Əfqanıstan ordusunun xüsusi təyinatlı dəstələri “Navid 8” əməliyyatı keçiriblər.
Ordunun mətbuat xidməti əməliyyatın Türkmənistanla sərhəddə yerləşən Fəryab vilayətində baş tutduğunu bildirib.
Əməliyyat zamanı 13 terrorçu məhv edilib. Bunlardan ikisi Talibanın nüfuzlu komandirləri olublar. Öldürülənlərin adı hələlik açıqlanmayıb.(axar.az)