İran hərbçiləri Əhvazdakı terror hücumunun təşkilatçılarına və Suriyada Fəratın şərq sahilindəki obyektlərə raket hücumu təşkil edib.
Eurasia Diary-nin verdiyi xəbərə görə, bunu Press TV kanalı İran İnqilab keşikçiləri Ordusu ilə əlaqəli Sepah News portalına istinad edərək bildirib.
Portalın məlumatına görə, İran İnqilab keşikçiləri Ordusunun kosmik-hava qüvvələri raket hücumu təşkil edib, nəticədə çox sayda terrorçu məhv edilib və yaralılar var.