Türkiyə Silahlı Qüvvələri (TSQ) Astana razılaşması çərçivəsində Suriyanın İdlib bölgəsində gərginliyi azaltmaq üçün fəaliyyətini davam etdirir.
Xarici media xəbər verir ki, TSQ-ya məxsus hərbi karvan 4-cü nəzarət məntəqəsinin qurulacağı bölgəyə çatıb.
Qeyd edək ki, İdlibdə təhlükəsizlik zonalarının yaradılması ilə bağlı saziş 2017-ci ilin iyulunda Rusiya, İran, Türkiyə, Suriya hökuməti və müxaliflər arasında bağlanıb.(telegraf.com)