyaya dəstək verəcək bir nəfər də tanımır. Diplomat hesab edir ki, “xarici agentlər” haqqında qanunun qəbulu “müəyyən məqsədə çatmaq üçün bir növ taktika” ola bilər.
Eyni zamanda, səfir artıq ölkənin indiki siyasətində öz rolunu görmədiyini bəyan edib:
“Mən 30 il Gürcüstan diplomatiyasında xidmət etmişəm, 10 il Avropaya inteqrasiyadan dərs demişəm. Mən də tələbələri inandırıram və əmin edirəm ki, biz Avropa mədəniyyəti və gələcəyi ölkəsiyik. Avropa bizim yerimizdir”.