Taliban Əfqanıstanın 70% ərazisində açıq şəkildə fəaliyyət göstərir.
Bu barədə məlumatı BBC yayıb. Televiziya hazırda Talibanın tam nəzarətində 14 rayonun olduğunu bildirib. Üstəlik, taliblərin 263 rayonda mütəmadi olaraq aktivlik nümayiş etdirdiyi vurğulanıb.
BBC Əfqanıstan hökumətinin nəzarətində olan 122 rayonun da taliblərin hücumuna məruz qaldığını söyləyib.
Qeyd edək ki, Talibanın Əfqanıstanda aktivliyi 2014-cü ildə beynəlxalq koalisiyanın buranı tərk etməsindən sonra başlayıb.(axar.az)