Yəməndə Prezident Sarayına hücum olub - 30 nəfər ölüb, 75 nəfər yaralanıb | Eurasia Diary - ednews.net

16 Dekabr, Bazar ertəsi


Yəməndə Prezident Sarayına hücum olub - 30 nəfər ölüb, 75 nəfər yaralanıb

Münaqişələr A- A A+

Yəmənin Aden şəhərində Cənubi Yəmən Keçid Şurası qüvvələrinə qarşı bir qrup silahlı şəxsin hücumu zamanı baş verən atışmada 30 nəfər ölüb.

Eurasia Diary “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.

Məlumata görə, hazırda Prezident Sarayı düşərgəsi Keçid Şurasının nəzarətindədir.  Şura öz qüvvələrini səfərbər edərək “İslax” partiyasına qarşı birləşməyə çağırış edib. 

Qeyd edək ki, ötən gün Yəmənin Aden şəhərində bir qrup silahlı şəxslər Prezident Sarayına hücum edib. Sarayın mühafizəsini təşkil edən dördüncü briqada onlara müqavimət göstərərək hücumun qarşısını alıb. Hər iki tərəfdən ümumilikdə 75 nəfərin yaralandığı bildirilir.(APA)

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...