Benyamin Netanyahu vəd edib ki, İsrail qüvvələri Qəzzanın cənubundakı Rəfah şəhərinə hücuma keçərsə, İsrail ABŞ-ın silah tədarükünü daha da məhdudlaşdırmaq təhdidlərinə məhəl qoymayaraq, təkbaşına dayanacaq.
Ednews - un məlumatına görə bu barədə İsrail baş naziri xalqa öz çıxışında səsləndirib.
“İsrail ABŞ-ınköməyi olmadan HƏMAS-a qarşımübarizə aparmağa qadirdir. Əgər tək mübarizə aparmalı olsaq, tək də aparacağıq. Lazım olsa, dırnaqlarımızla döyüşəcəyik. Amma bizim dırnaqlarımızdan çox şey var".
O qeyd edib ki, İsrail uğrunda mübarizə aparmalı olduğu müstəqilliyinin 76-cı ildönümü yaxınlaşır. O, 1948-ci il müharibəsini nəzərdə tutaraq, "Bizim silahımız yox idi."İsrailə silah embarqosu var idi, amma böyük ruh gücü, qəhrəmanlıq və birlik gücü ilə biz qalib gəldik".
Əkbər Novruz