İğdırda PKK-çılarla atışma - şəhid və yaralılar var | Eurasia Diary - ednews.net

19 Avqust, Bazar ertəsi


İğdırda PKK-çılarla atışma - şəhid və yaralılar var

Münaqişələr A- A A+

Türkiyənin İranla sərhəddə yerləşən İğdır vilayətinin Aralık yaşayış məntəqəsində PKK silahlıları ilə türkiyəli hərbçilər arasında atışma olub.

Eurasia Diary-nin məlumatına görə, insident PKK terrorçularının hərbi hissələrdən birini minaatanlardan atəşə tutmasından sonra qeydə alınıb.

Atışma nəticəsində bir hərbçi şəhid olub, ikisi yaralanıb.

Türkiyə Silahlı Qüvvələri ərazidə PKK terrorçularının məhv edilməsi üzrə əməliyyata başlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...