Yəməndə baş vermiş hücumlar nəticəsində dağıdılmış evin qalıqları altından tapılan iki ölü uşaq cəsədi hər kəsi dəhşətə gətirdi. Bu barədə Eurasia Diary “Aljazeera”a istinadən bildirir.
Xilasedicilər evin dağıntıları altından üç yaşlı Nabil və yeni doğulmuş körpə Sumudun cəsədlərini tapıblar.
2015-ci ildən bəri Səudiyyə Ərəbistanı-BƏƏ hərbi birliyi Yəmənə qarşı hava hücumları həyata keçirir. Şənbə günündə Saada əyalətində Marran rayonu aviazərbələrə məruz qalıb.
“Onlar mülki şəxlərdir, iki balaca uşaq”, - deyə cəsədləri tapdıqda xilasedicilər söyləyib.
“Onlar niyə öldürülüb, günahları nə idi?”, öz ailə üzvlərini xilas etməyə çalışan digər şəxs söyləydi.
Yerli media orqanları həmin uşaqların Marran rayonuna sığınan məcburi köçkün ailəsinin üzvləri olması ilə bağlı məlumat yayıb.