Türkiyə Silahlı Qüvvələrinə məxsus qırıcılar İraqın şimalındakı terrorçu mövqelərinə aviazərbələr endirib.
Xarici KİV xəbər verir ki, bu barədə rəsmi məlumatı Türkiyə Baş Qərargahının mətbuat xidməti yayıb.
Bildirilib ki, Türkiyə qırıcıları İraqın Həkürk vilayətində PKK terror qruplaşmasına məxsus silah modernizasiya bazasına aviazərbələr endirib.
Məlumata əsasən, hücum nəticəsində baza yerlə-yeksan edilib, çox sayda silah yararsız hala salınıb.
Rəsmi rəqəmlər açıqlanmasa da, bazaya endirilən aviazərbələr zamanı azı 6 terrorçunun məhv edildiyi ehtimal edilir.