İspaniyadakı sol koalisiya hökumətinin Fələstin dövlətinin tanınması üçün eyni anda 4 ölkə ilə ortaq qərar verməyi planlaşdırdığı öyrənilib.
Ednews 7.haber.m-ə istinadən xəbər verir ki, İspaniya Xarici İşlər Nazirliyindəki mənbələr Baş nazir Pedro Sançes və Xarici İşlər Naziri Xose Manuel Albares tərəfindən dəfələrlə dilə gətirilən Fələstin dövlətinin tanınması təşəbbüsünün qısa müddət ərzində həyata keçirilməsinin planlaşdırıldığını bildirib.
İspaniyanın Malta, İrlandiya, əvvəlki birgə bəyanatlarında uyğun şərtlər olduğu halda Fələstin dövlətini tanıyacağını vəd edən Sloveniya və bu təşəbbüsü dəstəklədiyini açıqlayan Norveçlə birgə hərəkət edəcəyi gözlənilir.
FƏLƏSTİNİ TANIYAN ÖLKƏLƏRİN SAYI 145-Ə ARTACAQ
"Yamaykadan sonra dünyada Fələstin dövlətini tanıyan ölkələrin sayı 140-dır. İspaniya və digər ölkələrin də iştirakı ilə bunun 145-ə yüksələcəyini düşünürük". Mənbələr bildiriblər ki, bu qərardan sonra gözləntiləri tərəflərə daimi atəşkəs elan etmək üçün təzyiqləri artırmaq olub.
Xəyal Ramiz