Yəmən hökuməti husilərin Hudeydə limanından çəkilməsi barədə yayılan xəbərləri təkzib edib.
Eurasia Diary xəbər verir ki, bu barədə Yəmənin rəsmi SABA agentliyi məlumat yayıb.
Qeyd edək ki, husilər Stokolm razılaşması çərçivəsində ötən gündən etibarən Hudeydə limanından çəkilməyə başladıqlarını elan etmişdi.